NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 16.11.2018, 20:15

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məhərrəm Bədirzadə | Регистрация | Вход

Bədirzadə Məhərrəm Əlisəttar oğlu

O, həmişə harasa tələsir. