Hüsniyyə Cərulla qızı
1910-cu ildə
Novxanı kəndində fəhlə ailəsində anadan olub.
8 yaşında ikən anasını itirib. Erkən
yaşında ailə qurub. Buna baxmayaraq, o, təhsilini davam etdirib. Pedaqoji ali
məktəbi bitirdikdən sonra müəllim işləyib. Hüsniyyə xanımın maarifçilik
sahəsindəki təmənnasız işini Novxanı kəndinin yaşlı sakinləri razılıqla
xatırlayırlar. O, qızlar arasında savadsızlığı aradan qaldırmaq üçün evlərə gedir, onlara evdə dərs deyirdi.
Bu fədakar ziyalı qadınlara dərs deməklə yanaşı, öz təhsilinin də artırılmasını
unutmurdu. Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul edilir və buranı
uğurla bitirir.
Müxtəlif vaxtlarda onu Gəncə, Qazax,
Ağstafa rayonlarında xalq hakimi təyin edirlər. 1946-cı ildə Hüsniyyə xanım
Bakının Oktyabr rayonunun xalq hakimi vəzifsinə irəli çəkilir. Eyni zamanda Ali
məhkəmənin üzvü seçilir. 60-cı ilin əvvəllərindən ömrünün axırına qədər Bakının
Binəqədi, Oktyabr və Nərimanov rayonlarında Dövlət Notariat idarəsində işləyib.
1974-cü ildə vəfat edib.
İlqar