NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 14.06.2025, 14:00

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əsgər Əliyev | Регистрация | Вход

Əliyev Əsgər Abbasəli oğlu

     Əsgər Abbasəli oğlu Əliyev 1976-cı il iyunun 17-də Novxanı kəndində anadan olmuşdur. Valideynləri əslən Yardımlı rayonundan idilər və sonralar Abşeron rayonuna köçüblər.

     Əsgər ailədə böyüyən beş qardaş, iki bacının kiçiyi, evin sonbeşiyi idi. Məktəbə də Novxanı kəndində getmiş və 1992-ci ildə M. Hüseynzadə adına kənd məktəbinin səkkizinci sinfini bitirmişdi.

     1994-cü il sentyabrın 5-də hərbi xidmətə çağırılmış, altı aylıq təlimdən sonra Tərtər rayonundakı ˝N˝ hərbi hissəsinə göndərilmişdir.

     1995-ci il aprelin 24-də Tərtər rayonunun Ağkənd kəndində qarovulda dayanarkən ermənilərin qəfil hücumu zamanı Əsgər boynundan ağır güllə yarası alır və bu yara ilə də aprelin 29-da dünyasını dəyişir.

     Novxanı kənd qəbristanlığında dəfn edilmişdir.

     Əsgər Əliyevin adı əbədiləşdirilmiş, Novxanı kədinin küçələrindən birinə onun adı verilmişdir.

 

Меню сайта

Форма входа

Календарь

«  Июнь 2025  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Архив записей

Подписаться