NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 21:26

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Əzimov Faiq | Регистрация | Вход

Əzimov Faiq Həsənbala oğlu

 

 

     Polkovnik Faiq Əzimov 1938-ci ilin mayın 3-d’ Bakıda doğulub. 1955-ci ildə 7 saylı orta məktəbi, 1958-ci ildə Hərbi Ümumqoşun komandirləri məktəbini bitirib. 1958-62-ci illərdə Rostovda vzvod komandiri, rota komandirinin siyasi işlər üzrə müavini, 1963-64-cü illərdə polk komsomol komitəsinin katibi vəzifələrində xidmət edib.

     1969-cu ildə Moskvada Hərbi Hüquq akademiyasını bitirərək Zaqafqaziya daxili qoşunları siyasi idarəsi rəisinin komsomolçu gənclərlə iş üzrə köməkçisi təyin edilib. 1972-ci ilin noyabrından 1976-cı ilin sentyabrınadək polk komandirinin siyasi işlər üzrə müavini olub. Sonra xidməti davam etdirmək üçün Azərbaycan SSR DİN-in sərəncamına göndərilib. 1976-89-cu illərdə DİN qərargahı operativ şöbəsi rəisinin müavini, DİN partiya komitəsi katibinin müavini, Bakı şəhəri Daxili İşlər İdarəsi kadrlar şöbəsinin rəisi, DİN Müəssisədən-kənar Mühafizə Baş İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1989-cu ildə istefaya çıxaraq, 1991-ci ilin oktyabrınadək Nizami Rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini olub.

     1992-ci ilin oktyabrında könüllü olaraq Azərbaycan Milli Ordusunda xidmət etməyə başlayıb.

     1993-cü ildə Azərbaycan Respublikası Orduya Aviasiyaya Donanmaya Könüllü Yardım Cəmiyyəti sədrinin müavini seçilib, çağırış yaşına çatmamış gənclərin təlim-tərbiyəsi ilə məşğul olub. 1999-cu ildə pensiyaya çıxıb, o vaxtdan Milli Aviasiya Akademiyasının müəllimidir.

     Faiq Əzimov xidmət dövründə bir orden, 28 medal (biri Polşanın medalıdır), Azərbaycan SSR Ali Sovetinin, SSRİ DİN-in və Azərbaycan SSR DİN-in fəxri fərmanları ilə təltif olunub. Azərbaycan və Gürcüstan Komsomolu Mərkəzi Komitələrinın üzvü seçilib.

     Hazırda respublikanın ictimai həyatında fəal iştirak edir, Müharibə və Hüquq Mühafizə Orqanları Veteranlar Şurasının üzvüdür. Qızı Sevinc müəllim, digər qızı Samirə həkim, oğlu Əziz daxili işlər orqanının əməkdaşıdır.

 

Vaqif Ağayev

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться