NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 07:19

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əsədin macaraları | Регистрация | Вход

Əsədin macaraları

                                                                

       Dünyanın hər yerində olduğu kimi, Azərbaycanın da bütün bölğələrində müxtəlif  ləhcələr, məhəlli şivələr mövcuddur. O ərazidə yaşayan sakinlərin şifahi nitgi özünə məxsus sözəllikləri ilə seçilir. Bu baxımdnan novxanılıların da danışıq tərzi maraq doğurur.

       ƏSƏD adı altında kəndə və şəhərdə yaşayan novxanılıların adları gizlənilib.

       Əhvatlar uydurma deyil.


* * *

Əsəd Novruz bayramı axşamı nunnuya (bayram payı almağa) çıxmışdı. O, kənddə  əvvəlcə Hacı Mirzə kişinin qapısını döyür. İçəridən, qapının o biri üzündən səs gəlir:

-         Ayə, kimsən?

-         Əsədəm.

-         Kimdi?

-         Mənəm də, Əsədəm.

-         Ayə, əsəsən, get öz xarabonda əs!

 Qələmə aldı Hacı Arif Teymurov 

*** 

Günlərin bir güni Əsəd 98 nomrəli marşrutla kəndə gedirdi. Əlində, ipdən toxunmuş zəmbilin içində isə bazardan aldığı ördək. Avtobusda yer olmadığından ayaq üstə durub, zəmbilli əli ilə yuxarıdakı tutacaqdan yapışır. Ördək birdən oturan sərnişinin üstünü bulayır. Sərnişin başını qaldırıb Əsədə deyir:

-- Neylədün ala?

Ördeyin yiyəsi Əsəd özünü itirmədən cavabında:

 -- Mən elədim beyəm?!

 Paltarı bulaşmış sərnişin:

 -- Yox! gəl bir sən də elə!                                                          

***                                 

80-cı illərdə bir dəb vardı, "Jiquli” markalı avtomobillərin damına kustar üsulla lük açardılar. Əsəd öz maşınına o lükdan düzətdirir sevincək ustanın yanından evə gəlir. Qapilarının qabağında yaşlı əmisi ilə rastaşır:

-- Salam əmi!

-- Əleykümə salam!

-- Əmi maşına bax, lük xoşuna gəlir?

Ağsaqqal Əsədə tərs-tərs baxib:

-- Axmağın biri axmağ! Ele bil maşında piraşki bişirib satacağ! 

*** 

        Həcc ziyarətində, təvaf zamanı 70  yaşlı novxannı Əsədin cibindən 100 rial pulu oğurlanır. Otelə gəlib, yaxınlaşır kəndçisi olan qrup rəhbərinə:

-- Cibgirlər cibimdən pulu apardılar, kimə deyim indi?

-- Neynəyim indi səninçün! Puluvu bərk saxla, heçkim oğurlamasın

Əsəd  hirslənib qəzəblə bildirir:

-- Hacı, mənimçün problem döyül lazım olsa, qirib təvafa bir-iki kruq vurub, bir-iki min dollar apararam. Sadəcə, istədim səninlə məsləhət edim, dedim bəlkə sən bilərsən, kim qaytarar oğurluq pulları

 Qrup rəhbəri görür ki vəziyyət müşkildi. Çünki, bu kişinin keçmişinə bələd idi. Bilirdi ki, Əsəd cavanlıqda qulaq kəsən olub. Yaşlı vaxtında həccə gəlib burda da, günah etməsə yaxşıdı. Bunun pulu qayıtmasa, bu bir mərəkə törədəcək. Məcbur olub deyir:

-- Ay kişi pulun tapılıb, bayaq bir uşaq otelin qapısından tapıb verdi mənə.

Əsədin üzü gülərək:

--Mən dedim də, mənim halal pulumu heç kim yeyə bilməz! 

*** 

Məkkə şəhərinin Ərafat çölündə bir dağ var, bu dağda Adəm və Həvva uzun ayrıliğdan sonra bir-birinə qovuşublar, bura gələn zəvvarlar oranı zıyarət edib, dua edirlər.

