Nəcəfov Cavid Nəcəfqulu oğlu
Cavid Nəcəfov – bu ad çəkiləndə humanist, təvazökar,
qayğıkeş, öz işinin kamil bilicisi olan əvəzsiz bir insan yada düşür. O,
1929-cu ildə Bakı şəhərində anadan olub. Məktəb illəri Böyük Vətən
müharibəsinin ağır illərinə təsadüf edib.
1952-ci ildə Azərbaycan
Politexnik İnstitutunu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyində
mühəndis-mexanizator vəzifəsinə qəbul edilib. Bir il sonra nazirliyin böyük
mühəndisi olub.
1953-97-ci illərdə C.Nəcəfov
Karyagin (indiki Füzuli) rayonunda MTS-in baş mühəndisi, Azərbaycan SSR Kənd
Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra mexanikləşdirmə və
elektrikləşdirmə idarəsində rəis müavini-baş mühəndis, Nazirlər Kabinetində
böyük referent, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyindəsədr müavini, ittifaq Kənd Təsərrüfatı Texnikası
Birliyi Zaqafqaziya filialının rəisi, Nazirlər Kabineti yanında nəqliyyat
idarəsinin rəisi, Azərbaycan Kənd Təsərrüfatı Birliyi istehsalat xidməti və
nəqliyyat idarəsinin rəisi və başqa vəzifələrdə işləyib. Həmin illər ərzində
C.Nəcəfov özünü istedadlı mütəxəssis, bacarıqlı təşkliatçı, həssas yoldaş kimi
göstərib, həmkarları arasında böyük hörmət qazanıb.
Onun əməyi dövlət səviyyəsində
qiymətləndirilib, 1966-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına,
sonrakı illərdə isə bir neçə medal və digər mükafatlara layiq görülüb.
Zərifə Nəcəfova, həyat yoldaşı