NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 27.04.2024, 19:57

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Rüstəmov Nəcəfxan Davud oğlu | Регистрация | Вход

Rüstəmov Nəcəfxan Davud oğlu

     Davud kişinin ailəsi dədə-baba yurdundan – İrəvan vilayətinin Dərələyəz mahalının Qalasər kəndindən didərgin düşüb. Ermənilər ˝Böyük Ermənistan˝ yaratmaq xülyası ilə öz murdar daşnak planlarını gizli-gizli həyata keçirməkdə idilər. ˝Ermənistan˝ adlanan qədim Azərbaycan torpaqlarından yerli müsəlman əhalinin müxtəlif bəhanələrlə sıxışdırılıb çıxarılması da həmin planlardan idi. Bir gün ˝yuxarıdan˝ gözəl Qalasər kəndinə də gəlib çıxdılar. Müsəlman kəndinin əhalisinin qeydinə qalırmışlar kimi, ˝kənddə torpaq axını var, bu kənd sürüşəcək˝ dedilər, çıxış yolu təklif etdilər: ˝Təcili kənddən köçüb getməlisiniz˝.

     Bu hadisə 1982-ci ildə olmuşdu. Davud kişi də başqa həmkəndliləri kimi kəndi boşaltmağa məcbur edilmişdi. Həyat yoldaşını və doqquz övladını götürüb, Abşeron rayonunun Mehdiabad kəndinə pənah gətirdi. İki il burada müvəqqəti məskunlaşdıqdan sonra, Novxanı kəndinə köçürlər.

     Nəcəfxan da doqquz övlad (altı qız, üç oğlan) böyüyən bu ailənin sonbeşiyi idi. 1976-cı il avqust ayının 10-da anadan olub. 1990-cı ildə M.Hüseynzadə adına orta məktəbin səkkizinci sinfini bitirən Nəcəfxan bir il Novxanı üzümçülük-maldarlıq sovxozunun qarajında çilingər köməkçisi işləyib. 1992-ci ildə Bakı şəhərindəki 152 saylı orta məktəbi əla qiymətlərlə başa vurub.

     1993-cü il avqust ayının 10-da Azərbaycan ordusu sıralarında xidmətə çağırılıb. Əvvəlcə Yaşmada döyüş hazırlığı kursu keçib. On aydan sonra onu Qarabağ ərazisindəki hərbi hissəyə göndərirlər. Burada ona kiçik çavuş hərbi rütbəsi verilir. Nəcəfxan 1995-ci ildə nümunəvi əsgər kimi Qazax rayonundakı hərbi hissəyə göndərilir. 1996-cı il dekabrın 17-nə kimi burada qulluq edən Nəcəfxan nümunəvi xidmətinə görə dəfələrlə fərqləndirilir, ona təşəkkürlər elan edilir, ˝Şah İsmayıl Xətai˝ mükafatı ilə təltif olunur, evə, ezamiyyətə göndərilir.

    1996-cı il noyabr ayının 26-da vəzifə başında ikən bıçaq yarası alan Nəcəfxan 21 gün Gəncə şəhərindəki hərbi xəstəxanada ölümlə çarpışdıqdan sonra həlak olur.

     Novxanı kənd qəbristanlığında dəfn edilib.

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться