NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 07:22

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Son söz əvəzi | Регистрация | Вход

Son söz əvəzi

sayt necə yarandı, kitab nə cür yazıldı

 

     Əvvələr kənd əhalisi ilə ünsiyyətim zəif olub. Uzaq qohumlarımdan bir neçəsini tanıyırdım. Böyük Allaha ibadətə başlayandan sonra cümə və bayram namazlarına çox zaman kəndin "Hacı Səfəralı” məscidinə gedirəm. Namazdan sonra hər dəfə möminlərin birinin təklifi ilə alimlərin, dövlət xadimlərinin, din xadimlərinin və diqər tanınmış kəndlilərimizin əmvatı haqqında salavat çevirirdik. Məhəmmədəmin Rəsulzadənin, Şeyx Əliağanın, Hacı Cəbrayılın, Sabit Orucovun, Şıxəli Qurbanovun, Kamil Balakişiyevin, Mehdi Hüseynzadənin, Əzim Əzimzadənin adları çəkilirdi. Fərəhlənərdim. Bu böyük insanların yad edilməsinə görə sevinirdim. Onları yad etmək, millətimizə, bəlkə də dünyaya, ən əsası isə uşaqlarımıza tanıtdırmaq fikri məndə oyandı. Hesab edirəm ki, cavanlarımız öz babalarını, nənələrini, əmilərini, qohumlarını, qonşularını tanımalıdırlar. Onların keçdiyi həyat yollarını bilməlidirlər, onları özlərinə nümunə etməlidirlər, onlarla fəxr etməlidirlər, həyatda qazandıqları nailiyyətləri təkrarlamalı və üstələməlidirlər.

Son vaxtlar çox sayda müxtəlif kitablar nəşr olunur. Bu da Azərbaycanımızda mövcud yeni ictimai, siyasi, iqtisadi münasibətlərin təzahürüdür. Qələm əhli öz düşüncələrini kitab formasında oxucu ilə bölüşməyə imkan əldə edə bilib. Müxtəlif icazələr, növbələr, razılaşmalar, yoxlamalar aradan götürülüb. Respublikamızın şəhər, rayon və kəndləri haqqında kitablar da oxucuya çatdırılır. Kitab əbədidir və nəsillərə yadigar qalır. 

Bu kateqoriyadan olan kitabların yazılma təcrübəsi ilə tanış olduqdan sonra qərara qəldik ki, kitabı kimsə yox, bütün novxanılılar yazmalıdır. Belə də oldu. Bu, birgə əməkdir. Həm şəhərdə, həm də kənddə yaşayan soydaşlarımızın zəhmətidir. Kitabın hazırlanma prosesində demək olar köhnə Novxanı sakinləri bütövlüklə, bu və ya digər formada iştirak edib. Kimsə məqalə yazıb, kimsə atasının, babasının, əmisinin, qohumunun fotoşəklini axtarıb tapıb, ünvan, telefon nömrəsi verib, kimsə təkliflərini verib, kimsə kənddə baş verən hadisələr, görkəmli adamlar haqqında söhbət açıb. Prosesdə elmin bizə bəxş etdiyi yeni üsullardan da istifadə olundu.                       

     

Bütün məqalələr internet saytımız vasitəsilə dünyaya yayıldı. Nəticəni də gördük. Saytımıza 3000 dəfədən artıq daxıl olunub, yazılarımız oxunulub. Belə kateqoriyadan olan saytlar üçün bu çox böyük rəqəmdir. Oxucular bizə məktublar yazır, məqalələr haqqında rəylərini bildirir, təklıflərinin verir, iradlarını söyləyirlər. Ümumiyyətlə, yaratdığımız sayt kitabın hazırlanma prosesində önəmli rol oynadı.                                                                                   Ağsaqqallarla görüş 

Onu da qeyd etmək istəyirəm ki, kitab "Novxanılılar” adı ilə hazırlanırdı. Bu adın səslənməsi, qrammatik baxımdan düzgün olsa da bu sözün kənd ləhcəsində səslənməsi bir qədər fərqlidir. "Novxanı. Sərvətimiz şəxsiyyətlərimizdir” adı kitabın tərtibatına daha uyğun gəlir.

Kitab üzərində işləyərkən bəzi həmkəndlilərimizlərdən fərqli olaraq (heyif ki, belələri də tapıldı) Novxanı ilə heç bir bağlığı olmayan, əslən diğər rayon və kəndlərdən olan Azərbaycan ziyalıları bizə əməlı yardımçı oldular. Onların arasından şair-publisist Teyyub Qurbanın, professor Tahir Cəfərlinin, alimlər İdris Əliyevin və Tofiq Babayevin  adlarını xüsusilə çəkmək istərdim.

Bilmirəm, təqdim etdiyimiz kitab sizin üçün nə qədər maraqlı oldu, amma bir Böyük Allah şahiddir ki, niyyətimiz təmiz və aydın olub. Çalışmışıq ki, kitab kəndimizin, təqdim etdiyimiz şəxsiyyətlərin adlarına layiq olsun.   

      

                                                                                                                                                                                

Kitabın hazırlanmasında daha çox zəhmət çəkən həmkarlarımla sizi yaxından tanış etməyi özümə borc bilirəm. Qoy həmkəndlilərimiz onları tanısın

 

         Abuzərova Lalə Nurulla qızı. 1958-ci il avqustun 29-da Bakı şəhərində anadan olub. Mehdi Hüseynzadə adına Novxanı kənd orta məktəbini, Bakı Məktəbəqədər Pedoqoji məktəbini, Azərbaycan Pedaqojı İnstitutunu bitirib. 1980-ci ildən  Novxanı kənd orta məktəbində müxtəlif pedaqoji vəzifələrdə çalışıb. Hazırda Novxanı kənd İcra Nümayəndəliyinin mədəni-maarif, bədii-kütləvi tədbirlərin təşkilatçısı və kütləvi kitabxananın rəhbəridir.

     Lalə xanım Novxanının tarixi, mədəniyyəti və başqa sahələri ilə bağlı filmlərin, radio proqramlarının, məqalə və publisistik yazıların hazırlanmasında birbaşa iştirak edir. Bakı teleşirkətlərinin əməkdaşları işlə bağlı yardım üçün çox vaxtı ona müraciət edir, əməli kömək ala bilirlər.

     Lalə xanımla tanışlığım 2009-cu ilin aprel ayinda baş verdi. Gülərüz, mehriban bu qadın niyyətimizi eşidib çox sevindi. Kənd haqqında kitabın hazırlanması prosesinə qatıldı. Materialların tapılmasında, yazılmasında yaxından iştirak edib. İş prosesində kəndə aid bir çox təşkilatı məsələləri o həll edib.

  

        Abuzərova Sayadxanım Aydın qızı. 1988-ci ildə anadan olub. Novxanı kənd orta məktəbini bitirib, 11 saylı liseyin mühasib və fərdi kompüter operatoru fakultəsini bitirib.

Bu fədakar qız hazırda aldığı təhsilin gərgin proqramına baxmayaraq yuxusuz gəcələrin bahasına demək olar ki, kitabın bütün yazılarını kompüterdə yığıb.




 

Babayev Hacı Rahim Nadir oğlu. 1963-cü il dekabrın 9-da dünyaya gəlib, kənd orta məktəbini bitirib, aşpaz işləyib, 1989-cu ildən "Əlvan Metal” pansionatının "Qış bağı” restoranının müdiridir. 2 övladı var.

Neçə il idi ki, kənd haqqında kitabın hazırlanması arzusunda idi. İlk gündən qollarını çırmalayıb ümumi işimizə qatıldı. Qədim fotoşəkillərin tapılmasında, novxanılılar haqqında materialların əldə edilməsində fəalliq göstərib.

 

 


Babayev Hacı Zakir Nadir oğlu 

                 Bax "Din xadimləri" bölməsinə

Kitabın mətbəədə çap olunması üçün texniki baxımdan hazırlıq işini öz üzərinə götürüb və uğurla başa çatdırıb.


 



Əliyev Əliabbas Əlimədət oğlu. 

               Bax "Mədəniyyət xadimləri" bölməsinə

Bir çox məqalənin müəllifidir. Kitabın redaksiyası onun zəhmətidir. Uşaqlıq və gənclik illəri Novxanıda keçdiyi üçün yaşlı nəslin əksəriyyətini tanıyır, onlar haqqında önəmli yazılar verib.

 



 Əliyev Məmmədəli Sərdar oğlu. 1944-cü il may ayının 21-də Novxanı kəndində dəyirmançı ailəsində anadan olub. 1961-ci ildə Novxanı kənd onillik məktəbini bitirib. Novxanı Maldarlıq-Üzümçülük Sovxozunda mühasibat işlərində çalışıb. 1967-ci ildə Bakı Rabitə Texnikumunu bitirib, 1967-70-ci illər ərzində Bakı şəhər Telefon Şəbəkəsi idarəsində texnik, 1970-1991-ci illərdə Bakı Şəhər Radiotranslyasiya Şəbəkəsində radiomühəndisi vəzifələrində işləyib. Respublikanın ali tədbirlərində (plenum, müşavirə, konfrans) səsqücləndirməni təmin edib. 1991-94-cü illərdə Abşeron rayon İcra hakimiyyəti aparatında təsərrüfat müdiri olub. Hazırda pensiyaçıdır.

Saytı yaradanda məni ilk növbədə maraqlandıran məsələlərdən biri də müharibə iştirakçılarının siyahısı idi. Dedilər ki, siyahılar Məmmədəli kişidə var. Siyahıları ondan aldım. Rəsmilərin vasitəsilə onları dəqiqləşdirmək fikrinə gəldim. Nə icra nümayəndəliyində, nə bələdiyyədə, nə də hərbi komissarlıqda belə siyahılar tapılmadı, məktəbdə olan siyahı isə tam deyildi. Bu insanın kəndinə, yerlilərinə, kəndin tarixinə nə qədər vurğun olduğunu dərk etdim. Sonralar ağsaqqala müharibə iştirakçılarının fotolarını toplamaq xahişilə müraciət etdim. Demək olar ki, bütün kəndi qapı-qapı gəzib qısa bir müddətdə  buna nail oldu. Bu qədər fotonun toplanmasını, açıqı deyim, mən heç gözləmirdim

 

     İbrahimova Aynur Rəhman qızı. 1995-ci ildə Novxanı kəndində anadan olub. Hazırda Mehdi Hüseynzadə adına Novxanı kənd orta məktəbinin 9-cu sinif şagirdidir.

       Yaqışda, küləkdə, qizmar günəş altında bibisi Lalə xanımla birgə kəndi gəzib, evlərə baş çəkib, fotolar hazırlayib. Kitabda dərc olunan fotoların əksəriyyəti bu  qızın əməyidir.    

 



       Qəhrəmanlı Nəriman Fərman oğlu. 1946-cı ildə Göyçay rayonunun İncə kəndində dünyaya göz açıb. Uşaqlıqdan ədəbiyyata böyük marağı olub. 1973-cü ildə BDU-nun filologiya fakültəsini bitirib. Doqma kəndində orta məktəbin direktor müavini, dil-ədəbiyyat müəllimi işləyib. 20 ilə yaxın Azərbaycan Televiziya və Radiosunda müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif qəzet və jurnallarda 1500-dən çox bədii və publisistik yazıları dərc olunub.

     Dostluq münasibətlərimizdən istifadə edib kitabın hazırlanmasında mənə yardımçı olmaq xahişi ilə ilk olaraq ona müraciət etdim. Təklifimi məmnuniyyətlə qəbul etdi. Bunu Novxanıya və novxanılılara olan böyük maraq və hörməti ilə izah etdi. Bir çox məqalələnin və tərcümələrin müəllıfidir.

 

 

Quliyev Hacı Gülhüseyn Novruz oğlu. 1939-ci il sentyabrın 26-da Novxanı kəndində anadan olub. Kənd orta məktəbini bitirib. 1961-1980-ci illərdə Sumqayıtdakı 2712 №-li avtomobil dəstəsində sürücü işləyib. Kənddə bir sıra xeyriyyə işlərinin başında durub. Kəndin məişət problemləri ilə bağlı bir neçə yeniliyin təşəbbüskarı olub. 5 oğlu, 9 nəvəsi var.

Kitabın hazırlanma prosesində fəal iştirak edib. Kəndin tarixi, məişəti, abidələri haqqında,  görkəmli şəxsiyyətləri  barədə maraqlı məlumatlar verib.    

 

 

 

 

 

Manafov Hacı Əliheydər Hacı Dəyanət oğlu. 1946-cı il yanvarın 4-də Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunu bitirib. Sumqayıt şəhərində Yerli Sənaye nazirliyinin müəssisələrində mühəndis vəzifələrində çalışıb. Novxanıda bir sıra xeyriyyə işlərini həyatə keçirib.

Kitabın hazırlanma prosesində fəal iştirak edib. Təşkilatı işlərinin bir qismi onun üzərinə düşüb. Kəndin tarixi, məişəti haqqında, görkəmli şəxsiyyətləri  barədə məlumatlar verib.    

 

 

 

 

 

Manafov Hacı Cavanşir Hacı Məmmədəli oqlu. 1980-ci il noyabrın 26-da Bakıda dünyaya gəlib. 1997-ci ildə 60 saylı orta məktəbi, 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirib. 2001-ci ildə Ədliyyə Nazirliyinin Ekspertiza və Elmi Tədqiqat İnstitutunda ballistika və trasaloqiya şöbəsində əmək fəaliyyətinə başlayıb. Hazırda bizneslə məşqul olur.

Məqalələrin müəlliflərindəndir. Kitabda yerləşdirilən fotoların əksəriyyətinin üzərində çalışıb. Eyni zamanda sayt və kitabın hazırlanması  ilə bağlı texniki məsələlərin həlli onun üzərinə düşüb.

 

 


   Süleymanlı  İlqar Qafur oğlu

                            Bax "Şairlər" bölməsinə

Kitabın şeirlər bölməsinin formalaşmasında fəallıq göstərib. Bir neçə məqalənin hazırlanmasında iştirak edib.

 

 



 

 Teymurov Hacı Arif Bahadır oğlu.

                       Bax "Mədəniyyət xadimləri" bölməsinə

     İncəsənət, televiziya, xüsusilə də rəssamlarla, din xadimləri ilə bağlı bir çox məqalələr bu sənətkar tərəfindən hazırlanıb.

 

 



Saytın yaradılmasında təsirli kömək göstərmişlər:



Malikəjdər əmi



Tahir müəllim Cəfərli



Kəmalə xanım



Hacıağa



Xoşqədəm müəllim

 

Vaqif Ağayev  

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться