Manafov Məmmdhüseyn Dəniyar oğlu
Yeni bir düşmənçiliyin təməli toyda qoyulur
Kənddə toy
idi. Qoçu Hacıoglu Məşədi toyxananın yuxarı başında əyləşmişdi. O dövrün
adətinə qörə kişilər olan məclisə qadınlar gələ bilməzdilər. Ona görə də
qonaqlardan biri öz xoşu ilə başına yaylıq bağlayıb ana-bacı rəqsini oynamalı idi. Hacı oğlu toyxanada bir şəxsi
qaralayıb hansısa səhfinə görə onu cəzalandırmaq, camaat arasında rüsvay etmək
istəyirdi. Nəhayət, bu rəqsin havasını çaldırıb həmin adamı oynamağa məcbur
edir. Bu səhnəni izləyən Məmmədhüseyn adlı bir cavan əsəblərini cilovlaya bilmədiyindən
Hacının üstünə silah qaldırıb zorakılığa məruz qalan şəxsə deyir:
- Bu can belə şirindir ki, öz hörmətüvi
ona qurban verdin? Sən də, səni oynadan da hələ bir-birinizin tayı -
köpəyoğlusuz!
Cavan bunu deyib dərhal toyxanadan çıxır.
Aləm bir-birinə qarışır. Bir neçə nəfər silahlarını çıxarıb dikbaş gəncə
qulaqburması vermək istəyir. Hacıoğlu onlara təpinir:
- Bir kimsənin o cavanla işi olmasın!
Özüm cavabını verəcəyəm!
O gündən də yeni bir
düşmənçiliyin təməli qoyulur və bu, uzun çəkir.
Hacıoğlu Məşədinin hökumətlə
problemləri olanda İrana qacardı. Bir dəfə Məmmədhüseyn də İrana gedir,
tanışının evində qonaq qalır. Təsadüfən Hacıoğlu da o evdə qonaq imiş.
Bir-birini görəndə özlərini sakit göstərirlər. Bu, ev yiyəsinə hörmət əlaməti
idi. Lakin gecələr hər ikisi bir-birindən ehtiyat edib ayıq yatırdı.
Bir gün Hacıoğlu fürsət tapıb
Məmmədhüseynə deyir:
- Dəniyar oğlu, biz düşmənik, amma
vətəndə! Yad ölkədə bir-birmizə dayaq olmalıyıq. Sənin ailən məni yaxşı
tanıyır, ələlxüsus da, dayın bilir ki, düşmənçiliyi də kişi kimi edirəm və
bilirəm ki, sən də elə bir kişinin oğlusan ki, düşmənçilikdə məndən dala qalmazsan!
Onlar belə
qərara gəlirlər ki, vətənə çatmayana qədər bir-birinə dayaq olacaqlar. Bir müddətdən
sonra Azərbaycana qayıdırlar. Sərhədi keçən kimi başlayırlar atışmaqa.
Cavanşir Manafov
Bundan əvvəlki
yazıda bəhs etdiyimiz çobanların ağsaqqalı Bakının indiki Salyan kazarmaları
adlanan ərazısində yerləşən mal-qara bazarına satışa çıxarmaq üçün qoyun
sürüsünü gətirir. Hansısa qoçunun ərköyünlüyü ucbatından sübhdən açılmalı olan
bazarı bazar xozeyinləri açmağa cürət etmirlər. Bu zaman qoçu Məmmədhüseyn
buraya gəlir, bazarın açılmamasının səbəbini biləndə əsəbi halda xozeyinlərə
işin başlamasına sərəncam verir. Ağsaqqal çobanın bazarı uğurlu olur. İşi
bitirdikdən sonra maraqlanır ki, bazarı
açdıran o cavan adam kimdir? Ona izah edirlər ki, bu novxanılı qoçu
Məmmədhüseyndir. Qaçaq Xalıqla olan əhvalatı tez yadına salır. Təəccüblənir:
"İkinci dəfədir ki, novxanılılar tanımadan mənə belə hörmət edirlər. Görəsən,
bu Novxanı kəndi necə olan yerdir?”. Hələ bazarda da bir həmkəndlimizi tapır,
onu Novxanıya aparmasını xahiş edir. Faytonla çatırlar Novxanıya. Yay ayı
olduğundan, kənd caamatı bağlara köçmüşdü. Yol yoldaşı istəyir qonağı bağa
aparsın. Ağsaqqal faytonu saxlatdırıb, yerə düşür, Novxanı torpağını öpür. Arzusuna çatdığını bildırib qayıdır Bakıya.
Vaqif Ağayev