NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 09:30

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Novxanı və novxanlılar-2 | Регистрация | Вход

Məgələnin əvvəli  (bura basın)


NOVXANILILAR

Novxanı həm zahirən, həm də mental cəhətdən Abşeronun başqa kəndlərinə çox

 oxşasa da, fərqli cəhətləri də vardır.

Kəndin qədim hissəsində qalmış ev və həyətlərə diqqət yetirdikdə görürük ki, hər bir həyətdə su quyusu və tövlələr, habelə xırman, bostan məhsulları saxlamaq üçün anbarlar vardır. Novxanının əncir və üzümü başqa kəndlərdəkindən fərqlənir. Binaların və həyətlərin quruluşundan belə məlum olur ki, vaxtilə insanlar əsasən əkinçilik, bağçılıq və maldarlıqla məşğul olublar. 1832-ci ildə kəndin istifadəsində təxminən 10000 hektar 

torpaq sahəsi olub.  80 xalvar əkinçilik, 75 xalvar üzüm bağları, 75 xalvar zəfəran tarlaları, 75 xalvar isə bostan salınması üçün ayrılmışdır. 550 xalvar əkinçilik üçün yararsız hesab edilirdi.  Novxanıda demək olar ki, hamının evində xalça, palaz toxunub, parçadan, zərbaftadan tikmələr yaradılıb.

Yerli əhalinin özəl xüsusiyyətləri haqqında danışarkən  bir fakt tez-tez vurğulanır; novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Milli adətlərdən çoxu bu günə gəlib çıxmasa da, bir qismi qorunmaqdadır.

Camaatın mətbəxində xəmir xörəklərinə xüsusi önəm verilmişdir. Qış günlərində

 səhərlər kərə yağında bişirilən, üstünə üzüm doşabı verilən xəşilin, quymağın, axşamlar sarımsaq-qatıqlı quru xingalın, düşbərənin, riza xingalının, lobyalı xəmiraşının, iç, ət, kudu-balqabaq, göy qutablarının (xüsusilə təndirdə bişən qutabların) yerini başqa xörəklər vermir. Gündəlik ət xörəkləri içərisində birinci yeri, heç şübhəsiz ki, ancaq qoyun ətindən bişirilən küftə-bozbaş tutur. Xeyir-şər məclislərində əsasən küftə-bozbaş verilir. Əvvəllər çox işlənən balıq xörəkləri indi az işlənir, insanlar istədikləri balığ növlərini almağa çətinlik çəkir. Bağdan köçəndə "Yurd  halvası” bişirilir.

Əhalı dindardır, şiə təmayüllüdir. Kəndin din xadimləri Azərbaycanda tanınmış 

şəxsiyyətlərdəndir. XIX əsrdə və XX əsrin əvvəllərində kəndin cavanları İraqda və Nəcəfi-Əşrəfdə mükəmməl dini təhsil alıb alimlık dərəcəsinədək  yüksəliblər. Ateist sovet rejimi vaxtı novxanılılar dini ənənələrini qoruyub-saxlayıb, müxtəlif təzyiqlərə baxmayaraq dini bayramları keçirib, müsəlmanların matəm günlərində məhərrəmlık mərasimlərini evlərdə təşkil ediblər. Həmin dövrdə bir neçə cavan fürsət tapıb Özbəkistanda fəaliyyət göstərən ali məktəblərdə dini təhsilə yiyələnib. SSRİ-də bağlanmış məscid və kilsələrdən "yenidənqurma” prosesi çərçivəsində fəaliyyətini bərpa edən din ocaqlarının birincilə-rindən Novxanıdakı "Hacı Səfəralı” məsçidi olub. İndi cümə namazlarına, dini mərasimlərə həmin məscidə yüzlərlə dindar gəlir, orada ehsanlar verilir, kənd camaatının məişət problemləri ilə bağlı iclaslar və müxtəlif mərasimləri keçirilir.

Novxanıdan yetim qalan balalar heç bir zaman uşaq evlərinə verilməzdi. Azyaşlılar

 kənd ağsaqqallarının qərarı ilə bu və ya digər ailəyə baxılmaq üçün verilərdi. Əksər halda yetim uşaqlar doğmalardan seçilməzdi. XX əsrin 90-ci illərinin əvvəllərində respublikada cərəyan edən iqtisadi böhran zamanı xeyriyyəçılər tərəfindən kasıb ailələrə pulsuz ət, ərzaq paylaşdırılıb, mağazalarda onların borcları silinib. Xeyriyyəçılərın vəsaiti hesabına kasıb ailələrin uşaqları sünnət edilib, şənliklər təşkil olunub. 

Novxanılılar türk əsillidirlər. Sakinlərin şifahi nitqi özünəməxsus özəllikləri ilə seçilir. Maraqlı bir faktdır ki, novxanılıların ləhcəsi Dərbənd qalasının ətrafında Подпись: Hacılar

yaşayan azərbaycanlı əhalının ləhçəsi ilə demək olar ki, eynidir. Kəndin qocaman sakinlərinin bir çoxu hətta ulu baba və nənələrinin danışıqlarını xatırlayaraq birmənalı israr edir ki, Novxanıda əhalı heç zaman fars dilində danışmayıb.

Görkəmli mütəxəssis, tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyli "Bakının orta əsrlər tarixinin oçerkləri” adlı fundamental monoqrafiyasında bildirir ki, türk tayfaları Azərbaycana eramızdan əvvəl I minillikdə və erkən  daxil olmuşlar”. Elə türk soylu xalqların – hunlar, bolqarlar, xəzərlər, savirlər, avarlar və s. zaman-zaman axınının və Abşeronda da məskunlaşmasının nəticəsidir ki, artıq VII əsrin 20-30-cu 

illərində, Albaniyanın Xəzər hakimiyyətinin tabeliyinə düşməsilə türk mənşəli ümumxalq Azərbaycan dili, demək olar ki, formalaşma mərhələsinə qədəm qoyur.

Tanınmış alim-etnoqraf Təvəkkül Səlimov-Şağani yazır: ”Azərbaycanın görkəmli tarixçilərinin tədqimatlarından aydın olur ki, türksoylu əhalinin Abşeronda məskunlaşması və tədricən oturaq həyat tərzinə keçməsi prosesi eramızdan əvvəl IV-III əsrlərdən üzü bu yana baş vermişdir. Eramızın əvvəllərindən etibarən isə türksoyluların yarımadaya yeni axını daha da

 güclənir”.

Qeyd etdiyimiz həqiqətin üzərinə bir daha qayıtmaqla təkrar edirik ki, Bakıətrafı

kəndlər, o cümlədən Novxanı da ən azından eramızın əvvəllərindən etibarən intensiv surətdə məskunlaşma nəticəsində VI-VII əsrlərdə kənd yaşayış məntəqələrinə məxsus bütün vacib atributlara malik olmuşdur. Özü də burada türksoylular (azərbaycanlılar) həmişə əksəriyyət təşkil etmişdir.

Novxanı əhalisi maldarlıq, əkinçilik, üzümçülük, balıqçılıq, toxuculuq, daşişləmə, dülgərlik, bənnalıq, dəmirçilik və s. ilə məşğul olmuş, qonşu kəndlərlə əlaqə saxlamışdır. 








                                                                                                                                                               Davamı (bura basın)

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться