NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 21.11.2024, 17:27

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Arif Teymurov | Регистрация | Вход

Teymurov Arif Bahadır oğlu

Qütbarxasına gedən ilk azərbaycanlı jurnalist

 

    Məndə qəribə bir xüsusiyyət var. Orta məktəbdə oxuduğum illərdən başlayaraq bir neçə dəfə gördüyüm xətti yadımda saxlaya bilirəm. Bəzən dünən, sırağa gün baş verənləri unuduram, heç xatırlamıram da .... Amma xətt məsələsində, nədənsə, bəxtim gətirib. Bu yaxşıdır, ya pis – bilmirəm, ancaq onu bilirəm ki, Arif Teymurovun əlyazmasını ilk dəfə "Bakı" qəzetində görmüşəm...

 

    Onda Arif tanınmış jurnalistlər cərgəsində idi. Oturub-durduğu, haqqında yazdığı insanlar da şəhər boyda ad-san sahibi idi. Arif onda özünəməxsus bir sevgi ilə Füzulidən danışırdı, Əliağa Vahiddən beytlər söyləyərdi, tələbəlik illərində yazdığı şeirlərin şirinliyini özünün gənc və təcrübəsiz həmkarlarına dadızdırmağa çalışırdı. Səttar Bəhlulzadəni Van Qoqdan, Qara Qarayevi Motsartdan, Bülbülü Şalyapindən qüdrətli sənətkar sayırdı. Çox vaxt yazılarını ədəbiyyat və incəsənət şöbəsinin müdiri Fazil Rəhmanzadəyə təqdim edərdi və o da bu məqalələri bəh-bəhlə oxuyub bizə örnək göstərərdi, yəni baxın, öyrənin. Biz də öyrənirdik, jurnalistin ədəbindən, ərkanından, danışığından, özünü cəmiyyət arasında aparmağından, ən başlıcası, müsahibini danışdırmaq məharətindən bəhrələnməyə çalışırdıq.

    O vaxtlar heç Arif Teymurovun xəbəri də yox idi bunlardan: sakitcə gəlib məqaləsini verər, öz həmyaşıdları ilə mədəniyyət aləmindəki yeniliklər barədə fikir mübadiləsi edər və çıxıb gedərdi. "Bakı" qəzetində təcrübə keçdiyimiz o illərdən yaddaşımda Arif Teymurovun bir yazıları qaldı, bir də onun xətti...

   Sonra tale bizi təkrar telestudiyada görüşdürdü, bir müddət televiziyanın "Günün ekranı" xəbərlər proqramında işləməli olduq. Arif onda da operativliyi, hadisələrə dəqiq yanaşma tərzi ilə seçilirdi. Tanınmış rəssamların, musiqiçilərin, aktyorların bir çoxu ilə bilavasitə tanışlığı, ədəbiyyat və incəsənət mövzusu sahəsində ixtisaslaşması ona istənilən mövzuda rahatca, həm də operativ material hazırlamaq imkanı verirdi.

   Şəxsi həyatı barədə danışmağı heç xoşlamırdı, amma bilirdik ki, Arif köklü-köməcli bakılıdır 1937-ci ildə Bakıda doğulub). İşə-gücə başı qarışdığından bütün qayğılarını bacıları çəkirdi. Cavanlıqdan poeziya həvəskarı idi. Hələ tələbəykən (1960) "Aprel çiçəkləri" adlı almanaxda "O qıza" adlı şeiri çap olunmuşdu. Təəssüf ki, həmin qız bütün ömrü boyu Arifin sevgisini cavabsız qoyub və o da bu günə kimi bu məhəbbəti heç kəslə paylaşmayıb....

    O vaxtlar çox dəbdə olan xam torpaqlara gedən könüllülər arasında Arifin də adı vardı və gənc jurnalist öz səfər təəssüratını sonralar dövri mətbuatda dərc etdirdiyi yazılarında oxucuları ilə bölüşüb. 1966-cı ildə isə Qütbarxası – Norilskə gedən ilk azərbaycanlı jurnalist kimi Arif Teymurov orada yaşayan soydaşlarımızın həyatı ilə bağlı silsilə verlişlər və məqalələr hazırlayıb. Seçdiyi peşə onu XX əsrin nəhəng tikintisi sayılan Baykal-Amur magistralına aparıb, Azərbaycana döndükdən sonra həm radio, həm də televiziya üçün verlişlər hazırlayıb, habelə yol qeydlərini "Ulduz" jurnalının bir neçə sayında çap etdirib.

   Arada Arifin səsi Sank-Peterburqdan gəldi. Düz on il o, ştatdankənar müxbir kimi dünyaşöhrətli rəssamların – Rembrandtın, Repinin, Renuarın, Ayvazovskinin (yeri gəlmişkən, əsl türk oğlu türk olan bu böyük rəssamı təəssüf ki, bədxah qonşularımız "erməniləşdirə" biliblər. Əslində isə o XIX əsrin əvvəllərində rus-türk müharibəsində - məhşur İzmayıl döyüşündə əsir düşmüş bir alay oğlunun övladı idi) həyat və yaradıcılığı, habelə Neva çayı sahilindəki möhtəşəm şəhərin tarixi abidələri, burada yaşayan soydaşlarımızın gündəlik həyat tərzi barədə tamaşaçılara məlumat verdi. Sonralar bu teleqeydlər daha dolğun və əhatəli şəkildə "Qobustan" jurnalında işıq üzü gördü.

   1980-cı ildə ədəbiyyat və incəsənət mövzusunda reportaj və müsahibələrinə görə Arif Teymurov "Qızıl qələm" mükafatına layiq görüldü.

   Arif Bahadıroğlu bu gün də televiziyamızda öz zəhmətini, təcrübəsini və bacarığını "Haqqın dərgahı" adlı dini proqramın araya-ərsəyə gəlməsinə sərf edir. Yeri gəlmişkən, o, "Haqqın dərgahı" televiziya verlişinə görə Tusi İran Mədəniyyət Mərkəzinin "Məhəmməd Peyğəmbərin Movludu münasibətilə" Respublika müsabiqəsinin mükafatına layiq görülüb.

   Dünyaya ulu Tanrının iman nurundan baxan, bütün ömrünü mədəniyyətimizin təbliğinə həsr edən, televiziyamızın yaddaş saxlancına "Körpü" sənədli-televiziya filmi, sənət adamları barədə portret verlişlər, reportajlar bəxş edən qələm dostumuzun 70 illik yubleyinin belə tez yetişməsinə çox təəcüb etdim.

   Hacı Arif arif adamdır, məndən inciməz və nə demək istədiyimi özü bildiyi kimi yozmağı bacarar. Haqqa uzanan əllərin nurla mükafatlandırılsın, Arif müəllim!

 

                                                                                      Telli Pənahqızı

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2024  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Архив записей

Подписаться