Ziyarət zamanı bələdçi zəvvarlara bu tarixi hadisəni danışdığdan sonra onlara tövsiə edirki, çıxsınlar bu dağa orada dua etsinlər, Əsəd bunu eşidərkən başlayır deyinməyə, bələdçi bunu görüb ondan soruşur:

-- Ay kişi nolub, niyə deyinirsən?

Əsəd deyinə-deyinə:

-- Ğörmürsən, Ala bu Adəm intiresni adamdı, boboyda səhralığda yer tapmadı arvadıyla görüşsün, çıxıb dağın başında görüşür! 

Qələmə aldı Hacı Cavanşir Manafov                              

*   *   *

 

     Əsəd kiçik maşınlarda işləyirdi. Hamsını da o divara,  bu divara, o şalbana, bu şalbana vurub əzirdi. Bir gün belə qərara gəlir ki, iri maşın sürsün. Məsləhət üçün böyük dayısının yanına gedir. Deyir:

  -   Dayı, istəyirəm bir dənə "Kamaz” götürüb sürüm. Məsləhətdir?

     Dayı bir qədər fikirləşəndən sonra deyir:

  -  Nə deyim, vallah, maşın Kamaz, sən qammaz, səninlə onunki tutmaz. 

*   *   *

     Onlara qonaq gəlir. Əsəd arvadına tapşırır ki, yeməkdən-zaddan hazırlasın. Səliməxanım Allahın verdiyindən hazırlayıb süfrəyə qoyur. Sonra qonağla Əsədə yer salır. Qonaq ev yiyəsinə deyir ki, mən bağdan gəlmişəm, toz-torpağlıyam. Gəl sən mənim yerimdə, ipək yorğan-döşəkdə yat, mən də sənin çit yorğan-döşəyində. Əsəd razılaşır. Səhər açılır. Səliməxanım qonaq üçün saldığı yataqdan xorultu səsini eşidib tez çit yorğan döşəkdə yatana bir-iki dürtmə vuraraq deyir: "Adə Əsəd, bəsdi yatdın, dur ayağa, görey qonaq köpey oğlu üçün nə bişirək!.” 

Qələmə aldı Lalə xanım Əbüzərova

*** 

     Əsəd təzə "Cip”lə Lənkərana yola düşür. Yolda onu dövlət yol müfəttişi saxlayıb təyin olunmuş məhdudiyyətdən artıq sürrətlə maşını sürdüyünü bildirir.

       Əsəd əsəbi halda:

      - Yalançının atab-atasına nəhlət! 

      Müfəttiş:

      - Bu necə danışmaqdır!

      Əsəd:

       - Axı mən maşını avtopilota qoymuşam, istəsəm də 90 yuxarı sürə bilmərəm.

      Müfəttiş:

      - Bu avtopilotu ixtira edənin-atab atasına nəhlət! 

Qələmə aldı Azər Qasımov 


***


Əsəd şəhərlərarası yükdaşımalar avtobazasında sürücü işləyir. SSRİ-nin ən ucqar şəhərlərinə həftələrlə maşın sürməli olur. Qaydaya görə uzaq reyslərə maşını tək yox digər sürücü yoldaşı ilə idarə etməlidir. Lakin Əsəd müxtəlif bəhanələrlə bu qaydadan yayınır, reysə tək çıxır. Bu hərəkətindən cana gəlmiş bazanın müdiri növbəti reys ərəfəsində Əsədə mütləq ortaqla yola çıxmağı əmr edir.

Əsəd müdirə müraciət edir:

- Yoldaş müdir, mən reysdə heç pencəyimlə də yola gedə bilmirəm, ortağımla neçə yola gedim? İcazə ver yola tək çıxım.

Gülüşünü saxlaya bilməyən müdir bu dəfə də qayda pozuntusuna göz yumur. 

Qələmə aldı Vaqif Ağayev



DAVAMI (bura basın)

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться