NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 22:25

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Toğrul Sadıxzadə | Регистрация | Вход

Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu

 

    Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. Ata-anasının vaxtsız ölümü uşağın qəlbində ömürlük qüssə və tənhalıq hissi yaradıb. İllər keçsə də, bu mənəvi yara sağalmayıb, ailəsinin çəkdiyi iztirablar və əziyyətlər onun yaradıcılığına bəlkə də güclü təkan verib.

     1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Böyük Vətən müharibəsi başlayanda təhsilini dayandırıb. 14 yaşlı yeniyetmə neft mədənlərində işləyib. "Xalq düşməni” damğası onu ali təhsil almaq imkanından məhrum etmişdi. Lakin buna baxmayaraq 1950-ci ildə tərcümeyi-halında bu faktı göstərmədən o, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya institutunun rəssamlıq fakültəsinə daxil olur. Qəbul imtahanları üçün çəkdiyi rəsm və kompozisiyalar yaxşı nümunə kimi uzun illər institutun auditoriyalarında divardan asılı qalır. Rəssam bir il sonra o dövrün ən nüfuzlu rəssamlıq məktəbi sayılan Surikov adına instituta müvəffəqiyyətlə imtahan verib qəbul olunur. Lakin eyni vaxtda iki institutda təhsil almağı ona qadağan etdiklərindən Toğrul Saıqzadə bir il sonra Bakıya qayıdır və bir peşəkar rəssam kimi onun doğma vətəndə böyük sənət yolu başlayır.

     Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq      sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.

     Həmin illərdə Toğrul Sadıqzadə səyahət etmək arzusuna düşür. Dünyanın ucsuz-bucaqsızlığı onu özünə cəlb edir. Əlcəzairə, Tunisə, Misirə səfərlər bir-birini əvəzləyir. Yunanıstanın qədim abidələrinə heyranlığını gizlədə bilmir. Parisin təkrarsız  gözəlliyinə, İtaliyanın memarlıq abidələrinə məftun olur. Brodvey küçəsinin gecə həyatını seyr edir, Havananın sahillərini gəzir. Onun 50-ci illərdə yaratdığı əsərlərdə bu qeyri-adi təəssüratlar öz əksini tapıb. Özünəməxsus xüsusiyyətləri ilə seçilən ”Qabes şəhərindən olan tunisli”, "Səhra qızları” və "Antik dağıntılar” tablolarındakı qızılı rəng qumlu səhraların sarımtıl ləpələri ilə səsləşir. Mənzərələrində boz-çiskin yağışlar Parisin damlarına çiləyir.

     Toğrul Sadıqzadə 1963-cü ildə yaradıcılıq səfəri ilə Yaponiyaya gedir. Qədim adət-ənənələrin müasirliyə qarışdığı, texnokratik cəmiyyət əlamətlərinin ənənəvi həyat tərzi ilə tam ahəng təşkil etdiyi ölkə rəssamın təxəyyülünə güclü təsir edir. Yaponiya haqqında, şəhərləri, məbədləri haqqında silsilə tablolar yaradır. Xirosimanın, dərddən, çarəsizlikdən sarsılmış insanların faciəsi fırça ustasının qəlbini ağrıdır. Onun "Xirosima” triptixində, "Qara Əjdaha”, "Ölmə!” rəngkarlıq əsərlərində mövzunun dramatizmi inandırıcı, təsirli boyalarla əks olunub.     Rəssam 70-ci illərdə daha çox portret janrına meyl göstərib: əsərlərindəki  realizm insan qəlbinin öyrənilməsində sanki əsl sənətkar üçün zərif alətə çevrilir. Bu sürətlər qalereyasını rəssamın qızlarının, dostlarının, müasir yazıçı və şairlərin, Azərbaycan mədəniyyətini şöhrətləndirən tarixi şəxsiyyətlərin portretləri bəziyir. Azərbaycan xalqının mənəvi ideallarının daşıyıcıları olan Nəsimini, Nəimini, Füzulini, Babəki, Üzeyir Hacıbəyovu, Müslüm Maqomayevi, eləcə də atası Seyid Hüseyni – gözəllik, alicənablıq, harmoniya aləmini öz dünyasında yşadir. Bu aləmdə riyakarlığa və yaltaqlığa yer yoxdur. O, portretlərini ürəkdən, səmimiyyətlə yaradır, naturanı daxildən öyrənməyə  cəhd edir, şəxsiyyətin psixoloji həyatının rəngarəngliyini açıb göstərməyə çalışır. Əsərlərində ən bəsit, sadə mövzu bədii reallıq tapır, estetik cəhətdən dərk olunur. Çünki onun sənətkar gözü qarşılaşdığı hər bir şeyi gözəllik baxımından süzgəcdən keçirir.

     O, həyatının son illərində tez-tez mənzərə janrına üz tuturdu. Doğma təbiət motivləri, ürəkdən sevdiyi Xəzər, anadan olduğu, böyüyüb boya-başa çatdığı şəhər onu bir yaradıcı kimi daha çox maraqlandırırdı. Dəniz, qayalar, şahə qalxan dalğalar üzərindəki ağ köpüklər.... Bütün bunları həyəcanla çəkir, elə bil nəyisə, qürub çağını, ona çox tanış olan, lakin gözünün önündə cildini dəyişən sahil boyunu, get-gedə suyun altında qalan qayaların cizgilərini çəkməyə gecikəcəyindən qorxurdu. Qorxurdu ki, cansız kətan üzərinə ilhamla köçürdüyü bu təbiət lövhələrini rənglərin dili ilə canlandırmaq bir də ona nəsib olmaya .... Dəniz dəyişdikcə sahilin, qayaların, ətraf mühitin rəngi də dəyişirdi.

     Dəyişməyən, əbədiyyətə qovuşan yalnız sənətkarların nəsillərə yadigar qoyub getdiyi gözəl, parlaq sənət əsərləridir....

 

Gülarə Sadıqzadə, sənətşünas

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться