Rüstəmov Kazım Əliabbas oğlu
1922-ci il iyunun 30-da Bakıda dəmirçi ailəsində
anadan olub. 1938-ci ildə 18 saylı orta
məktəbi bitirib. Elə həmin il 16 yaşında Azərbaycan Dövlət Tibb
İnstitutunun pediatriya fakultəsinə qəbul olunub.
Böyük Vətən müharibəsi başlananda 19 yaşlı
Kazım Rüstəmov Azərbaycanda yaradılan 77-ci Simferopol atıçı diviziyasına
göndərilib. 324-cü alayın sanitar rotasına başçılıq edib. Döyüşlərdə iştirak
edən K.Rüstəmov ağır yaralanıb.
Müharibədən sonra Tibb İnstitutunu bitirən
Kazım Rüstəmov uzun illər Bakıdakı 3 saylı uşaq klinik xəstəxanasının baş
həkimi olub. O, 1980-ci il oktyabrın
9-da ürək xəstəliyindən qəflətən vəfat edib.
Üç qizi var, üçü də atalarının sənətini
davam etdirir.
Araz Rüstəmov