Dadaşov Tofiq Həsən oğlu
1947-ci il
aprelin 11-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq
fakültəsini qiyabi bitirib. 1967-ci ildə Moskvaya dəvət olunub, Moskonsertdə
işə qəbul edilib. 1969-ci ildən Sovet İttifaqının müxtəlif şəhərlərində müəllif
proqramı ilə psixoloji təcrübələr aparıb.
1973-cü ildə SSRİ Elmlər Akademiyası
nümayəndələri tərkibində "Birinci beynəlxalq psixotronik problemlərin
araşdırılması konfransı”na dəvət olunub. İlk dəfə idi ki, beynəlxalq səviyyədə
uzaq məsafədən telepatiya təcrübəsi keçirilirdi. T.Dadaşovla təcrübəni iki
məşhur tədqiqatçı, dünyanın müxtəlif ölkələrinin 300-dən çox aliminin gözü
qarşısında aparılırdı. Onlardan biri – o zamanlar E.Huverin (FTB) elmi işlər
üzrə koməkçisi olmuş, yalanaçan detektorunun yaradıcısı K.Bakster idi.
Konfransda Xarici alimlər T.Dadaşovun psixoloji bacarığını çox yüksək
qiymətləndirdilər, onu dünyanın güclü mediumu (ruhlarla insanlar arasında
vasitəçilik edən adam) kimi təsdiq etdilər ki, bu da dünya mətbuatinda geniş
əks-səda doğurdu.
Tofiq Dadaşov yüksək mükafatlara və
adlara, o cümlədən sərnişin təyyarəsinin qaçırılmasının qarşısının uğurla
alınması, sərnişinlərin təhlükəsizliyinin təmin olunması və cinayətkarların
tərksilah edilməsinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin (ən
yüksək mükafatına) fəxri fərmanına layiq görülmüşdür (1989-cu il). İlk dəfə
təcrübədə qeyri-adi bacarığa malik insan belə əməliyyata cəlb edilmişdi.
Nəticədə əməliyyat uğurla başa çatdı. Sonra Moskva və Bakı DTK-sı qərargah
rəhbərləri bu əməliyyatı qeyri-adi, nadir əməliyyat adlandırdılar.
Tofiq Dadaşov 1988-ci ildə Bakı şəhərində
əhaliyə kömək məqsədilə „PSİ-ЭKS” məsləhət mərkəzini yaratmışdır. 2000-ci ildən
artıq mərkəz Moskvada fəaliyyət göstərir. Bizim hamımız barədə hər şeyi bilən
adam, tanınmış parapsixoloq Tofiq Həsən oğlu Dadaşov „Raboçiy Tribuna”nın
qonağıdır.
Bu insanın xidmətləri siyahısında müxtəlif
hökümətlərin başçılarının və DTK-a generalların rəsmi təltifləri və
təşəkkürləri xüsusi yer tutur. O, xarici ölkələrin kəşfiyyatçılarını aşkar
etmiş, terrorçuların zərərsizləşdirilməsinə kömək göstərmiş, şahmatçıların yarışlarının nəticələrinə təsir
göstərmiş, siyasi məsələlərlə məşğul olmuş, eləcə də Monna Lizanın müəmmalı
gülüşünün sirrini açmışdır.
-
Tofiq Həsənoviç, məlumdur ki, Siz Bakının
yetişdirməsisiniz, bakılısınız. Hazırda harada yaşayır və nə işlə məşğul
olursunuz?
-
Artıq 30 ildir ki, Moskvada
yaşayıram, Bakıda da tez-tez oluram. Orada xeyriyyə məqsədilə parapsixoloji
kömək mərkəzi açmışam. Sizə deməliyəm ki, mənim də həyatımda ən ağır dövrlər
olub: bir çox vətəndaşlar kimi mən də Sovetlər İttifaqının dağıdılmasını çox
faciəvi ağrılarla yaşamışam. Bu dövr mənə elə pis təsir göstərmişdi ki, işləmək
istəmirdim. Hətta Almaniyadan və Ərəb Əmirliklərindən dəvətlər alsam da belə.
Mən bu vəziyyətimi mənəvi matəmim, qara
günlərim adlandırardım. İndi özümə gəlmişəm. Böyük yaradıcılıq vüsətilə işləmək
arzusundayam. Illər keçib gedir axı.... Bu illin aprelində 50 yaşım olacaq.
-
Siz özünüzü neçə adlandırırsınız : - ekstrasens, yoxsa
alım?
-
Bilmərəm. Müasir
parapsixologiyaya aid kitabları açıram, 10-15 səhifə oxuyub atıram kənara, mənə
yad fikirləri hiss edirəm, müəllif xəyalpərəstlik edib ifrata verir və bu, mənə
maraqlı olur. Mən elmi terminologiyaya arxalanmıram, sadəcə baxıram və görürəm
ki, külqabının böyrünə milçək qonub. Siz onu görürsünüzmü? Yox? Amma mən
görürəm
-
Sizə belə informasiyanın necə daxil olmasını təsvir
edə bilərsinizmi?
-
Müxtəlifdir. Yadımdadır,
xalq arasında Çernenkonun səhhəti ilə bağlı söz söhbət gəzəndə, qonşularım
üstümə düşdülər ki, de görək bu nə qədər çəkəcək? Mən söz verdim ki, deyərəm.
Gecə yuxuma belə... tipik rus sifətli, ağ xalatlı bir adam girdi. O, soruşdu
... "sən Çernenkonun səhhəti ilə maraqlanırdın? O, martın 9-da vəfat edəcək”.
Belə də oldu.
-
Elə hallar da olub ki,
terrorçunu tərkisilah etməli olmuşsunuz. Zəhmət olmasa, bu barədə danışın.
-
Bu hadisə Bakıda, 80-cı
illərdə baş verib. Terrorçu Ukraynadan təyyarəni qaçırıb Bakı aeroportuna
enməyə məcbur etmişdi. Təyyarəni müəyyən bir saatda partlatmaqla qorxudaraq,
pul tələb edirdi. Axşamçağı mənə tanış bir çekist zəng etdi və dedi ki,
Azərbaycan DTK-sının rəhbəri İvan Qorelovski bu əməliyyatda iştirak etməyini
xahiş eləyib. Bütün gecəni yatmadım, gözləyirdim ki, dalımca gələcəklər, kofe
içirdim və çox həyəcanlanırdım. Maşın bizə səhər tezdən gəlib çıxdı – gözlərim
qıpqırmızı idi, yuxusuzluqdan, həyəcandan başım partlayırdı... Aeroporta
gəldik. Karpuxin, Barannikov, Moskvadan gətirilmiş "Alfa” qrupu da burada idi.
Mənə başa saldılar ki, çox güman terrorçu tək deyil, cinayətkar yoldaşı da var,
kiminləsə məsləhətləşir və əmrlər verir. Güman var ki, silahlıdır. Cihazlar
qeydə alıb – orada nəsə tıqqıldayır. Cinayətkar səhər saat səkkizə kimi 500 min
alman markası və yarım milyon ABŞ dolları
tələb edir.
Mənə belə tapşırıq verdilər: terrorçunu danışıqlara
cəhd edim, saat on birə kimi gözləsin (pulu Moskvadan gətirməli idilər).
Fikirləşməyə də vaxt yox idi. Mən təyyarənin pilləkəninə yaxınlaşdım, qapı açıq
idi, lakin quldur çölə boylanmırdı. Bizim aramızda haradasa 50 metrlik məsafə
vardı. Onun ancaq saqqalını və işıldayan gözlərini gorə bildim. Özümü Xarici
İşlər Nazirliyinin nümayəndəsi kimi qələmə verdim, ona başa saldım ki, pul
ancaq saat 11 radələrində olacaq. Terrorçu bildirdi ki, artıq səbri tükənib.
Mən onu hara uçmaq istədiyi barədə sorğu-sual elədiyim anda, anladım ki, quldur
yalan uydurur. Onun nə silahı, nə də şəriki var. Danışıq müddəti cəmisi 30
saniyədən bir az artıq çəkdi. Vəziyyəti, gəldiyim qənaəti Qorelovskiyə və
Karpuxinə başa saldım. Üzərimə necə
böyük məsuliyyət düşdüyünü anlayırdım. Əməliyyat rəhbərinə dedim: təyyarənin
pilləkəninə yaxınlaşıb bu sözləri desin. Bundan sonra quldur siqaret yandıracaq
və bu anda onu götürmək olar. Dostum çekistdən isə xahiş etdim ki,
zərərsizləşdirici qrupa çatdırsın: Narahat olmasınlar, hər şey uğurla keçəcək,
hamısı orden alacaq. Onu da deyim ki, uşaqlar həqiqətən narahat idilər, çünki
bundan əvvəlki əməliyyat uğursuz olmuşdu. Itkilər və ölümlə nəticələnmişdi.
-
Hər halda əməliyyat necə başa çatdı?
-
Saat 11.05-də terrorçunu
zərərsizləşdirdilər. Karpuxun sonra mənə etiraf etdi ki, hər şey siz deyən kimi
oldu. Siz dediyiniz sözləri olduğu kimi təkrar etdilər, quldur siqaret istədi
və bu anda biz onu tutduq. Terrorçunun cibindən isə zəngli saat tapıldı.
-
Zəhmət olmasa, deyin, alimlər sizin bu qeyri-adi
qabiliyyətinizlə maraqlanıblarmı?
-
Bəli, mən çox vaxt
təcrübələrimi onların iştrakı ilə keçirmişəm. Yadımdadır, Praqada
psixotroniklərin birinci beynəlxalq konqresi keçirilirdi. Ora çoxlu sayda
mediumlar, ekstrasenslər yığışmışdılar. Hətta onların bəziləri ayaqyalın,
uzun-uzun saçlarla gəzirdilər. Lakin onların heç biri öz bacarığını nümayiş
etdirməyə cürət etmirdi. Mən orada uzaq məsafədən üç telepatiya təcrübəsi
apardım. Amerika alımlərinin içərisindən bir qadın təyin etdilər və tapacağım
sözü ona etibar etdilər. Mən 25-30 metrlik məsafədə idim, İngilis dilini
bilmirəm. Mənasını başa düşməsəm də sözünü dedim. Səs-küy qalxdı, təccüb dolu
nidalar eşidildi. Sən demə, bu, konqresin iştrakçısı, görkəmli amerikalı alim
Klif Bokstorun adı imiş.
Bizim arayış: Klif
Bakstor psixoenergetika və kriminalistika sahəsində görkəmli
mütəxəssisdir. Məşhur "Yalan detektorunun”
müəllifidir. Sınaq təcrübəsindən
sonra o,Tofiq Dadaşovu "dünyanın ən güclü
mediumu” adlandırdı.
-
İtirilmiş şeyləri axtarmalı olmusunuzmu?
-
Belə bir maraqlı hadisə
olmuşdu. 1995-ci ilin dekabrında mən dövlətə məxsus şəhərkənarı bir bağda
yaşayırdım. Necə oldusa, axşam prezidentin təhlüləsizlik xidmətinin rəis
müavini məndən xoşagəlməz bir hadisədə onlara köməklik etməyimi istədi:-
Xidməti vəzifəsini yerinə yetirərkən starşinanın tapançası oğurlanıb.
Starşinanın isə təqaüdə çixmasına cəmisi yarım il qalmışdı, başına xoşagəlməz
hadisələr gələ bilərdi. Məsələni həll etməyi üzərimə götürdüm. Şərt qoydum: -
silahı oğurlamış adam cəzalandırılmayacaq. Bu vaxta kimi də xidməti axtarış
apararaq 3 nəfər şübhəli şəxs tapmışdılar. Mənə isə onlardan hansının oğru
olduğunu təyin etmək qalırdı. Başlanğıc olaraq xahiş etdim ki, mənə əvvəlcə
həmin o bədbəxt starşinanı göstərsinlər. Cəmisi bir neçə saniyəliyə onu gördüm,
küçədə arxası mənə sarı dayanmışdı. O saat başa düşdüm ki, oğru o özüdür.
Cinayəti isə bilərəkdən, pis məqsədlə eləməyib, axmaqlıqdan, ailədə
başqarışıqlıq onu çaşdırıb.
-
Siz öz təcrübələrinizə xüsusi hazırlıq görürsünüzmü?
-
Yox. Amma çoxdan hiss
etmişəm ki, nə qədər çox həyəcan keçirirəmsə, təcrübələrim o qədər uğurlu
alınır. Mənim üçün ekstremal vəziyyətdə işləmək daha maraqlıdır.
-
Sizin bacarığınızı öyrənmək olarmı?
-
Bunu öyrənmək mümkün deyil. Kimin xüsusi qabliyyəti
varsa, həyatda öz yolunu tapacaq. Bax, öz formamı necə qorumağın müəyyən
sirləri var. Bilirsiz, mən necə məşq edirdim. Şəhər universal, yaxud da,
Mərkəzi universal mağazalarına gedir, kimin nə fikirləşdiyini tapmağa
çalışırdım. Bir dəfə çaşıb özünü itirmiş gəlmə bir qadın nəzərimi cəlb etdi.
Özümü cəmləyib (kökləyib) anladım ki, xanım ayaqqabı bölməsini axtarır.
Yaxınlaşıb bölməni xanıma göstərdim. Təbii ki, qadın mat qalmışdı. Mən beləcə
tez-tez bu mağazalarda olurdum, hətta milis işçiləri də mənimlə maraqlanmağa
başlamışdılar. Fikirləşirdilər ki, yəqin cibgir zadam.
-
Monna Lizanın təbəssümü səbəbi haqda variantdan sonra
ümumdünya şöhrəti qazandınız. Deyin, necə oldu ki, bu qənaətə gəldiniz?
-
Bir dəfə elm üzrə
mütəxəssis mənə müraciət edərək üzü əla köçürülmüş Monna Lizanın portiretini göstərdi və bu obraz barədə mənim
fikirlərimi soruşdu. Heç bir çətinlik çəkmədən özümü Monna Lizanın fizioloji
"vəziyyətinə” saldım və müəyyənləşdirdim ki, o hamilədir. Dostum "Monna Liza”
haqda fikirlərimə dediklərimi bütün ona danışdı, dəqiqliklə konspektləşdirdi.
Yeri gəlmişkən deyim ki, qəzetlər əvvəlcə bu fikri dərc etməkdən çəkinirdilər.
Bizim arayış: İndi bu konspektin əlyazmasının əsli Parisdə
- Luvrda və Moskvada A.S.Puşkin adına Təsviri İncəsənət muzeyində saxlanılır.
Bu heyrətləndirici hesabat təkcə Monna Lizanın həyat tərzi haqda deyil, həm də
onun fikir və hissləri barədə tam təsəvvür yaradır. "Budur o, Monna Liza
Cakonda.... Onun 19 yaşı var. Lap bu yaxınlarda... o, ərə getmişdir... Bu onun
həyatda ilk portretidir. Senyor Françeskonun (əri) ona hədiyyəsi. Rəssam onu
təzəcə əyləşdirib. Xahiş edib ki, azca başını yana çevirsin. Azacıq da
əllərinin vəziyyətini dəyişdirib. Bütün bunlar amiranə, saymazyana ona
yaxınlaşaraq olub... Xanıma elə gəlir ki, rəssam heç ona baxmadı da, onunla
maraqlanmadı da, ona ötəri, səthi diqqət yetirir, heç elə də fikir vermir. Bu
onun heysiyətınə toxunur, pərt olub narahatlıq hissi keçirir. Lakin bütün
bunlar onun beynindən, qəlbindən bir (yüngül dalğa kimi) yel kimi gəlib keçdi,
çünki Monna Liza xoşbəxtdir, tezliklə ana olacaq. Bu, hətta gözündən heç nə
yayınmayan senyor Leonardonun da ağlına gəlmir. Axı o, kişi xeylağıdır...
Şöhrətpərəst Florensiya tacirinin gənc arvadının qəlbi gələcək sakit analıq
həyatının səadətinin bəxtəvərliyi, sevinci ilə doludur. O, onun sirli
bəxtəvərliyinin təsirindən ləzzət almağa
tələsir. Tələsir ki, amansız bu zaman nə
vaxt onu acılı-şirinli, heç nə ilə müqayisəyə gəlməyən sirli-sehirli ana
olmağın sevincinin ağuşuna alıb aparacaq...”
-
Tofiq Həsənoviç, sizin adınızı həmişə Harri Kasparovun
şahmatdakı qələbələri ilə bağlı hallandırırlar....
-
Bəli, mən Harriyə Karpova
qarşı hər üç matçında köməklik etmişəm. Birinci dəfə mənə müraciət edəndə
Kasparov Karpova 4:0 hesabı ilə uduzurdu. Bizim ilk görüşümüzdə Harri çox
həyəcanlı, dilxor görünürdü, təkcə bir şey istəyirdi görüşün(matçın) vaxtını
uzatmaq. Bircə ayın içində təmiz(qupquru) uduzmaq
onu alçaldırdı, acizləşdirirdi. Ona dedim: "Mən Sizə
hesab 5:0 olanda kömək edəcəyəm və bu ona görə deyil ki, Siz mənim xoşuma
gəlirsiniz. Yox. Birinci ona görə ki, Siz bizim ikimizin də doğma
Respublikamızı o qədər yüksək səviyyədə təmsil edirsiniz. İkincisi də insanlıq
xətrinə. Bilirəm ki, belə ağır məğlubiyyət sonra sizinçün asan olmayacaq.
Üçüncüsü isə mənim özümçün də bu maraqlıdı”. Növbəti partiyanı da Harri uduzdu.
Hesab 5:0 oldu. Elə bundan sonra da mən işə başladım.
-
Sizin köməyiniz nədən ibarət idi?
-
Şahmatdan o qədər də başım
çıxmır. Hansısa hazırlıqların, gedişlərin təkmilləşdirilməsini Kasparov
məşqçilərlə birlikdə özü edirdi. Mənsə ona hansı taktikanı – hücumu və ya müdafiəni seçməyi söyləyir, təlqin
edirdim. Rəqibin oyuna hansı əhval-ruhiyyədə çıxacağını xəbər verirdim.
Əvvəlcədən bütün partiyaların – görüşlərin necə nəticələnəcəyini bilirdim. Özüm
oyun zalında olurdum, xoş, əlverişli atmosfer yaradırdım. Hesab 5:2 olanda
Kasparova zəng eləyib bildirdim ki, mən gedirəm. O soruşdu: "Siz məni atıb
gedirsiz?” Mən cavab verdim! " Yox, növbəti görüşü də Siz udacaqsınız, hesab
5:3 olacaq, matçı isə təxirə salıb dayandıracaqlar”...
-
Hər şey elə belə də oldu. Siz dediniz ki, hər üç
görüşdə Kasparova köməklik göstərdiniz. Bu görüşlər uzun çəkirdi. Bu qarşılıqlı
ünsiyyət zamanı dostlaşa bildinizmi?
-
Yox, insan kimi Karpov daha
çox xoşuma gəlirdi. İnandırıram ki, burda məsələ hansısa milli ədavətdə deyil.
Kasparovun Karpovu bir insan kimi məhv etmək istəməsini görmək xoşuma gəlmirdi.
Sonra isə məşqçi ilə o məsələ ortaya çıxdı. Məşqçini təqsirləndirirdilər ki,
guya ki, o Karpova Kasparovun gedişlərini "satırmış” və buna görə də Harri onu
komandasından qovdu... Mən Kasparovun komandasının bütün üzvlərini görmüşdüm. Onlar
vicdanlı və sadiq idilər. Mənim Kasparova köməyim gizli saxlanılırdı. Harrini
dayandırmaq üçün "sirri açmaq” qərarına gəldim. Bir jurnalistə müsahibə verdim
və bu hadisədə özümün iştirakımı
açıqladım. Jurnalist məqaləni "Moskovskiye novosti” qəzetinə apardı və bir
müddətdən sonra mən Yeqor Yakovlyevdən redaksiyada görüşmək barədə dəvətnamə
aldım. Artıq görüşə gedəndə dəqiq bilirdim ki, Yakovlyev Kasparovla üzbəüz
görüş hazırlayır və qalmaqal gözlənilir. Amma qalmaqal alınmadı. Harri
məqalədəki faktları təsdiqlədi və hesab elədi ki, mənim xidmətlərim hətta
olduqca az işıqlandırılıb. Amma mən belə başa düşdüm ki, o istəmirdi ki, məqalə
nəşr edilsin və mən onu dərc etdirmədim.
-
Bildirdiniz ki, kömək üçün sizə yüksək vəzifəli
adamlar da müraciət edirlər. Deyə bilərsinizmi, bu köməkliklər nədən ibarət idi
və siyasətçilərdən kimlər sizin qəbulunuzda olub?
-
Mən çoxlarına Moskvada da,
Bakıda da kömək etmişəm. Müxtəlif məsləhətlər verməli olmuşam. Necə, hansı vasitələrlə prezident
olmaqdan tutmuş ərə gedib-getməmək məsələlərinə qədər. Adları isə deməyəcəyəm.
Bizim Arayış: Tofiq Dadaşovun hələ 1989-cu ildə o vaxtlar çox az
tanınan Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin Azərbaycan
Respublikasının prezidenti olacağını qabaqcadan xəbər verməsi faktı hamıya
məlumdur. Sonralar, 1992-ci ildə öncəgörmə təsdiq olunduqdan sonra, Tofiq
Dadaşov Əbülfəz Elçibəyə xəbərdarlıq etdi ki, prezidentliyi bir ildən çox
çəkməyəcək.
- Tofiq
Həsənoviç, siz də Rusiyada sakitlik, stabillik olmasında marağı olan
adamsınız. Bizim ölkənin gələcəyi necə
görünür? Məsələn, Yeltsini kim əvəz
edəcək? Biz hətta familiyaları da bilərik:
Çernomırdin, Lebed, Lujkov,
Züqanov, Çubays...
- Çubays ikinci şəxs kimi çox yaxşıdır. O, arxa planda, kölgədə qalaraq
işləmək istəyir. Suslov kimi. Çernomırdin onlara da, o birilərrüçün də
əlverişlidir və ola da bilər ki, heç kim üçün əlverişli olmasın. Züqanov yaxşı
prezident ola bilməz. Ən yaxşı halda o özünü həmkarların lideri olaraq göstərə
bilər. Yeri gəlmişkən deyim ki, əgər kommunistlərin rəhbəri başqa adam olsaydı,
onlar seçkiləri udardılar. Əgər seçkilər deyək ki, sabah olarsa, Lebedi də,
Lujkovu da prezident eləyə bilərlər. Əgər siyasətçilərin malik olduqları daxili
imkanlardan çıxış etsək, bu, Gennadi Seleznyov da daha güclüdür.
Bizim arayış: 1991-ci
ildə Tofiq Dadaşov kütləvi informasiya vasitələrilə öz imkanlarını cəmiyyət
qarşısında hələ o qədər də açıb göstərə bilməmiş bir neçə siyasətçinin
xarakterinin izahını verdi. Yeltsin faciəvi fiqur kimi qiymətləndirilirdi,
şəxsiyyət kimi yox. O mənada ki, onun ardınca faciələr zənciri davam edəcək.
Jrinovski avanturist kimi xarakterizə olunurdu. Rıjkov alicənab adlandırıldı.
Bakatin etibarsızdı. 1995-ci ildə Dadaşov general Lebedin populyarlığından
xəbər verirdi, lakin qeyd edirdi ki, onun partiyası seçkilərdə məğlub olacaq.
Elə həmin il də parapsixoloq bəyan elədi: "Yeltsin prezident seçiləcək, amma
onu hökmranlıq edən hakim kimi görmürəm”. O zman Boris Nikolayeviçin xəstəliyi
haqda T.Dadaşov heç nə bilmirdi.
İlona
Yegizarova,
"Raboçaya trubuna”, 19 mart 1997-ci il