Əsədin macaraları
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanın da bütün bölğələrində
müxtəlif ləhcələr, məhəlli şivələr
mövcuddur. O ərazidə yaşayan sakinlərin şifahi nitgi özünə
məxsus sözəllikləri ilə seçilir. Bu baxımdnan novxanılıların da danışıq tərzi
maraq doğurur.
ƏSƏD adı
altında kəndə və şəhərdə yaşayan novxanılıların adları gizlənilib.
Əhvatlar
uydurma deyil.
* * *
Əsəd Novruz bayramı axşamı nunnuya (bayram payı
almağa) çıxmışdı. O, kənddə əvvəlcə Hacı
Mirzə kişinin qapısını döyür. İçəridən, qapının o biri üzündən səs gəlir:
-
Ayə, kimsən?
-
Əsədəm.
-
Kimdi?
-
Mənəm də, Əsədəm.
-
Ayə, əsəsən, get öz xarabonda əs!
Qələmə aldı Hacı Arif Teymurov
***
Günlərin bir güni Əsəd 98 nomrəli marşrutla kəndə
gedirdi. Əlində, ipdən toxunmuş zəmbilin içində isə bazardan aldığı ördək.
Avtobusda yer olmadığından ayaq üstə durub, zəmbilli əli ilə yuxarıdakı
tutacaqdan yapışır. Ördək birdən oturan sərnişinin üstünü bulayır. Sərnişin
başını qaldırıb Əsədə deyir:
-- Neylədün ala?
Ördeyin yiyəsi Əsəd özünü itirmədən cavabında:
-- Mən elədim beyəm?!
Paltarı bulaşmış sərnişin:
-- Yox! gəl bir sən də elə!
***
80-cı illərdə bir dəb vardı, "Jiquli” markalı
avtomobillərin damına kustar üsulla lük açardılar. Əsəd öz maşınına o lükdan
düzətdirir sevincək ustanın yanından evə gəlir. Qapilarının qabağında yaşlı
əmisi ilə rastaşır:
-- Salam əmi!
-- Əleykümə salam!
-- Əmi maşına bax, lük xoşuna gəlir?
Ağsaqqal Əsədə tərs-tərs baxib:
-- Axmağın biri axmağ! Ele bil maşında piraşki bişirib satacağ!
***
Həcc
ziyarətində, təvaf zamanı 70 yaşlı
novxannı Əsədin cibindən 100 rial pulu oğurlanır. Otelə gəlib, yaxınlaşır
kəndçisi olan qrup rəhbərinə:
-- Cibgirlər cibimdən pulu apardılar, kimə deyim indi?
-- Neynəyim indi səninçün! Puluvu bərk saxla, heçkim oğurlamasın
Əsəd hirslənib qəzəblə bildirir:
-- Hacı, mənimçün problem döyül lazım olsa, qirib təvafa bir-iki kruq
vurub, bir-iki min dollar apararam. Sadəcə, istədim səninlə məsləhət edim,
dedim bəlkə sən bilərsən, kim qaytarar oğurluq pulları
Qrup rəhbəri görür ki vəziyyət
müşkildi. Çünki, bu kişinin keçmişinə bələd idi. Bilirdi ki, Əsəd cavanlıqda
qulaq kəsən olub. Yaşlı vaxtında həccə gəlib burda da, günah etməsə yaxşıdı.
Bunun pulu qayıtmasa, bu bir mərəkə törədəcək. Məcbur olub deyir:
-- Ay kişi pulun tapılıb, bayaq bir uşaq otelin qapısından tapıb verdi
mənə.
Əsədin üzü gülərək:
--Mən dedim də, mənim halal pulumu heç kim yeyə bilməz!
***
Məkkə şəhərinin Ərafat çölündə bir dağ var, bu dağda
Adəm və Həvva uzun ayrıliğdan sonra bir-birinə qovuşublar, bura gələn zəvvarlar
oranı zıyarət edib, dua edirlər.
Ziyarət zamanı bələdçi
zəvvarlara bu tarixi hadisəni danışdığdan sonra onlara tövsiə edirki, çıxsınlar
bu dağa orada dua etsinlər, Əsəd bunu eşidərkən başlayır deyinməyə, bələdçi
bunu görüb ondan soruşur:
-- Ay kişi nolub, niyə
deyinirsən?
Əsəd deyinə-deyinə:
-- Ğörmürsən, Ala bu Adəm intiresni adamdı, boboyda səhralığda yer tapmadı arvadıyla görüşsün, çıxıb dağın başında görüşür!
Qələmə aldı Hacı Cavanşir Manafov
* * *
Əsəd kiçik
maşınlarda işləyirdi. Hamsını da o divara,
bu divara, o şalbana, bu şalbana vurub əzirdi. Bir gün belə qərara gəlir
ki, iri maşın sürsün. Məsləhət üçün böyük dayısının yanına gedir. Deyir:
-
Dayı, istəyirəm bir dənə "Kamaz” götürüb sürüm. Məsləhətdir?
Dayı bir qədər fikirləşəndən
sonra deyir:
- Nə deyim, vallah, maşın Kamaz, sən qammaz, səninlə onunki tutmaz.
* * *
Onlara qonaq gəlir. Əsəd arvadına tapşırır ki, yeməkdən-zaddan hazırlasın. Səliməxanım Allahın verdiyindən hazırlayıb süfrəyə qoyur. Sonra qonağla Əsədə yer salır. Qonaq ev yiyəsinə deyir ki, mən bağdan gəlmişəm, toz-torpağlıyam. Gəl sən mənim yerimdə, ipək yorğan-döşəkdə yat, mən də sənin çit yorğan-döşəyində. Əsəd razılaşır. Səhər açılır. Səliməxanım qonaq üçün saldığı yataqdan xorultu səsini eşidib tez çit yorğan döşəkdə yatana bir-iki dürtmə vuraraq deyir: "Adə Əsəd, bəsdi yatdın, dur ayağa, görey qonaq köpey oğlu üçün nə bişirək!.”
Qələmə aldı Lalə xanım Əbüzərova
***
Əsəd təzə "Cip”lə Lənkərana
yola düşür. Yolda onu dövlət yol müfəttişi saxlayıb təyin olunmuş
məhdudiyyətdən artıq sürrətlə maşını sürdüyünü bildirir.
Əsəd əsəbi halda:
- Yalançının atab-atasına
nəhlət!
Müfəttiş:
- Bu necə danışmaqdır!
Əsəd:
- Axı mən maşını avtopilota
qoymuşam, istəsəm də 90 yuxarı sürə bilmərəm.
Müfəttiş:
- Bu avtopilotu ixtira edənin-atab atasına nəhlət!
Qələmə aldı Azər Qasımov
***
Əsəd şəhərlərarası yükdaşımalar avtobazasında sürücü
işləyir. SSRİ-nin ən ucqar şəhərlərinə həftələrlə maşın sürməli olur. Qaydaya
görə uzaq reyslərə maşını tək yox digər sürücü yoldaşı ilə idarə etməlidir.
Lakin Əsəd müxtəlif bəhanələrlə bu qaydadan yayınır, reysə tək çıxır. Bu
hərəkətindən cana gəlmiş bazanın müdiri növbəti reys ərəfəsində Əsədə mütləq
ortaqla yola çıxmağı əmr edir.
Əsəd müdirə müraciət edir:
- Yoldaş müdir, mən reysdə heç pencəyimlə də yola gedə
bilmirəm, ortağımla neçə yola gedim? İcazə ver yola tək çıxım.
Gülüşünü saxlaya bilməyən müdir bu dəfə də qayda pozuntusuna göz yumur.
Qələmə aldı Vaqif Ağayev