NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 03.12.2024, 21:48

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əliəsgər Mikayıl oğlu | Регистрация | Вход

Mikayılzadə Əliəsgər Mikayıl oğlu


 "Quranı dinləyən hər kəs onun təsiri altına düşür, mənasını bilməsə belə həyəcanlanır və heyranlığını gizlədə bilmir” – hər dəfə axund Əliəsgəri dinləyəndə görkəmli türk ilahiyyatçı alimi, professor Öztürkün həmin kəlamını xatırlayıram. Kəndimizin yetirməsi olan din xadimi Hacı Əliəsgər müqəddas Qurani-Kərimi elə avazla səsləndirir ki, bundan feyziyab olmamaq mümkün deyil.

Cümə namazları zamanı onun moizələri ibrətli, maraqlı və cəlbedici olur, möminlərin qəlblərində xüsusi iz qoyur. Dini bayramlarda, Ramazan ayının qədr gecələrində, aşura günü apardığı mərasimlər möhtəşəm keçir. Onun məlahətli səsi, nitq ustalığı, elmi bilikləri bu tədbirləri unudulmaz edir. Axundun bu cür qabiliyyətindən kəndimizdən xeyli uzaqlarda da xəbərdardırlar. O, hətta digər dövlətlərdə fəaliyyət göstərən məscidlərdən də dəvətlər alır, orada mərasimlər aparır. Ötən ilin Ramazan ayında o, qədr gecəsi mərasimlərindən birini Rusiyanın paytaxtı Moskva şəhərində aparmışdır.

O, həmişə həmkəndlilərimizin yanındadır. Sevinclərinə də, kədərlərinə də şərik olur. Tez-tez novxanılılarla birgə Azərbaycanda və ölkəmizdən kənarda yerləşən müqəddəs ziyarətgahlara baş çəkir. Bir neçə ildir ki Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Həccə gedən zəvvarlar qruplarına rəhbər təyin olunur. Hacı Cavanşir Manafov danışır:

- 2006-ci ildə Həcc ziyarətində idim.  Mina səhrasında video kamera əlimdə xeymələri gəzib möminləri lentə alırdim. Xeymələrin birində Hacı Əliəsgəri gördüm.  O, möminləri ətrafına yığıb rovzə deyirdi. Gördüyüm mənzərə məni heyran etdi. Gözümün qabağına dahi Nizaminin "Leyli və Məcnun” poeması gəldi. Bir anlığa təsəvvür edin - isti Mina çölü, yuxusuz və yorğun bir aşiq öz məşuquna xitab edir və öz məhəbbətini gözəl avaz ilə dilə gətirib hamını feyziyab edir. Bu aşiqin sözləri, avazi və həmin anda qeyri-adi bir halı mənə dəlicəsinə

 öz Leylisinə aşiq olmuş Məcnunu xatırlatdı. Məni bu düşüncələrə  gətirən Hacı Əliəsgərin səsi, səs tellərinin incəlikləri oldu. O, bəhs etdiyi mövzu ilə yaşayırdı, nəfəs alırdı, hətta dinləyənləri də həmin hadisələrin iştrakçısına çevirirdi.

Şahid olduğum bu mənzərə yaddaşımdan silinmir, məni daim düşünməyə vadar edir. Sonralar mən yəqin etdim ki, dahi Nizami Gəncəvinin bu əsəri adi sevgi macərası haqda poema deyil, bu,  bir abidin öz Xaliqinə olan məhəbbətindən bəhs edir! 

Onun səyi nəticəsində "Hacı Səfəralı” məscidi hər zaman abad və təmiz olur. Onu tez-tez əlində bel ağaclara, güllərə qulluq edən görmək olar, bəzən texniki avadanlığı da təmir etməyə məcbur olur.

Təsadüfi deyil ki, bu gün Novxanının nüfuzlu şəxsiyyətlərindən söhbət düşəndə Hacı Əliəsgərin də adı hörmətlə hallandırılır. O, görkəmli din xadimi Hacı Cəbrayılın qardaşıdır. Əliəsgər Mikayılzadə 1962-ci il martın 26-da kəndimizdə dünyaya gəlib. 1979-cu ildə kənd orta məktəbini bitirib. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1986-1990-cı illərdə Buxara şəhərindəki "Mir-Ərəb” mədrəsəsində dini təhsil alıb. 1990-1994-cü illərdə Bakı İslam Universitetində təhsilini davam etdirib. 1990-cı ildən Novxanıdakı "Haci Səfəralı” məscidinin axundudur.

Vaqif Ağayev

 

 


Меню сайта

Форма входа

Календарь

«  Декабрь 2024  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Подписаться