$WDAY
$, 22.02.2019, 12:40
Əzimzadə Əzim Aslan oğlu
Müasir Azərbaycan qrafikasının təşəkkülü,
formalaşması və inkişafı bu böyük sənətkarın adı ilə ayrılmaz şəkildə bağlıdır.
O, XX əsr milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynamış,
qrafikamızı yeni janrlar və obrazlarla zənginləşdirmiş, rəssamlıq kadrlarının
yetişdirilməsinə güclü təkan vermişdir. XX əsr Azərbaycan xalqının tarixində
iqtisadi və mədəni yüksəliş yüzilliyi kimi qiymətləndirilməlidir. Mədəni
tərəqqinin inkişafında mütərəqqi mətbuat, maarif, sənət ocaqları və görkəmli
ziyalılarımız xüsusi rol oynamışlar. Bu baxımdan 1906-cı ildə böyük
yazıçı-demokrat Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə Tiflis şəhərində nəşr
olunan satirik "Molla Nəsrəddin” dərgisinin
fəaliyyəti xüsusilə qeyd
olunmalıdır. Mirzə Cəlilin fikrincə, "Molla Nəsrəddin”i təbiət özü yaratdı,
zəmanə özü yaratdı”. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V. Çəmənzəminli, Ə.Nəzmi, Ə.Qəmküsar və
başqa tərəqqipərvər ziyalılar ilə birlikdə O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə
kimi rəssamlar da dərginin fəaliyyətində yaxından iştirak edirdilər. Dərginin
qabaqcıl demokratik ənənələri, satirik janrın, karikaturanın təşəkkülü
sahəsindəki təşəbbüsləri Əzim Əzimzadə yaradıcılığı üçün sonsuz dərəcədə
faydalı təcrübə və ilham mənbəyi olmuşdur. Əzim
Aslan oğlu Əzimzadə 1880-cı ildə Novxanı kəndində dünyaya göz açıb. Atası Aslan
kişi şəhərə köçüb bənnalıq edir, oğlunun taleinə qayğı ilə yanaşır, onu
mollaxanaya qoyur. Lakın az müddətdən sonra Əzim rus-tatar məktəbinə daxil
olur. O, burada oxuduğu illər ərzində rəsm çəkməyə xüsusi həvəs göstərir, ədəbi
əsərlərə illüstrasiyalar çəkir. İbtidai təhsili uğurla bitirdikdən sonra balaca
Əzim şəhərin dövlətlilərindən Ağabala Quliyevin dəyirmanında çapar işləməyə
başlayır. Burada həmin sahibkarın evini dekorativ şəkillərlə bəzəmək üçün dəvət
olunan Maslov soyadlı rus rəssamının yanında təsviri sənətin əlifbasına
yiyələnməyə başlayır. Peşəkar rəssamlıq təhsili almamasına baxmayaraq Əzimzadə
özünün səyi, bacarığı ilə şəkil çəkməkdə uğur qazanır, özünün bu nadir
istedadını inkişaf etdirməyə nail olur. Peşəkər sənət yoluna özfəaliyyətdən
gələn Əzim Əzimzadə 40 illik səmərəli yaradıcılığı ərzində 3000-dən artıq
satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim
eskizi və başqa əsərlər yaratmışdır. Milli sənətin klassik nümayəndəsi
zirvəsinə ucalmışdır.
1914-cü
ildə, ilk yaradıcılıq mərhələsinə aid əsərlər arasında "Ağlargüləyən” böyük
Sabirin "Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikasının
klassik nümunəsi hesab olunur. Rəsmlər şairin satirik poeziyası ilə qırılmaz vəhdət təşkil edir, üslub və bədii ifadə
tərzinin yaxınlığı ilə səciyyələnir. «Əkinçi», «Dilənçi», «Fəhlə», «Satiram» və
başqa şeirlərə çəkilən rəsmlər fikir aydınlığı, forma sadəliyi, Maraqlıdır
ki, Əzim Əzimzadə realist portret janrında məşhur şərq şairi Cəlaləddin
Ruminin, sərkərdə Səlahəddin Əyyubinin (1912) və dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin (1919) obrazlarını yaratmışdır. Həmin portretlər R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyinin qiymətli eksponatlarındandır. XX əsrin
əvvəllərindən başlayaraq milli təsviri sənətin karikatura, illüstrasiya,
səhnəqrafiya sahələrində çalışan Əzimzadənin yaradıcılığı respublikada sovet
hakimiyyəti dövründə yeni vüsət alır. O, Maarif Komissarlığı nəzdində incəsənət
idarəsinə, ilk dəfə təşkil olunan rəssamlıq məktəbinə rəhbərlik edir. Təsviri
sənətin plakat, satirik qrafika və səhnəqrafiya sahələrinin örnəklərini
yaradır. Əzimzadə satirası ilk növbədə öz parlaq
ifadəsini məişət janrı sahəsində tapmışdır.
"Müsəlmanların müqəddəs yerlərə ziyarəti”, "Köhnə Bakı tipləri” (100
tip) kimi silsilə əsərlər rəssamın keçmiş məişətin bütün təzadlarına,
ixtilaflarına dərindən nüfuz etdiyini göstərir. Rəssam «100 tip» silsiləsində
keçmiş Bakının müxtəlif təbəqələrə, peşələrə mənsub adamlarının, xırda küçə
alverçilərinin, burjua ziyalılarının, neft milyonçularının, inzibatçi
məmurların ictimai və psixoloji aləmini məharətlə ümumiləşdirmişdir. Obrazların
milli koloriti, folklor ənənələrinə yaxınlığı, satira və yumor ünsürlərinin
dərin ifadəliyi Əzimzadə yaradıcıqini mühüm sənətkarlıq xüsusiyyətləridir.
Rəssam buna təkcə zahiri etnoqrafik vasitə ilə deyil, xalqın ruhunu, nəcib
arzularını, mənəvi-əxlaqı incəliklərini yumor dilində ifadə etməklə nail
olmuşdur. ![]() Əzimzadə
həm də istedadlı plakat ustası idi. Savadsızlığa, cəhalətə, riyakarlığa, qadın
azadlığına həsr etdiyi plakatları siyasi və satirik məzmunu ilə fərqlənirdi.
"Vətəndaş, savadsızlığını ləğv et” (1921) plakatı buna parlaq misal ola bilər.
Rəssamın başlıca yaradıcılıq dairəsi dərgi-qəzet qrafikasında, xüsusilə yenidən
nəşrə başlanan "Molla Nəsrəddin”in səhifələrində geniş əhəmiyyət qazanır.
1922-ci ildə çəkilmiş «Azərbəyim» rəsmində cavan, cazibədar gözəl qadın – "Neft
gözəli” təsvir olunub. Bu xanıma ingilis, amerikan, fransız və italyan ağaları
eşq elan edirlər. Lakin arxadan görünən iri yumruq onların xam xəyallarını puça
çıxarır. "Lotu bambılılar sağlıq deyil!” sözləri də rəsmin satirik məzmununu
tamamlayır. Rəssamın bir sıra rəsmləri Yaxın Şərqdə, İranda və Azərbaycanda
müstəmləkəçilik siyasətinə və qərb dövlətlərinin iddialarına qarşı
çevrilmışdir. Əzimzadə
əsərləri acı gülüş, məzhəkə, qrotesk hissləri ilə aşılanamışdır. Onun gah
kəskin satira, gah incə məzhəkə, gah mənalı mübaliğə və ifşaedici eyhamla dolu
rəsmlərini seyr etdikcə realist sənətin qüdrətini bir daha duymuş oluruq. Çünki
həmin əsərlərdə xəlqilik, ictimai ənənəçilik, milli kolorit güclüdür. O, canlı
tipaj, mühit, geyim, əşya, interyer və sairə yaradarkən milli sənətin,
folklorun, məzhəkəli teatr və milli musiqi sənətlərinin ənənələrinə
əsaslanırdı. Əzimzadə
fitri istedadı, səmərəli əməyi sayəsində realist təsviri sənətin forma rəngarəngliyinə
hərtərəfli yiyələnmiş, özünün çoxşaxəli istedadını qrafik rəsmlərlə yanaşı,
səhnə tərtibatı və geyimi sahəsində də nümayiş etdirmişdir. O, Ü.Hacıbəyovun "O
olmasın, bu olsun” musiqili komediyasına,
"Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm”, "Leyli və Məcnun»,
M.Maqomayevin "Nərgiz”, Z.Hacıbəyovun "Aşıq Qərib” və "Şah Sənəm” operalarının,
M.F.Axundovun "Hacı Qara”, "Molla İbrahim Xəlil kimyagər”, "Müsyö Jordan və
Dərviş Məstəlişah”, C.Məmmədquluzadənin "Ölülər” komediyalarının,
Ə.Haqverdiyevin "Dağılan tifaq”, H.Cavidin "Şeyx Sənan”, C.Cabbarlının "1905-ci
ildə” dramlarının tamaşalarına dərin məzmunlu səhnə geyimi və tərtibat
eskizləri yaratmışdır. Əzimzadənin pedaqoji fəaliyyəti xüsusilə
qeyd olunmalıdır. O, Bakı Dövlət Rəssamlıq Məktəbində təhsil
alan gənc rəssamlar
nəslinin müəllimi olmuş,
onların sənət Əzim
Əzimzadənin əsərləri Bakının, Moskvanın və bir sıra digər şəhərlərin muzeylərində
saxlanılır, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bakıda onun əsərləri
xatirə ev muzeyində, eləcə də Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş
etdirilir.
Nurəddin Həbibov, sənətşunaslıq doktoru, professor |
Меню сайтаКалендарь
Архив записейПодписаться |