NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 16:30

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Rəis Rəsulzadə | Регистрация | Вход

Rəsulzadə Rəis Azər oğlu

 

                                                      Dahi Məhəmmədəmin Rəsulzadənin nəvəsi, Azər Rəsulzadənin oğlu.

     1946-cı il noyabrın 1-də doğulub. Babası və atası Sovet dövründə olmazın məşəqqətlərlə üzləşərək yurdumuzdan didərgin salınmışlar. Azər 1934-37-ci illərdə Bakı Rəssamlıq Texnikumunda oxuyub. Respublikanın tanınmış fırça ustaları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Əbdülxalıq ilə bir sinifdə ixtisas təhsili alıb. Başqa qrupda oxuyan Mehdi Hüseynzadə ilə dost olub. Birlikdə müxtəlif sifarişləri yerinə yetiriblər. Bir qədər sonra Azər sürgün olunduğundan birgə işlədikləri sonuncu işlərin haqqını ala bilməyib. Mehdi çox çətinliklə də olsa, Azərin ünvanını tapıb, pulunu ona çatdırmağa nail olub.

     Qaraqanda şəhərində bədii fondda rəssam işləyərkən Azər sənət aləmi ilə daha dərindən təmasda olub, gözəl əsərlər yaradıb. Oğlu Rəis bir müddətdən sonra atasının razılığını alaraq vətənə qayıdıb. Və az sonra ordu sıralarına çağırılıb. Rəis o illəri belə xatırlayır:

  -  Rəssamdım deyə, bəxtim gətirdi. Serjant "nabroskalarımı” görən kimi dedi ki, "uçebka”ya gəlmə, otur şəkil çək, qızlarıma göndərəcəyəm. Bir aydan sonra "zampolit” məni yaxaladı. Qayıtdı ki, bundan sonra mənə, bir də "kombat”a tabe olacaqsan. Ayrıca otaq verdilər, emalatxana kimi. Sonra kapitanla dostlaşdıq. Əl çəkmirdi ki, gəl Kommunist Partiyasına üzv ol. Etiraz elədim...”.

     Rəis Rəsulzadə 1978-ci ildə keçmiş SSRİ və Azərbaycan rəssamlar ittifaqlarına üzv qəbul olunub və həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim təyin edilib. Özünü  hazırlıqlı, tələbkar bir müəllim kimi göstərib.

     Rəssamlar İttifaqının ən fəal üzvlərindən biri kimi ardıcıl olaraq çalışıb və İttifaqın bütün yaradıcılıq və ictimai işlərində fəallıq göstərib. Təsadüfi deyil ki, o, yaradıcılıq birliyinin respublika və keçmiş SSRİ Rəssamlar İttifaqının sərgilərində, habelə xarici ölkələrdə təşkil olunan sərgilərdə ardıcıl olaraq iştirak edib. Onun əsərləri Kubada (Havana-1980), Əfqanıstanda (1980-81), Polşada (1988) və ABŞ-da (Hyuston-1989) və başqa ölkələrdə nümayiş etdirilib. Ümumittifaq, respublika mətbuatında, infornasiya vasitələrində əsərləri barədə elmi-publisistik məqalələr dərc olunub, reproduksiyaları verilib. Son illər Azərbaycan incəsənətinin Bakıda, Moskvada, İstanbulda açılmış "Payız”, "Yaz”, "Novruz” sərgilərində, 1990-cı ildə "Yanvar-90” və akvarel sərgilərində, 1991-ci ildə "Yaz” və başqa sərgilərdə əsərlərini nümayiş etdirib. 1994-cü ildə Bakı şəhərində Rəisin birinci, 1995-ci ildə II fərdi sərgisi açılıb. 1996-1998-ci illərdə respublikada və xarici ölkələrdə təşkil olunmuş

 sərgilərdə, 2000-2001-ci illərdə "Sənətdə təmayüllər” və "İncəsənət və neft səltənətində” tematik bədii sərgilərdə, 2001-ci ilin dekabr ayında "Mənzərə” bədii sərgisində, 2002-ci ilin martında "XXI əsr –yeni əsərlər”, 2002-ci ilin noyabrında "Naturmort”, 2003-cü ildə "Bakı, İçərişəhər”, "Təsviri sənətdə qadın obrazı”, "Gül aləmində”, 2004-cü ildə "İnteryerdə naturmort”sərgilərində və digər sərgilərdə iştirak edib.

     2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülüb. Əsərləri Azərbaycanın və digər ölkələrin şəkil qalereyalarında saxlanılır.

                                                                                                                               R.Kərimov, Azərbaycan Rəssamlar Ittifaqının katibi

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться