NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 23.11.2024, 12:09

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Sərdar Fərəcov | Регистрация | Вход

Cəmi� 1188 nəfər

 Sərdar Fərəculla oğlu Fərəcov

 

        1957-ci il dekabrın 8-də Bakıda doğulub. 1973-cü ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi texnikumuna tar ixtisası üzrə daxil olub. Gənc tələbə fakültativ olaraq Əziz Əzizovun bəstəkarlıq sinfində də məşğul olub. Burada ilk klassik və xalq musiqi əsərlərini yaradıb. Bəstəkarlıq sənəti onu daha çox cəlb edib və o, bu sənətin daha mükəmməl öyrənilməsi üçün 1977-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına məhz bəstəkarlıq sinfinə daxil olub (professor Xəyyam Mirzəzadənin sinfi). Tələbəlik illərində bəstələdiyi piano üçün "Variasiyalar” əsəri 1979-cu ildə Azərbaycan bəstəkarlarının V qurultayında səslənib. Klarnet, violino və piano üçün "TRİO” əsəri isə 1982-ci ildə nəfəs alətlərinin Zaqafqaziya festivalında səslənən iki milli əsərdən biri idi. Böyük Simfonik Orkestr üçün bəstələdiyi 3 hissəli "I Simfoniya” 1983-cü ildə Moskvada gənc bəstəkarların ümumittifaq müsabiqəsində III yerin diplomunu qazanıb. 1982-ci ilin martında Azərbaycan Xor Cəmiyyətinin keçirdiyi müsabiqədə S.Fərəcov III mükafatı alıb.

     Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra 1984-cü ildən Ü.Hacıbəyovun Bakıdakı ev muzeyində çalışmağa başlayıb. Eyni zamanda 1985-88-ci illərdə konservatoriyada X.Mirzəzadənin sinfində assistent-stajor olub. Bu illərdə yaratdığı əsərlər Azərbaycan bəstəkarlarının plenumunda, Zaqafqaziya gənc bəstəkarlarının festivalında, Moskvada, Sofiyada, Dubnada və s. şəhərlərdə səslənib. Simli orkestr üçün süita 1995-ci ildə Almaniyada keçirilən "Qafqaz sülhü” festivalında, eləcə də Bakıda, İstanbulda, Moskvada, II simfoniya – "ŞAh Xətai” 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında səslənib. 1991-ci ildə Simli Kvartet üçün bəstələdiyi 3 pyes İngiltərədə, Kanadada, ABŞ-da maraqla qarşılanıb.

     1996-cı ildən teatrlar üçün bir çox musiqi yazıldı. Musiqili Komediya Teatrı üçün "Səhnədə məhəbbət”, "Bir günlük siğə”, "Şəhərdə manyak var” operettaları, Şəki Teatrı üçün "Bankir adaxlı”, Gənclər Teatrı üçün "Şəngül Şüngül”, "Tədbirə qarşı tədbir” əsərləri yazılaraq tamaşaya qoyulub. Dövlət Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, Şəki Dövlət Teatrı, Tiflis Dövlət Azərbaycan Teatrı, İrəvan Azərbaycan Teatrı ilə əməkdaşlıq edərək tamaşalara musiqi yazıb.

     40-dan artıq teatr tamaşasına musiqi bəstələyən S.Fərəcov "Azərbaycanfilm”in istehsal etdiyi "Koroğlu” serialına və Bakı kinostudiyasının "Cavad xan” filminə də musiqi bəstələyib.

     Azərbaycan Bəstəkarlar İttifaqının VI (1990) və VII (2007) qurultaylarında ittifaqın idarə heyətinin üzvü seçilib.

     2005-ci ildən Üzeyir Hacıbəyovun ev muzeyinin direktorudur.

     2007-ci ildə  "əməkdar incəsənət xadimi” fəxri adı alıb.

     Məşhur həmyerlimiz şair, yazıçı, dramaturq, tədqiqatçı, sənətşünas kimi də böyük nailiyyətlər əldə edib.

     Ü. Hacıbəyovun irsinin tədqiqatçısı kimi S.Fərəcov 1986-cı ildən mətbuatda məqalələri ilə çıxış edir. Dahi bəstəkarın unudulmuş və ya tədqiq edilməmiş, eləcə də yarımçıq qalmış əsərləri haqda dövri mətbuatda, elmi dərgilərdə ilkin məlumat və tədqiqatlarını çap etdirib. Ü.Hacıbəyovun "Milli marş”ı, "Azərbaycan marşı” (Azərbaycan Respublikasının himni), "İki rəqs”i, Simli kvartet üçün miniatürləri, "Səni gözləyir”i, "Bahar nəğməsi”, "Çırpınırdı Qara dəniz”i S.Fərəcov tərəfindən tədqiq olunub, tamamlanıb, redaktə edilib, partitura və ya klavir halında işlənilib, ictimaiyyətin diqqətinə verilib.

     S.Fərəcov Ü.Hacıbəyovun "O olmasın, bu olsun”, "Ər və arvad” operettaları üzərində redaktə işi aparıb, hər ikisini nəşrə hazırlayıb. Çapa hazırlanan "Əsli və Kərəm” operasının partiturasının ərsəyə gəlməsində də S.Fərəcov iştirak edib. 2008-ci ildə Şərqin ilk operası olan "Leyli və Məcnun” un 100 illiyi münasibətilə əsərin yubiley nəşri işıq üzü görüb. Ü.Hacıbəyovun anadan olmasının 125 illiyi münasibətilə buraxılan "Təqvim” in də müəllifi S.Fərəcovdur. 2009-cu ildə "Şeyx Sənan” operasının yaranmasının 100 illiyi münasibətilə o, böyük tədqiqat işi aparıb, indiyədək heç kesə məlum olmayan bir neçə musiqini bərpa edib.

     2008-ci il aprelin 16-da Moskvanın "Kino evi”ndə "XX əsrin ən yaxşı musiqili filmi” nominasiyasında seçilmiş filmlər sırasında 1945-ci ildə çəkilmiş "Arşın mal alan” filmi də var idi. Əsər Üzeyir Hacıbəyovun vəfatından 60 il sonra yenidən mükafata layiq görülüb. S.Fərəcov həmin təntənəli tədbirdə iştirak edərək Ü. Hacıbəyova məxsus mükafatı alıb, Bakıya, bəstəkarın ev muzeyinə gətirib.

     Ü.Hacıbəyovun yaradıcılığı üzərində apardığı tədqiqatlar S.Fərəcovun "Üzeyir işığında” kitabında toplanıb. O, Üzeyir bəyin xatirəsinə həsr etdiyi "Qu nəğməsi” radio-pyesini dövlət radiosunda səsləndirib.

     Onun ədəbi yaradıcılığında 1000-ə qədər şeir, hekayə, pyes, habelə tərcümələr və s. yer tutur. 10-a qədər kitabın tərtibçısı və redaktorudur.

 

                                                                              Vaqif Ağayev

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться