NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 10:19

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Bədurə Əfqanlı | Регистрация | Вход

Əfqanlı Bədurə Məlik qızı

 

         Teatr hər bir xalqın mədəni həyatının barometridir. Bu il Azərbaycan teatrının 137 yaşı tamam olur. Səhnə sənətinin yaradılmasında, demokratik ideyaların formalaşmasında Azərbaycan tamaşaçısının yüksək bədii-estetik zövqünün tərbiyəsində Azərbaycan teatrının xidməti olduqca böyükdür.

         Azərbaycan səhnə sənətinin inkişafında görkəmli Azərbaycan aktyorları, rejissorları ilə yanaşı, yaradıcılığı həmişə demokratik və humanizm ideyaları ilə seçilən, xalq həyatına dərindən bələd  olan teatr rəssamlarının da rolu danılmazdır.

         Onlardan biri ailə-məişət və dini xurafatı bir kənara qoyub  cəsarətlə doğma xalqına xidmət yolunu şeçən və teatra gələn ilk azərbaycanlı qadın rəssam Bədurə Əfqanlıdır. O, 1912-ci il oktyabrın 25-də Bakıda dünyaya gəlib. Rəngkarlığa olan qeyri-adi qabiliyyətini lap uşağlıq çağlarından göstərib. Amma, rəssamlıq təhsili almaq ona asan başa gəlməyib. 30-cu illərdə Pedaqoji texnikumu bitirən Bədurə Əfqanlı 5 il orta məktəbdə müəllimlik edib və eyni vaxtda Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.

         1934-1935-ci illərdə Türkmənistan paytaxtı Aşqabad  Dövlət Azərbaycan Musiqili Teatrında bir sıra tamaşalar  üçün ("Leyli və Məcnun”, "Aşıq Qərib”, "Şeyx Sənan”, "1905-ci ildə”, "Sevil”) dekorasiya və geyim eskizləri çəkib.

         1942-ci ildən Azərbaycan Dövlət Dram Teatrında rəssam assistenti  kimi işə düzəlib. Bir qədər sonra tamaşalara müstəqil quruluşlar verir. Bu dövrdə bir neçə maraqlı, yadda qalan dekorasiyalar çəkib.

         Azərbaycan  ədəbiyyatının klassikləri Virzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, eləcə də, müasir ədiblərdən Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Cabbar Məcnunbəyovun, Məmmədhüseyn Təhmasibin və keçmiş sovet yazıçıları M.Qorkinin, B.Lavrenevin, V.Sobkonun əsərlərinin səhnə təcəssümü üçün bədii tərtibat eskizləri işləyib.

         Bədurə xanımın tamaşalara verdiyi hər yeni bədii tərtibat  quruluşçu rəssam kimi dramaturqun təlqin etdiyi ideyanın özünəməxsus şəkildə açılmasına kömək edib. Eyni zamanda  onun teatr rəssamı kimi yüksək peşəkarlıq zövqünü də  əks etdirib. Bədurə xanım Əfqanlı həmçinin teatr kostyumlarının hazırlanmasında ən tanınmış mütəxəssisdir.

         

O, 1960-çı ildən "Azərbaycanfilm” kinostudiyasında geyim üzrə quruluşçu rəssam işləyib. B.Əfqanlı  Azərbaycan Rus Dram Teatrının bir sıra tamaşaları, eləcə də opera, kinofilm ("Məhəbbət dastanı”, "Dəli Kür”, "Dədə Qorqud” və başqaları), rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib. Onun bir sıra əsərləri Azərbaycan Dövlət Teatr Muzeyində və Moskva Mərkəzi Teatr Muzeyində saxlanılır.

Bədurə xanım hələ 1949-cu ildə teatr sənəti sahəsində göstərdiyi böyük ximətlərinə görə Azərbaycanın əməkdar incəsənət xadimi kimi fəxri ada layiq görülüb. 1974-cü ildən isə Azərbaycanın xalq rəssamı adını daşıyıb.  Bədurə Əfqanlı "Şərəf  nişanı” ordeni və medallarla təltif olunub.

 

                                                                                     Vaqif Ağayev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться