NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 03.12.2024, 21:49

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Şixəli Qurbanov | Регистрация | Вход

QURBANOV  ŞIXƏLİ  QURBAN  OĞLU

 

Ədəbiyyatşünas, nasir, şair, dramaturq, ictimai xadim, filologiya elmləri doktoru (1964), Ü.Hacıbəyli adına Dövlət mükafatı laureatı (1967).

Şıxəli Qurbanov 1925-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Orta təhsilini başa vurduğu vaxt Böyük Vətən müharibəsi başlanıb. O, 1941-ci ilin iyulunda cəbhəyə könüllü gedib. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb (1950) və orada aspiranturanı bitirərək rus ədəbiyyatı müəllimi olub. 1956-cı ildə "A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda namizədlik, 1964-cü ildə isə "XIX əsr Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1961-66-cı illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsinin müdiri işləyib. Lirik şeir, poema, hekayə, tənqidi məqalələrlə mətbuatda çıxış edib, bir neçə səhnə əsəri – "Rəis məşğuldur” (1958), "Əcəb işə düşdük” (1962), "Özümüz bilərik” (1963), "Olmadı elə, oldu belə” (1964), "Milyonçunun dilənçi oğlu” (1966) komediyalarını və "Sənsiz” (1967) pyesini yazıb. «Sənsiz» pyesi SSRİ-nin bir sıra şəhərlərində, Bolqarıstanda tamaşaya qoyulub.

Məşhur həmyerlimiz eyni zamanda görkəmli partiya və dövlət xadimi idi. O, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri (1954-55), 26 Bakı komissarı (indiki Səbail) Rayon Partiya Komitəsinin birinci katibi (1955-57), Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri (1957-61), Azərbaycan KP MK katibi və büro üzvü (1966-cı ildən ömrünün sonuna kimi) olub. Azərbaycan SSR Ali Sovetinin (V və VII çağırış) deputatı seçilib.

Azərbaycan KP MK katibi olarkən onu düşündürən ən vacib məsələlərdən biri unudulmuş, yaxud sovet rejiminin yasaq etdiyi adət-ənənələrimiz, mərasim-bayramlarımız olub. Rejimin hegemonluğuna, milli şüurun kütləşdirilməsi siyasətinə baxmayaraq, Ş.Qurbanov 1967-ci ildə Novruz bayramının ümumxalq bayramı olmaqla dövlət səviyyəsində qeyd edilməsi təşəbbüsü ilə çıxış edib və öz ideyasını həyata keçirmək yolunda hər cür çətinliklərə qarşı mübarizə aparıb. Düşünülmüş şəkildə tərtib olunmuş Novruz bayramı şənlikləri Azərbaycanın bütün bölgələrində, xüsusən Bakı şəhərində ümumxalq şənliyi səviyyəsinə qaldırıldı. Möhtəşəm Qız qalasının ətrafı Novruz bayramının  qeydolunma  mərkəzinə  çevrildi. Axın - axın  insanların  toplaşdığı  Qız qalası qarşısında xalq oyun-tamaşaları böyük rəğbət hissi ilə qarşılandı. Həmin ilin Novruz bayramına Azərbaycan mətbuatı da xüsusi səhifələr ayırdı. O vaxt yeganə olan Azərbaycan Dövlət televiziyası və radiosu verlişlərini bilavasitə Novruz bayramına həsr etdi. Vertolyotlardan "Yaz – Novruz bayramınız mübarək! yazılmış vərəqələr də Bakının küçə-meydanlarına səpələndi. Ağpaltarlı Bahar qızı keçdiyi yerlərdə hamı tərəfindən gül-çiçəklə qarşılandı. Dənizkənarı bulvarda, şəhər meydanlarında bayram yarmarkaları təşkil olundu. Bakı əhalisi Şıx çimərliyində Novruz bayramı – ağacəkmə bayramı iməciliyi keçirdi.

Azərbaycana – Şıxəli Qurbanovun adına Novruz bayramının belə təntənəli keçirilməsi münasibətilə Özbəkistandan, Qırğızıs-tandan, hətta İraqdan təbrik teleqramları gəlmişdi... Təbii olaraq sonrakı illərdə sovet rejimi Novruz bayramının, eləcə də digər xalq ayin-mərasimlərinin qarşısına öz keçilməz sipərini çəkdi. Bununla belə, Şıxəli Qurbanovun təşəbbüsü, milli cəsarəti ilə 1967-ci ildə böyük təntənə ilə qeyd olunmuş Novruz bayramı ürəklərdə kövrək iz qoydu....

Xalqımızın rəşadətli qəhrəmanı səviyyəsinə yüksələn şanlı eloğlumuzun 1967-ci ildə müəmmalı şəkildə və qəflətən ölümı bu gün də qəlbimizi yaxıb-yandırır. Qədirbilən Azərbaycan bu fədakar və müdrik oğlunu heç vaxt unutmayacaq!

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası

 

 

Меню сайта

Форма входа

Календарь

«  Декабрь 2024  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Подписаться