Sadıqzadə
Qumral Seyid Hüseyn qızı
1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir.
Q.
Sadıqzadənın povestləri, hekayələri, xatirələri, tərcümələri toplanmış sonuncu
"Analar tək qalmasın” kitabı 2009-cu ildə nəşr olunub.
Azərbaycan ədəbiyyatı XX əsrin 90-cı illərindən köhnə stereotiplərdən imtina edərkən yeni ifadə üslubları aramaq dövrünə daxil olub. Maraqlıdır ki, ömrünün 60 ilini Sovet rejiminin ictimai-siyasi şərtlərinin insan təxəyyülünə diqtəsi altında yaşayan Qumral
Sadıqzadənin yaradıcılığı ədəbiyyatın bu
müasirlik tələblərinə cavab verir.
Q.Sadıqzadənin sənədli-tarixi romanları ədəbiyyatşunaslıq, tədqiqatlar
və ictimai həyatımızın öyrənilməsi sahəsinə də dəyərli bir mənbə bəxş edib.
Professor Nizami Cəfərov da bu baxımdan onun əsərlərini yüksək qiymətləndirib:
"Azərbaycan ədəbiyyatı tarixində repressiya illəri mövzusunda bir neçə əsər
yazılmışdır. Lakin Q. Sadıqzadə həmin ağır dövrü çox dəqiq, real və inandırıcı
şəkildə qələmə almış və bu iş onun böyük nailiyyəti kimi
qiymətləndirilməlidir”.
2000-2009-cu illər Qumral Sadıqzadənin
həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində
dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək
qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu
gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir. Onun sonuncu
"İnəkli Peçenye” adlı hekayəsi 6 noyabr 2009-cu il tarixli "Ədəbiyyat”
qəzetində çap olunub.
Əsərləri
şirin təhkiyə üsulu ilə yazılıb. Dili sadə və lakonikdir. Yazıçı hadisələrin
təsvirində təfərrüata varmır, ideyadan kənar ştrixlərə mümkün qədər yol
verməməyə çalışır. O, sanki həyatı bir psixoloq kimi müşahidə edir.
Qumral
Sadıqzadə ədəbi ictimaiyyətdə elmi-publisistik məqalələri ilə də tanınır. Onun
"Şairə Ümmügülsümün qəbri tapıldı”, "Anamın nadir əlyazmaları”, "Ümmügülsümün
əl işləri”, "Seyid Hüseyn” və başqa məqalələri yüksək elmi dərəcəyə malikdir.
Yazıçı ədəbi-bədii fəaliyyətinə görə
Prezident təqaüdünə layiq görülüb.
2000-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Könül Nehmətova, filologiya elmləri namizədi