NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 16:31

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Nüsrət İsayev | Регистрация | Вход

İsayev Nüsrət Əmirşah oğlu

 

     Qəflətən xəstələnən cavan qız ailə üzvlərini bərk narahat   

   elədi. Təlaş içərisində  olan ata dedi:

-          Gəlin uşağı Nüsrətin yanına aparaq. Deyirlər ki, şəfalı əlləri var!

    Qızın əmisi etiraz elədi:

-          Qardaş, Nüsrət dünənki uşaqdır, yaşca məndən də kiçikdir. Nə olsun ki, AMİ-ni qurtarıb, həkim işləyir. Axı kifayət qədər təcrübəsi yoxdur. Yaxşı olar ki, qızı "Semaşko”ya aparaq. Orada bir neçə məşhur həkim işləyir, biri ilə də şəxsən tanışam, professordur.

Səhər açılan kimi xəstəni 1 saylı şəhər təcili yardım xəstəxanasına çatdırdılar. Professor xəstəni müayinə etdi, diaqnoz qoyub onu xəstəxanada yerləşdirdi. Və şəstlə bildirdi ki, o, tezliklə sağalacaq. Tələb olunan dərmanlar alındı, əməliyyatlar aparıldı. Lakin iki həftə ərzində xəstə nəinki sağalmadı, əksinə halı daha

 da pisləşdi.

   Vəziyyətə dözə bilməyən ata ciyərparasını qucağına götürüb birbaş Saray xəstəxanasına gətirdi. Nüsrət doktor deyilənlərdən xəbərdar olsa da özünü o yerə qoymadı. Xəstəni diqqətlə müayinə edib düzgün diaqnoz qoydu,qohumlardan xahiş elədi ki, uşağı narahat etməsinlər və müalicəyə başladı. O, təkcə dərmanla müalicə eləmirdi.

   Elə birinci gün qıza xüsusi mehribanlıq göstərərək dedi:

-          Bacım, heç qorxub eləmə. Xəstəliyin ağır deyil, uşaq vaxtı keçirdiyin xəstəliyin fəsadıdır. İnşaallah, tezliklə ondan yaxa qurtaracaqsan. Axı, biz qohumuq. Deməli səni ayağa qaldırmaq mənim ikiqat borcumdur. Ancaq gərək mənim bütün şərtlərimə əməl edəsən. Dərmanların acısı da olacaq, miyanəsi də....

  

 Həkim hər gün bir neçə dəfə xəstəyə baş çəkir, bəzən gecələr də yoxlamalarda olur, qıza ürək-dirək verirdi. Əbəs yerə demirlər ki, ən yaxşı məlhəm həkimin xoş rəftarıdır. Onun inamla dediyi sözlər xəstəni inandırırdı. Və iki məlhəmin köməyi ilə qızcığaz iki həftədən sonra şad-xürrəm evinə qayıtdı.

     Bu əhvalatdan sonra Nüsrət doktorun sorağı aləmə yayıldı. İndi onun bacarığına heç kəsdə şübhə qalmamışdı. Təkşə novxanılılar deyil, ətraf qəsəbələrin sakinləri  də  öz  xəstələrini  tərəddüd  etmədən  Nüsrət həkimin yanına aparırdılar. Ötən əsrin 70-90-cı illərində Novxanıda və ətraf qəsəbələrdə onu hörmətlə "Nüsrət doktor!” deyə salamlayırdılar.

    

 1944-cü ildə Əmirşah kişinin ailəsində dünyaya gələn Nüsrət 1969-cu ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Saray qəsəbəsindəki xəstəxanada can həkimi işləyib. İki il sonra həmin tibb ocağının baş həkimi vəzifəsinə irəli çəkilib. 1983-cü ildə Sumqayıtdakı 2 saylı xəstəxanada həkim, altı il sonra isə, dəniz kənarında yeni açılan xəstəxanada şöbə müdiri vəzifələrində çalışıb.

     Heyif ki, ömür vəfa eləmədi. Nüsrət Əmirşah oğlu İsayev 1999-cu ildə dünyasını dəyişdi. Bir neçə il də yaşasaydı, yəqin ki, daha nə qədər xəstəyə məlhəm olardı.

     Yeganə qızı Pərvin İsayeva atasının yolunu davam etdirərək hazırda Tibb Universitetində oxuyur.  

                                                                Əliabbas Əlimədətoğlu,

əməkdar jurnalist 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться