NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 19:02

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | "Vətən xaini" | Регистрация | Вход

"Vətən xaini"ndən Sovet İttifaqı Qəhrəmanınadək...

 

  

Dövlət Təhlükəsizlik Komitəsi olduqca təhlükəli saydığı bir "casus" haqda material toplayanda müharibə təzə qurtarmışdı. "Casusun" şəxsiyyətini müəyyənləşdirmək üçün tam məxfi aparılan axtarış işinə yazılan ilk ifadələrdən: "Bu şəxs 1943-44-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat-təşviqat şöbəsində işləyib. Legionları Hitler Almaniyasına vicdanla xidmətə çağırıb. Axtarılan şəxsin sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Əgər bu şəxs sağdırsa, deməli, SS-lərdə xüsusi vəzifə sahibidir. Almaniya istənilən vaxt ondan SSRİ-yə qarşı güclü silah kimi istifadə edə bilər". 

Bu sənəd 1946-cı ilə aiddir. "Casus" kimi axtarışda olan şəxsin adı Mehdi, soyadı Hüseynzadə idi. Təəccüblü olsa da, yuxarıda dediklərimiz həqiqətdir. Elə isə gəlin bir daha Mehdi Hüseynzadə haqda danışaq...

"Bu günün heçi gələcəyin klassiki"

Atası öldürüləndə Mehdinin 5 yaşı vardı. Çərkəz oğlu Hənifə adıyla Bakı kəndlərində məşhur olan bu adamı Sovet hakimiyyətinin ilk illərində qaçaqlar güllələmişdi. Sonra da anasını itirdi. İki bacısı- Bikə və Hürriyyətlə birgə bibisi Mahsənəmin himayəsinə sığındı. Böyüdü... məktəbə də getdi. Süleyman Sani Axundovun rəhbərlik etdiyi məktəbdə Səid Rüstəmov kimi sənətkardan görüb-götürdü. Tarın, royalın sirlərinə burda agah oldu. Şer də yazdı, muğam da oxudu, üstəlik dram dərnəyində bir- birindən maraqlı obrazlar da yaratdı. Sonra da meyli rənglər dünyasına düşdü. Bakı rəssamlıq məktəbini bitirən kimi Leninqrada üz tutdu. Ağır güzəran, ehtiyac... Amma bu çətinliklərə baxmayaraq, böyük arzularla yaşadı. Devizi "Bu günün heçi, gələcəyin klassiki olmaq" idi. Leninqradda rəssamlıq məktəbinə sənəd versə də, girə bilmədi. Özünü dil sarıdan sınağa çəkdi. Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə girdi. Burda alman, italyan, ispan dillərini öyrənəndə ağlına da gətirmirdi ki, az sonra arzuların səmti dəyişəcək. Amma o günlərə hələ var... Mehdi hələ tələbədi. Yaşadığı mühitə sığmayan bir tələbə... Buna sübut onun Leninqrad məktublarıdır:
"...Yaşayışıma gəldikdə köləlik durumunda satılmış bir qul vəziyyətindəyəm... Çalışdığım bir neçə dil öyrənib Moskva Sovet Yazıçılar İnstitutuna qayibanə girməkdi, amma ... tərcümə kursu açılıb. Bu kursa mükəmməl frəng dilini bilənləri qəbul edirlər ki, 2 il onlara dərs keçəndən sonra komunterndə və ya xaricdə bir işə yollasınlar... Etiraz etdim. İşi əvvəlcədən bildiyim üçün 3 kontrol işində 16-18 qramatik səhə (səhvə) yol verdim... Bir yandan etirazım, bir yandan da 3 kontrol işim onları, yəni Moskvadan gələnləri şübhəyə salıb..."
Birinci dəfə canını Sovetin caynağından belə qurtarmışdı. Amma az sonra anlamışdı ki, o, Leninqradda qala bilməyəcək. Getməlidir. Əks tədqirdə bilə-bilə ölümə gedəcək. Odur ki, Leninqrad təhsilini yarımçıq qoyub Bakıya dönür. Bakı Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə qəbul olunur. Fəqət elmi dərəcəyə can atan gəncin təhsili yenə də yarımçıq qalır...

"Keçilən dərslərdən mənə sağ qalmayacağım aydındır"

Onu Tbilisiyə Piyadaların Hərbi Məktəbinə göndərdilər. Bu məktubu isə Mehdi 1941-ci ildə yazıb:"... Ölümümü satın almağıma baxmayaraq, nədənsə bura bənd olub qaldım. ... Burda hörmətim çoxdu. Onlara gözəl şəkillər çəkirəm. Odur ki, daima şəhərə gəzməyə gedirəm. Hər istirahət günü sirkə, kinoya, teatroya gedirəm...
... Keçilən dərslərdən mənə sağ qalmamağım aydındır. Odur ki, həyatımın səhifələrini bu əyləncələrlə doldururam ki, özüm-özümü aldada bilim".
Sevdiyi qızdan da gileylidir: "Xəndandan kağız almıram. Ehtimal ki, o da məndən üz döndərib... Bəlkə də yazdığım məktublar ona çatmır. Buna ki, mən təqsirkar deyiləm.
Buna təqsirkar yalnız VƏTƏNDİR".

Haşiyə: Amma Mehdinin Xəndan deyə xitab etdiyi sevgilisi Qüdrət etibarsız deyildi. Sadəcə tez-tez ünvanı dəyişən həsrətlisinə məktubu çatmırdı. Heç Mehdinin ölüm xəbərini də eşitməyib. Çünki Qüdrət bu dünyadan köçəndə müharibə hələ qurtarmamışdı.

"İnsan insana canavardır"

Mehdinin son məktubu Stalinqraddan gəlib. Latınca qeyd etdiyi bu kəlmələr 1942-ci ilin Stalinqrad mənzərələrini əks etdirir: "İnsan insana canavardır".
Canavarların hərb meydanında əsir düşdü. Mehdi Əzizbəyov (Mehdi Hüseynzadənin bacısı oğlu): - Əslində dayım əsir düşməyib. Kəşfiyyatçı kimi almanlar tərəfə atılıb. KQB bir neçə xarici dil, o cümlədən alman dilini bilənlərin siyahısını bilirdi. Ancaq onun dostları danışırdılar ki, Mehdi almanlar tərəfə keçəndən sonra SSRİ ilə əlaqə saxlamayıb.
Əsirlik, aclıq, səfalət... Mehdinin dəhşətli günləri başladı. Amma az sonra ətrafında müstəqil Azərbaycan arzusuyla yaşayan azərbaycanlıları gördü.
Almanlarda 150 min azərbaycanlı əsir vardı. Əsirlərdən ibarət legionlar yaradılanda Adolf Roznberqin rəhbərlik etdiyi Şərqi Torpaq Nazirliyi tərkibində olan xüsusi Qafqaz şöbəsi Azərbaycan mühacirlərindən istifadə etdi. Hitler Almaniyasıyla danışıqlar zamanı əsirlikdə olan azərbaycanlıların əsasən mülki işlərə göndərilməsi, Milli Azərbaycan Ordusunun yaradılması, azərbaycanlıların yalnız Şərq cəbhəsində vuruşması haqda razılıq alındı. Bundan sonra mühacirlər əsirlikdə olan azərbaycanlılar arasında təbliğat aparır, onları legiona yazırdılar. 7 mindən çox döyüşçüsü olan "Aslan", "Boz qurd", "Qorxmaz", "Dönməz", "Cavad xan", "Vətən" və başqa legionlar yaradılmışdı. Azərbaycan legionuna - Məmməd Əmin Rəsulzadə, Abbas bəy Ataməlibəyov, Fətəlibəyli Düdənginski, Fuad Əmircan başçılıq edirdilər.
Mehdi Hüseynzadə də həmin vaxt mühacirlərin təşəbbüsüylə 162-ci "Türküstan" diviziyasına yazıldı. Onun bacarığını görən almanlar Mehdini Potsdama 3 aylıq hərbi məktəbə göndərdilər. Bu kursdan sonra yenidən "Türküstan" diviziyasına göndərildi. Amma təbliğat-təşviqat işinə.

Bu yerdə Milli Təhlükəsizlik Komitəsinin arxivinə nəzər salaq:
"Legionda olanların əksəriyyəti ifadəsində göstərib ki, almanlar azərbaycanlılardan daha çox arxa cəbhədə istifadə edir, onları tikintidə, istehkam qazıntısında, bir də əsasən mülki işlərdə işlədirdilər".

Başqa bir mənbə:
"Mehdi legionda dram, musiqi və xor dərnəyinə rəhbərlik edirdi. Alman filmlərini tərcümə edir, əsrlər arasında təbliğat aparır, radioda diktor-tərcüməçi işləyirdi.
Mehdi Hüseynzadənin adına yazılan "Vətən xaini" ittihamını isə 1954-cü ildə Dövlət Təhlükəsizlik Nazirliyinin baş müvəkkili, bölmə rəisi V.Banserev silib. İşi qəbul edən Banserev onunla birgə legionda və partizan hərəkatında iştirak edən şahidləri yenidən dindirib. Bu şəxslər öz ifadələrində 1944-cü ildə Almaniya hökumətinin müttəfiqi İtaliyanın məğlubiyyətindən, bundan sonra tərkibində fəaliyyət göstərdikləri 162-ci "Türküstan" diviziyasının Adriatik dənizinin sahillərinə göndərilməsindən danışır, İtaliya ilə Yuqoslaviyanın sərhədində olarkən kəskin hava şəraitinə dözməyən Mehdinin xəstələnməsindən də söz açırdılar".

Mikayıl Qulubəyovun xatirələrindən:
"Mehdi burda dermatit xəstəliyinə tutulduğuna görə, xeyli Avstriyanın Qrats şəhər xəstəxanasında müalicə olundu. Bu şeri də xəstəxanadan mənə yazmışdı:

 

Ömrüm kam almayıb çatmadı başa,
Könlümün şüşəsi dəyibdir daşa.
Bir namə yazmadım, yara yoldaşa,
Xəzan yarpağıtək solğunam, a dost!

Gecə ay üzünə salırkən işıq,
Verir camalına hərdən yaraşıq.
Adria! Bil sənə olmaram aşıq,
Mən öz Xəzərimə vurğunam, a dost!
Mehdi Qürbətzadə. 18 noyabr 1943-cü il, Qrats şəhəri.
Xəstəxanadan qayıdandan az sonra düşərgədən qaçdı."

 

Onların düşərgədən qaçması haqqında olan məlumat isə belədir:
"Qaçmaq planı gizli şəkildə hazırlanmışdı. 162-ci diviziya bütövlüklə qaçmalı idi. Amma son anda satqın oldu. Plandan almanlar xəbər tutdular. Odur ki, bu proses sürətləndirildi. 1944-cü ilin əvvəlində Mehdi, Cavad Həkimli və Əsəd Qurbanov düşərgədən qaçıb İvan Qradnikov adına 3-cü zərbə briqadasına qoşuldular. Onlar qaçan gün taqım komandirini və bir neçə adamı hitlerçilər güllələdilər. Həmin gündən legionlara münasibət dəyişdi".

Cabbar Quliyev (keçmiş partizan):
-Mehdi qaçanda demişdi ki, narahat olmayın sizi də burdan qurtaracağıq. Doğrudan da, bir ay ötmədi ki, plan hazırlayıb bizi də almanların cəngindən qurtardılar. Partizanlar tərəfə keçdik. Burda artıq komandirimiz Cavad Həkimli idi.

"Casus axtarış işi"ndən "Geroy"a qədər

Mehdi Hüseynzadə haqqında olan axtarış işi 8 il çəkib. Sonda işinin nəticəsi onun qəhrəman olduğunu üzə çıxardı. İtaliya Kommunist Partiyasının katibi Palmiro Tolyati, Yuqoslaviya Xalq Azadlıq Hərəkatının lideri və Kommunist Partiyasının katibi Broz Tito SSRİ hökumətinə Mehdinin şücaətləri əks olunmuş sənədlər təqdim edirlər. Bütün bunlardan sonra "Casus axtarış əməliyyatı" səmtini dəyişir. Artıq axtarış işi "Geroy" adlandırılır.
Həmin gündən Mehdinin bacıları da təqibdən yaxa qurtarıb. Çünki Mehdinin ölüm xəbəri 1954-cü ildə dəqiqləşdirilib. Və bu dəqiqləşdirməyə qədər ailəsi nəzarətdə saxlanıb. Hətta DTK-ya Mehdinin sağ olması, bacısı Hürriyyət xanımla gizli məktublaşması haqqında məlumat da vardı.

Dövlət Təhlükəsizlik Komitəsində "Geroy" işinə yığılan materialdan: "Opiçinada yüksək voltlu transformatoru, Triestdə zabitlər restoranını partladandan sonra əfsanəvi MİXAYLO adı Sloveniyada və almanlar arasında məşhurlaşıb.
İlk dəfə başına 100 min mark qoyurlar. Bundan sonra.... siyasi təxribat rəisi (Mehdi Hüseynzadə nəzərdə tutulur - M.N.) bir-birinin ardınca almanlara ağır zərbələr vurur. Opiçinada kinoteatrı, Triestdə "İl- Pikkolo" qəzetinin redaksiyasını, Triestdə Via-fortina küçəsindəki alman zabitləri üçün təşkil olunmuş iki fahişəxananı, alman hərbi xəstəxanasını, 25 avtomaşınla bərabər, hərbi qaraj partladı. Bundan sonra Mixaylonun başına 400 min mark qoyuldu.
Qorisiya şəhərində yerləşən hərbi alman tipoqrafiya qrupunun bütün arxivini, xəritə və cihazlarla bərabər- 4 nəfərin köməyi ilə 9 korpusun qərargahına gətirib.
Sezana kəndində onu gestapo mayoru Şultsun dəstəsi tutanda Mehdi rəssam olduğunu sübut edib, aradan çıxıb.
İtaliya katolik binasının sahibi Valeriano Burmatı öldürüb partizanlara milyondan artıq pul aparıb".
Şücaətlər DTK-nın 1630 saylı axtarış işinə tikilir. Beləcə, Mehdi Hüseynzadə də bəraətini alır. Ölümündən 13 il sonra- 1957-ci ilin aprelində ona Sovet İttifaqı Qəhrəmanı adı verilir. Və bütün bu işlər Heydər Əliyevin xüsusi səyi nəticəsində araşdırılır. Sonra da onun qərarıyla Mehdi haqqında bədii əsər yazılır, film çəkilir.

Mehdi kinodakı kimi ölməyib?

İndi də "Uzaq sahillərdə" filmindən danışaq. Amma nə çəkilişlərdən, nə də necə araya ərsəyə gəlməsindən.

Cabbar Quliyev (keçmiş partizan):
- Filmdə Anjelika kimi verilən qızın adı Savva idi. Visilinin adı isə Sar. Onlar bir-birini sevirdilər. O qızın ölümü kinoda verilən kimi olmadı. Bir gün sübh çağı dəhşətli bağırtı eşitdik. Özümüzü yetirəndə Savva qan içində idi. Almanlar vurmuşdular. Hamıdan əvvəl yaralıya Mehdi çatdı. Savva onun qucağında can verdi. Mehdi onda and içdi ki, Savvanın hər zərrə qanı üçün faşistlərdən intiqam alacaq. Doğrudan da, həmin gündən sonra dəhşətli partlayışlar törətdi. Amma Sarın ölümünü görmədim. Onun atasının adı da Tinti deyildi, Aleksandr idi. Və Aleksandrın Tito ilə əlaqəsi vardı. Amma Mehdinin yaralanmasıdı, başına pul qoyulmasıdı - o elanı öz gözlərimlə Triyestin küçələrində görmüşəm, - filmdə öz əksini tapıb. Bir də onu deyim ki, Mehdinin ölümü tamamilə fərqli olub. Həm də təsadüfi. Almanlar heç bilməmişdi ki, vurduqları Mehdidi. Yoxsa aparıb Triyestin ortasından asardılar. Mehdini əvvəlcə Vitovledə dəfn eləmişdilər, sonra Cavad Həkimlinin əmriylə cənazəni Çepovani kəndinə gətirdilər.

Cavad Həkimli (keçmiş partizan):
- Mehdini əlimlə yuyub kəfənə büküb dəfn elədim. Orda elə təntənəli dəfn mərasimi heç vaxt olmamışdı. Bununla da, yerli əhali italyanlar, yuqoslavlar Mehdiyə öz borclarını qaytardılar.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться