NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 00:53

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Cavid Nəcəfov | Регистрация | Вход

Nəcəfov Cavid Nəcəfqulu oğlu

 

    Cavid Nəcəfov – bu ad çəkiləndə humanist, təvazökar, qayğıkeş, öz işinin kamil bilicisi olan əvəzsiz bir insan yada düşür. O, 1929-cu ildə Bakı şəhərində anadan olub. Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib.

     1952-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator vəzifəsinə qəbul edilib. Bir il sonra nazirliyin böyük mühəndisi olub.

     1953-97-ci illərdə C.Nəcəfov Karyagin (indiki Füzuli) rayonunda MTS-in baş mühəndisi, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra mexanikləşdirmə və elektrikləşdirmə idarəsində rəis müavini-baş mühəndis, Nazirlər Kabinetində böyük referent, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyindəsədr müavini, ittifaq Kənd Təsərrüfatı Texnikası Birliyi Zaqafqaziya filialının rəisi, Nazirlər Kabineti yanında nəqliyyat idarəsinin rəisi, Azərbaycan Kənd Təsərrüfatı Birliyi istehsalat xidməti və nəqliyyat idarəsinin rəisi və başqa vəzifələrdə işləyib. Həmin illər ərzində C.Nəcəfov özünü istedadlı mütəxəssis, bacarıqlı təşkliatçı, həssas yoldaş kimi göstərib, həmkarları arasında böyük hörmət qazanıb.

     Onun əməyi dövlət səviyyəsində qiymətləndirilib, 1966-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, sonrakı illərdə isə bir neçə medal və digər mükafatlara layiq görülüb.

Zərifə Nəcəfova, həyat yoldaşı

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться