NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 18:54

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Qafur Süleymanov | Регистрация | Вход

Süleymanov Qafur Salman oğlu

 

     Qabaqcıl maarif xadimi Qafur Süleymanov 1911-ci ilin yanvarında Novxanı kəndində anadan olub. Atası dinə bağlı, dövrünün maarifpərvər simalarından idi. Təsadüfi deyil ki, beş oğlundan dördü ali təhsil alıb. İlk təhsilini mədrəsədə alan Qafurun atası Salman və əmisi Əliağa Süleymanzadə (sonralar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam) onun ruhani olmasını istəyirdilər. Balaca Qafur bacarığı və istedadı ilə fərqlənirdi. O, az bir vaxtda Quranın bir neçə surəsini əzbərləyə bilmişdi.

     Lakin tale onu başqa bir şərəfli peşəyə doğru yönəltdi. Kənd məktəbini bitirdikdən sonra ailəsi şəhərə köçdü və gənc inşaat texnikumuna daxil olaraq mühəndis ixtisasına yiyələndi. Amma bu, onun ürəyincə deyildi. Odur ki, sənədlərini V.İ.Lenin adına (indi Tusi adına) Pedaqoji İnstitutun dil-ədəbiyyat fakultəsinə verdi. 1939-cu ildə təhsilini başa vurandan sonra şəhərdə və Bakı kəndlərində müəllimlik etdi.

     O, 1941-44-cü illərdə Böyük Vətən müharibəsi cəbhələrində artilleriya alayında vuruşub, yaralanıb, qospitalda müalicədən sonra ordudan tərxis edilərək Bakıya göndərilib. Az sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığı onu 92 saylı Xırdalan kənd məktəbinə direktor təyin edib. 1948-ci ildə isə Qafur müəllim rayon təhsil söbəsinin müdiri olub.

     1959-ci ilin ortalarından 1963-cü ilədək bir sıra şəhər və kənd məktəblərinə rəhbərlik edib, eyni zamanda çox sevdiyi ədəbiyyat fənnindən də uğurla dərs deyib.

     1963-cü ildə mərkəzi Xırdalan qəsəbəsi olmaqla Abşeron rayonu yaradılır, Qafur müəllim axşam fəhlə gənclər məktəbinin direktoru təyin edilir, ömrünün sonunadək (1977-ci il) bu vəzifədə çalışır. O, həmçinin həmkarlar təşkilatının sədri kimi rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Əməyi dəfələrlə dövlət səviyyəsində qiymətləndirilib. İki dəfə "Rəşadətli əməyə görə” medalı və digər medallarla təltif olunub, Təhsil Nazirliyinin və rayonun rəhbər qurumlarının fəxri fərmanlarını alıb. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq Qafur müəllim öz xeyirxahlığı ilə uşaqdan ağsaqqaladək hamının hörmətini qazanmışdı. Əziz xatirəsi onu tanıyanlar tərəfindən hörmətlə anılmaqdadır.

     Üç oğul və dörd qız atası olan Qafur müəllimin övladları da təhsil görmüş və ədəbiyyata bağlı olaraq yetişmişlər.

                                                            Elçin Novruzov, Hökməli qəsəbə 

                                                             məktəbinin dərs hissə müdiri

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться