Bakuvi
Məhərrəm Camal oğlu
1963-ci ildə Cəmbərəkəndin novxanılılar məhəlləsində
anadan olub. 1978-ci ildə 9 saylı orta məktəbin rus bölməsini bitirib.
1979-1981-ci illərdə Ukraynada hərbi xidmətdə olub.
Hərbi xidmətdən sonra kiçik ticarətlə məşğul olub.
Uşaqlıq illərindən Böyük Allaha məhəbbəti onu müqəddəs Qurani-Kərimi
orijinalda, ərəb dilində oxumağa sövq edib. O, 1987-ci ildə Bakı məsçidlərinin
birində mədrəsədə Mühəmməd Peyqəmbərin (s) dinini öyrənməyə başlayır. Bir müddət
orada oxuyandan sonra fərdi qaydada, Azərbaycanın ən görkəmli din xadimlərindən
dərs alır. Eyni zamanda Bakıda İslam İnstitutunda da təhsilini artırır. İmam
Əlinin (ə): "Hər insanın qiyməti onun elminin dəyəri qədərdir”, - müdrik kəlamını
rəhbər tutaraq daim öz biliyini artırmağa çalışır. Ali məktəbi bitirdikdən
sonra da fiqh, üsul və fəlsəfə bəhslərini ali səviyyədə ən görkəmli alimlərin əsərlərini
dərindən öyrənməklə, elmini təkmilləşdirir.
2003-ci ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
Hacı Sultanəli məscidinə axund vəzifəsinə təyin olunur. Qısa müddətdə məsciddə
namaz qılan dindarların ehtiramını qazanır. Yüzlərlə müsəlman cümə günlərində və
başqa mərasimlərdə onun moizələrini böyük maraqla dinləyir. Hər bir dindar fərdi
qaydada şəriətlə bağlı suallarına ondan dəyərlı cavablar alır.
Hacı Məhərrəm ruhaniliyin dəyərini cəmiyyətə elm
öyrədib düz yol göstərməkdə görür və bunu özü üçün həyat prinsipinə çevirir.
Hacı Cavanşir Manafov