Asanov Dadaş Mirzə oğlu
Dadaş Asanov 1930-cu il yanvarın 15-də Naxçivan Muxtar
Respublikasının Cülfa şəhərində doğulub. 1948-ci ildə Bakidakı 171 saylı orta
məktəbi bitirib. Həmin il Moskva Polad İnstitutuna daxil olub. 1952-ci ildə
Moskva Yeyinti Sənayesi Texnologiya İnstitutunun tikinti şöbəsinə köçürülüb və
1955-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirərək inşaat mühəndisi
ixtisasina yiyələnib. "Azəryeyintitikinti” trestinin 1 saylı İxtisaslaşdirilmış
tikinti-quraşdırma idarəsində işə qöndərilib. 1956-ci ildən 1959-cü ilədək
onbaşı, iş icraçısı və baş iş icraçısı vəzifələrində çalışıb. 1959-cu ilin mart
ayindan 1962-ci ilin yanvar ayınadək 4 saylı dəmir-beton məmulatı zavodunun baş
mühəndisi olub. 1962-ci ildə "Azərbaycan Sənaye Tikinti” Nazirliyinin yeni
yaranmış "Dəmir-beton” trestinə baş mühəndis vəzifəsinə göndərilib.
1966-ci
ilin iyul ayından Azərbaycan "Kəndtikinti” Nazirliyinə köçürülüb və 1973-cü
ilin noyabr ayınadək nazir müavini, nazirin 1-ci müavini vəzifələrində işləib.
1973-cü ilin noyabr ayında
yeni yaradılmış Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı
naziri vəzifəsinə təyin edilib. 1978-ci ilin noyabr ayında Azərbaycan SSR
"Kəndtikinti” naziri olub.
1982-ci ilin oktyabr ayında
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilib.
Tanınmış inşaatçı, Sərhəd Qoşunları
komandanının sabiq müavini Sücəddin Abdullayev Dadaş Asanovu belə yada salır:
"Sumqayıtda nəhənq "ЭP–300” zavodunun tikintisinə başçılıq edirdim. Həmin vaxt
Dadaş müəllim Nazirlər Sovetinin sədr müavini vəzifəsində işləyirdi. Həftədə iki dəfə kompleksdə operativ müşavirə
keçirərdi. Müşavirədən əvvəl, ehtiyac olanda iclasdan sonra da tikintini
mənimlə birgə addım-addım gəzərdi, işin gedişatını şəxsən yoxlayardı. Bir çox
rəhbərlərdən fərqli olaraq onun iş üsulu qışqırbağırda, nöqsan axtarmağda yox,
təmkinlə, obyektiv və konkret problemlərin həllinə köməklik etməkdən ibarət
idi. O, inşaatı çox gözəl bilir, MDB məkanında tanınmış, yüksək dərəcəli
mütəxəssisdir. 1995–2001-ci illərdə Azərbaycanın şimal sərhədində böyük bir
zastavanın inşasında birgə çalışırdıq. Bir daha onun vətənpərvər, təcrübəli
mütəxəssis, bacarıqlı iş təşkilatçısı olmasının şahidi olmuşam”.
1989-1993-cü illərdə Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyib.
1993-cü
ilin iyun ayindan "Azərkəndtikinti” Dövlət Şirkətinin 1-ci vitse-prezidenti
vəzifəsinə köçürülüb.
1999-cü
ildən "Azərkəndtikinti” Açıq tipli səhmdar cəmiyyəti
sədrinin 1-ci müavinidir.
IX-X-XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Respublikanın əməkdar mühəndisi Dadaş Asanov Qırmızı Əmək Bayrağı və "Şərəf
Nişanı” ordenlərinə layıq görülüb.
Əslən
novxanılı olan Mirzə kişinin oğlu Dadaş uşaq vaxtı ata-anası ilə birgə Novxanı
bağlarında olduğunu xoş duyğularla xatırlayır.
Vaqif Ağayev