NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 13:00

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məmmədağa Tərlanov | Регистрация | Вход

TƏRLANOV MƏMMƏDAĞA Əlibaba oğlu

 

         Azərbaycan təsviri və tətbiqi sənətinin təbliğində, eləcə də peşəkar sənət ustalarının hazırlanmasında sənətşünas, alim, müəllim kimi tanınan Məmmədağa Tərlanovun böyük xidmətləri olmuşdur.

         O, 1918-ci il martın 16-da Bakıda dünyaya göz açmışdır. 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, 1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır. Böyük Vətən  müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan vermədi. Həmin ilin iyun ayında  cəbhəyə yollandı. 1945-ci ilin əvvəllərində cəbhədə ayağından ağır yara alan   Məmmədağa  əvvəlcə Moskvaya, müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub.

 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1947-1951-ci illər olduqca ağır, gərgin zəhmət tələb edən dövr idi. Tərlanov  həmin illərdə Leninqradda (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasının sənətşünaslıq şöbəsinə qəbul olunaraq oranı bitirib.

        Uzun müddət  ölkəmizin bir sıra şəhər və rayonlarında, eləcə də xarici ölkələrdə rəssamlarımızın sərgilərinin təşkilində böyük səy göstərib, Azərbaycan təsviri sənətinin nailiyyətlərini Moskva və respublika mətbuatında əzmkarlıqla təbliğ edib. Bu illər ərzində  onun şöhrəti təsviri və tətbiqi sənəti dərindən duyan, əsl peşəkar, bilici tədqiqatçı kimi ölkəmizin sərhədlərindən çox uzaqlara yayılıb.

        Məmmədağa Tərlanov 1966-cı ildə Azərbaycan dekorativ-tətbiqi sənətinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə edib. Bu elmi işin  zəngin, çoxşaxəli xalq sənətinin bir sıra mürəkkəb sahələrinin üzə çıxarılmasında böyük rolu olub. Çoxillik yaradıcılıq araşdırmalarının bəhrəsi olan bu elmi iş bir sıra kitablarda, məqalələrdə, kataloq və kitabçalarda əksini tapıb.

        Görkəmli sənətşünas 1960-ci ildən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib, 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ilk dəfə rəssamlıq kafedrası açılanda müəllim olub, 1973-cü ildən  1982-ci ilədək prorektor vəzifəsində çalışıb. Bu ali təhsil ocağında təsviri sənət nəzəriyyəsi kafedrası yaradılanda onun müdiri olub və ömrünün sonunadək bu vəzifədə çalışıb, professor adına layiq görülüb.

        Onun tanınmış təsviri və tətbiqi sənət nümayəndələri Cəlal Qaryağdının, Lətif Kərimovun, Mikayıl Abdullayevin, Elmira Şahtaxtinskayanın yaradıcılığına həsr olunmuş monoqrafiyaları Bakıda və Moskvada ümumittifaq əhəmiyyətli dərgilərdə  dərc olunub.

        Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Məmmədağa Əlibaba oğlu Tərlanov  respublikanın "Əməkdar  mədəniyyət işçici” fəxri adına layiq görülüb və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub. Məmmədağa müəllim 1988-ci il dekabrın 9-da Bakıda dünyasını dəyişib.

        Bu gün Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim kollektivi onun haqqında dərin hörmət hissi və  məhəbbətlə danışır. Məmmədağa Tərlanovun unudulmaz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

 

                                            Zərifə Nəcəfova, bacısı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться