Məgələnin əvvəli (bura basın)
NOVXANILILAR
Novxanı həm zahirən, həm də mental cəhətdən Abşeronun başqa kəndlərinə çox

oxşasa da, fərqli
cəhətləri də vardır.
Kəndin qədim hissəsində qalmış ev və həyətlərə diqqət yetirdikdə görürük ki, hər bir həyətdə su quyusu və tövlələr, habelə xırman, bostan məhsulları saxlamaq üçün anbarlar vardır. Novxanının əncir və üzümü başqa kəndlərdəkindən fərqlənir. Binaların və həyətlərin quruluşundan belə məlum olur ki, vaxtilə insanlar əsasən əkinçilik, bağçılıq və maldarlıqla məşğul olublar. 1832-ci ildə kəndin istifadəsində təxminən 10000 hektar

torpaq sahəsi olub. 80 xalvar əkinçilik, 75 xalvar üzüm bağları, 75 xalvar zəfəran tarlaları, 75 xalvar isə bostan salınması üçün ayrılmışdır. 550 xalvar əkinçilik üçün yararsız hesab edilirdi. Novxanıda demək olar ki, hamının evində xalça, palaz toxunub, parçadan, zərbaftadan tikmələr yaradılıb.
Yerli
əhalinin özəl xüsusiyyətləri haqqında danışarkən bir fakt tez-tez vurğulanır;
novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Milli adətlərdən
çoxu bu günə gəlib çıxmasa da, bir qismi qorunmaqdadır.
Camaatın mətbəxində xəmir xörəklərinə xüsusi önəm verilmişdir. Qış günlərində
səhərlər
kərə yağında bişirilən, üstünə üzüm doşabı verilən xəşilin, quymağın, axşamlar
sarımsaq-qatıqlı quru xingalın, düşbərənin, riza xingalının, lobyalı xəmiraşının,
iç, ət, kudu-balqabaq, göy qutablarının (xüsusilə təndirdə bişən qutabların)
yerini başqa xörəklər vermir. Gündəlik ət xörəkləri içərisində
birinci yeri, heç şübhəsiz ki, ancaq qoyun ətindən bişirilən küftə-bozbaş
tutur. Xeyir-şər məclislərində əsasən küftə-bozbaş verilir. Əvvəllər çox işlənən
balıq xörəkləri indi az işlənir, insanlar istədikləri balığ növlərini almağa çətinlik
çəkir. Bağdan köçəndə "Yurd halvası”
bişirilir.
Əhalı dindardır, şiə təmayüllüdir. Kəndin din xadimləri Azərbaycanda tanınmış
şəxsiyyətlərdəndir.
XIX əsrdə və XX əsrin əvvəllərində kəndin cavanları İraqda və Nəcəfi-Əşrəfdə
mükəmməl dini təhsil alıb alimlık dərəcəsinədək
yüksəliblər. Ateist sovet rejimi vaxtı novxanılılar dini ənənələrini
qoruyub-saxlayıb, müxtəlif təzyiqlərə baxmayaraq dini
bayramları keçirib, müsəlmanların matəm günlərində məhərrəmlık mərasimlərini
evlərdə təşkil ediblər. Həmin dövrdə bir neçə cavan fürsət tapıb Özbəkistanda fəaliyyət
göstərən ali məktəblərdə dini təhsilə yiyələnib. SSRİ-də
bağlanmış məscid və kilsələrdən "yenidənqurma” prosesi çərçivəsində fəaliyyətini
bərpa edən din ocaqlarının birincilə-rindən Novxanıdakı "Hacı Səfəralı” məsçidi
olub. İndi cümə namazlarına, dini mərasimlərə həmin məscidə yüzlərlə dindar gəlir,
orada ehsanlar verilir, kənd camaatının məişət problemləri ilə bağlı iclaslar və
müxtəlif mərasimləri keçirilir.
Novxanıdan yetim qalan balalar heç bir zaman uşaq evlərinə verilməzdi. Azyaşlılar
kənd ağsaqqallarının qərarı ilə bu və ya digər ailəyə
baxılmaq üçün verilərdi. Əksər halda yetim uşaqlar doğmalardan seçilməzdi. XX əsrin
90-ci illərinin əvvəllərində respublikada cərəyan edən iqtisadi böhran zamanı
xeyriyyəçılər tərəfindən kasıb ailələrə pulsuz ət, ərzaq paylaşdırılıb,
mağazalarda onların borcları silinib. Xeyriyyəçılərın vəsaiti
hesabına kasıb ailələrin uşaqları sünnət edilib, şənliklər təşkil olunub.
Novxanılılar
türk əsillidirlər. Sakinlərin şifahi
nitqi özünəməxsus özəllikləri ilə seçilir. Maraqlı bir faktdır ki,
novxanılıların ləhcəsi Dərbənd qalasının ətrafında
yaşayan azərbaycanlı əhalının
ləhçəsi ilə demək olar ki, eynidir. Kəndin
qocaman sakinlərinin bir çoxu hətta ulu baba və nənələrinin danışıqlarını
xatırlayaraq birmənalı israr edir ki, Novxanıda əhalı heç zaman fars dilində
danışmayıb.
Görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyli "Bakının orta əsrlər tarixinin oçerkləri” adlı fundamental monoqrafiyasında bildirir ki, türk tayfaları Azərbaycana eramızdan əvvəl I minillikdə və erkən daxil olmuşlar”. Elə türk soylu xalqların – hunlar, bolqarlar, xəzərlər, savirlər, avarlar və s. zaman-zaman axınının və Abşeronda da məskunlaşmasının nəticəsidir ki, artıq VII əsrin 20-30-cu
illərində, Albaniyanın Xəzər hakimiyyətinin tabeliyinə düşməsilə türk mənşəli
ümumxalq Azərbaycan dili, demək olar ki, formalaşma mərhələsinə qədəm qoyur.
Tanınmış alim-etnoqraf Təvəkkül Səlimov-Şağani yazır: ”Azərbaycanın görkəmli tarixçilərinin tədqimatlarından aydın olur ki, türksoylu əhalinin Abşeronda məskunlaşması və tədricən oturaq həyat tərzinə keçməsi prosesi eramızdan əvvəl IV-III əsrlərdən üzü bu yana baş vermişdir. Eramızın əvvəllərindən etibarən isə türksoyluların yarımadaya yeni axını daha da
güclənir”.
Qeyd etdiyimiz həqiqətin üzərinə bir daha qayıtmaqla təkrar edirik ki, Bakıətrafı
kəndlər, o cümlədən Novxanı da ən azından eramızın əvvəllərindən etibarən intensiv surətdə məskunlaşma nəticəsində VI-VII əsrlərdə kənd yaşayış məntəqələrinə məxsus bütün vacib atributlara malik olmuşdur. Özü də burada türksoylular (azərbaycanlılar) həmişə əksəriyyət təşkil etmişdir.
Novxanı əhalisi
maldarlıq, əkinçilik, üzümçülük, balıqçılıq, toxuculuq, daşişləmə, dülgərlik, bənnalıq,
dəmirçilik və s. ilə məşğul olmuş, qonşu kəndlərlə əlaqə saxlamışdır.