NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 05:44

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əziz Əzizov | Регистрация | Вход

Əzizov Əziz Qasım oğlu

                                       

 

         "43 il əvvəl Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsi Moskvada təşkil olunan gənc rəssamların ümumittifaq sərgisinə mənim də üç rəngkarlıq işimi  göndərmişdi. Bu işlər sosializm realizmi üslubuna yad olan o zaman deyildiyi kimi, burjua incəsənətinə məxsus formalist sürrealizm cərəyanı ruhunda yaradılmışdı. Elə bu səbəbə, mənim və digər həmkarlarımın əsərləri də Moskva şəhər Partiya Komitəsi rəhbərliyinin kəskin tənqidinə məruz qalmışdı.

 40 il ötüb o  zamandan. Şükürlər olsun ki,  hüquqi, demokratik, müstəqil ölkədə yaşayırıq. Hər bir yaradıcı sənətkar öz fəaliyyətində azaddır. Sevindirici haldır ki, Bakıda müasir incəsənət muzeyi yaradılıb. İndi hər bir rəssam əsərlərini orada sərgiləyə bilər”.

         Bu, rəssam  Əziz Əzizovun fikirləridir.

         O, 1934-cü ildə Bakıda dünyaya göz açıb, orta məktəbi bitirdikdən sonra ixtisas təhsilini Əzim Əzimzadə adına beşillik Azərbaycan Dövlət Rəssamlıq məktəbində alıb. 1965-ci ildən bir sıra respublika və ümumittaq sərgilərinin daimi iştirakçısıdır.

         Yaradıcılığında  mənzərə və natürmort janrı əsas yer tutur. Dünyanın 30-dan çox ölkəsində nümayiş etdirilib əsərləri. Tuş, pero ilə çəkdiyi "Səttar Bəhlulzadənin portreti”, 15-ci əsr memarlığımızın yadigarı "Ağa Mikayıl hamamı”,  "İçəri şəhərdə məscid” adlı əsərləri hazırda Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində saxlanılır.

         Əziz Əzizov 4 il Musiqili Komediya Teatrında peşəkarlığını davam etdirib. Sonradan Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında  "Ulduz”, "Sən niyə susursan”, "Uşaqlığın son gecəsi”, "Bir cənub şəhərində”, "Dağlarda döyüş” filmlərinin çəkilişində, ərsəyə gəlməsində rəssam  kimi çalışıb.

         Onun 1992-ci ildə "Bakının ponoramı” adlı rəngkarlıq əsəri Azərbaycan Respublikasının hökuməti adından  İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncaniyə bağışlanıb.

         Rəssam 1993-cü ildən Türkiyədə yaşadığı 3 il ərzində məhsuldar yaradıcılıqla məşğul olub. Qardaş ölkənin ən tanınmış şəxsiyyətlərinin, dövlət xadimlərinin 13-dən çox portretini çəkib. Əziz Əzizovun fırçaya aldığı dünya şöhrətli cərrah, alim və xeyriyyəçi İhsan Doğramaçının portreti də yüksək sənətkarlıqla yaradılıb. Ümummilli lider Heydər Əliyev həmin portreti dövlətimiz tərəfindən  türk  xalqının  iftixarına   təqdim edib.

         Tarixi mövzuda əsər yaratmaq böyük məsuliyyət, həm də sənədlilik tələb edir. Bu baxımdan rəssamın Azərbaycan tarixi muzeyi üçün  işlədiyi  "Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin ilk iclası” adlı  tablosu  tarixiliyinə və sənədliliyinə görə maraq doğurur. Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Hacı Zeynalabdin Tağıyevin portretləri də surətlərin zahiri bənzəyişi ilə inandırıcı təsir bağışlayır.

         2006-cı ildə  Bakıda, Respublika Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda açılmış fərdi sərgi Əziz Əzizova 

böyük sənət sevinci bəxş edib. Sərgi rəssamın 70 illik yubileyinə həsr olunmuşdu. Sənətsevərlər portpetlər qalereyasını, mənzərələr silsiləsini, natürmortları, sürrealist kompozisiyaları maraqla qarşılamış, müəllifin ünvanına xoş sözlər söyləmişdilər.

         Yağlı boya ilə işlənmiş tablolarda və qrafik lövhələrdə Məmməd Əmin Rəsulzadənin, Mustafa Kamal Atatürkün, "millət  atası”, məşhur messenat Hacı Seynalabdin Tağıyevin və başqa tanınmış şəxsiyyətlərin, ədiblərin cahanşümul sənətkarların  surətləri tamaşaçıların gözü önündə canlanır.

Monumental portretlərin fırçaya alındığı "Sevinc” və "Ulduz” tablolarını Əziz Əzizovun portret janrı yaradıcılığının incisi adlandırmaq olar. Sərgidə realist üslubda işlənmiş mənzərələrdə doğma yurdun gözəllikləri böyük məhəbbətlə təsvir olunub.

Ənənəvi klassik üslubda çəkilmiş natürmortlarda ötən yüzilliyin ab-havası duyulur. Natürmortların kompozisiyasının forma-biçim əlvanlığı, fakturası  olduqca canlı, cazibədar  görünür.

Qədim məzarıstan... Qəbirlərin sınıb-çatlamış başdaşısı  üzərində epitafiya əvəzinə qumar kartı – tuz və kral rəsmləri  təsvir  olunub. Məzarın sinə daşı altından  ölənin ayaqları bayıra çıxıb. İnsanlara ömrü boyu yuxarıdan aşağı baxan, kölgə iqtisadiyyatının nümayəndəsi, maliyyə

 oliqarxının  o dünyada da rahatlığı yoxdur. Rəssamın  "Rahatlıq” kompozisiyası bu fəlsəfi hissləri aşılayır.

Əziz Əzizov əvvəlkı söhbətimizin davamı kimi yenə yaradıcılıq məsələlərindən, gələcək işlərindən söz açdı:

         - "Portret  janrını çox sevirəm. Uzun illərdir ki, peşəkar musiqimizin danılmaz banisi Üzeyir bəyin surətini yaratmaq arzusundayam. Bilirəm ki, çətin və məsuliyyətli işdir. Buna baxmayaraq, bu dahi şəxsiyyətin zəngin mənəvi aləmini rənglərin dili ilə açmağa çalışacağam.

         Türk xalqlarının müdrik el ağsaqqalı Dədə Qorqudun, Bakını 1918-ci ildə erməni daşnaklarından xilas etmək üçün köməyə gəlmiş

 türk generalı Nuru Paşanın da portretini çəkmək istəyirəm.

         Son illərdə  məndə ənənəvi klassik üslub çərçivəsindən uzaqlaşmaq meylləri artıb. Sürrealizm üslubu fəlsəfi düşüncələri, sərbəst, rəmzi ifadə etmək imkanı yaradır.  Fikrim var ki, bu üslubda yenə tablolar işləyim. Sağlıq olsun. İnşaallah!

                                                                                                                             Hacı  Arif Bahadıroğlu, "Qızıl qələm” mükafatı laureatı

 

                                                                          

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться