NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:43

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hüseyn Zeynalov | Регистрация | Вход

ZEYNALOV HÜSEYN YUSİF OĞLU

Hüseyn Zeynalov 1925-ci il aprelin 3-də Bakıda ziyalı ailəsində doğulub. Onun atası Yusif kişi 37-ci ilin repressiya  qurbanlarındandır. Sovet hakimiyyətinin yeni yarandığı illərdə Yusif Zeynalov bir sıra məsul vəzifələrdə işləmiş, o cümlədən müxtəlif vaxtlarda Masallı, Şamaxı, Qax, Qusar rayonlarının icraiyyə komitələrinin sədri olmuşdur. "Xalq düşməni” adı ilə həbs ediləndə Hüseynin 13 yaşı vardı. Özündən başqa 3 bacı-qardaşı və anası onun ümidinə qalmışdı. O, 1940-cı ildə 8-ci sinfi bitirib Bakıda yeni yaradılan İxtisaslaşmış Dəniz Donanması məktəbinə daxil olur. 1942-ci ildə alman ordusunun ölkənin içərilərinə doğru irəliləməsi ilə əlaqədar məktəbi Krasnoyarsk şəhərinə köçürürlər. Hüseyn 1943-cü ildə məktəbi bitirib təyinatla Frunze adına Baki Ali Hərbi Dəniz Donanması Məktəbinə daxil olur. Bir ildən sonra Hüseyn də daxil olmaqla, kursantların bir qismini Xəzər Hərbi  Donanmasına hərbi  xidmətə  göndərirlər. H. Zeynalov orduda nümunəvi xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərir, komsomol təşkilatının katibi  seçilir.

Lakin o bilirdi  ki, hərbi sahədə həmişəlik qalası deyil. Ona görə də gələcək həyatı barədə tez-tez düşünməli olurdu.  1949-cu ildə donanmada xidmət edə-edə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitunun iqtisadiyyat fakültəsinə daxil olur və 1953–cü ildə oranı bitirir. 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Yerli Sənaye Nazirliyinin istehsalat şöbəsində mütəxəssis, şöbə müdiri vəzifələrində işləyib. 1952-ci ildə Ticarət Nazirliyində sifariş şöbəsinin müdiri, Baqqaliyə Malları Topdansatış bazasının baş əmtəəşünası olub. Bir ildən sonra isə nazirliyin ticarətin təşkili şöbəsinin müdiri vəzifəsinə irəli  çəkilir və kollegiya üzvü təyin olunur. Burada işlədiyi 5 il ərzində yüksək ixtisaslı, dəyərli bir mütəxəssis olduğunu sübuta  yetirir.

H.Zeynalov 1959-cu ildə Bakı Soveti İcraiyyə Komitəsi ticarət şöbəsinin müdiri, 1960-1963–cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin maliyyə və plan şöbəsinin müdiri, 1963-1973-cü ilılərdə Azərbaycan Respublikası Mərkəzi Statistika idarəsinin rəisi, 1974-79-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində işləyib. Bu dövrdə ticarət şəbəkələrini ixtisaslaşdırmaq, əhaliyə xidmət səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçirilməsi zərurəti yaranmışdı. İşlərin böyük bir hissəsi elmi-təcrübi layihə institutları ilə birgə həyata keçirilirdi. Yaşayış binalarının altında kompleks şəkildə xidmət göstərən ticarət şəbəkələrinin, yeməkxanaların, kafelərin və.s tikintisində H.Zeynalov yaxından iştirak edirdi, yeniliklərin ticarətə gətirilməsində əsas təşəbbüskarlardan idi. O, respublikada ticarətin maddi-texniki bazasını yaratmaq mövqeyində durmuş, ərzaq, meyvə-tərəvəz, geyim, təsərrüfat malları və.s üzrə ayrıca bazaların təşkili və tikintisi məsələsinə xüsusi əhəmiyyət vermişdir. Birbasa onun təşkilatçılığı ilə ilk belə bazalar Bakı, Xırdalan, Yevlax, Gəncə, Sumqayıt və Mingəçevirdə yaradılıb. İlk dəfə irihəcmli soyuducu anbarların tikilib istifadəyə verilməsi də bu qəbildəndir.

H.Zeynalov "Oktyabr inqilabı”, iki dəfə Qırmızı Əmək Bayrağı ordenləri və medallarla təltif edilmiş, Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı olmuşdur. "Əməkdar iqtisadçı” adına layiq görülmüşdür. İqtisad elmləri namizədi elmi dərəcəsi var.

Vaqif Ağayev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться