NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 16:12

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Adil Əliyev | Регистрация | Вход

Əliyev Adil İmaməli oğlu

                                                        

  Hər dəfə şəhərdən Novxanı bağlarına gedəndə  qəsəbənin şimal-şərq tərəfində  ucadılmış möhtəşəm bina diqqəti cəlb edir. Bura 1994-96-cı illərdə tikilmiş Həmzə məscididir. Hər dəfə onun yanından keçəndə həmsurə oxuyur, həmin ibadətgahı tikdirən Kərbəlayi Adil  İmaməli  oğlunu yad edirəm.

 1980-90-cı illərdə onunla tez-tez ünsiyyətdə olmuşam. Necə deyərlər, ağır oturub batman gələn, sözünün yerini bilən kişi, ləyaqətli müsəlman idi. O, çox istəyirdi  ki, özündən sonra layiqli yadigar qalsın. Mənimlə, eləcə də dostluq etdiyi  Dadaş  Malikəjdər oğlu və daha bir neçə  başqa şəxsiyyətlə məşvərət edəndən sonra qərarı belə oldu: magistralın bir neçə metrliyində məscid tikdirmək. Həm kənd camaatı Allaha ibadət edər, həm də  buradan keçən  müsəlmanlar bu ibadətgahdan  yararlanarlar.

Allah rəhmət eləsin sənə, Kərbəlayi Adil, özündən sonra elə bir abidə qoyubsan ki, daim yad ediləcəksən. Yəqin ki, Xudavəndi-Kərimin dərgahında da xeyirxah bir bəndə kimi hallandırılacaqsan.

Məşədi-Kərbəlayi Adil 1927-ci ildə Məhəmmədəmin yurdunda dünyaya göz açıb. 

Avtomobil mütəxəssisi kimi tanınıb, çox adamın karına gəlib. Bakıdakı  bir sıra nəqliyyat  müəssisələrinin  direktoru olub. On il ”Azərbaycan” (keçmiş "Kommunist”) nəşriyyatı  qarajının müdüri vəzifəsində çalışıb, jurnalistlərin yardımçısı olub.

                                                                                                 Əliabbas  Əlimədətoğlu

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться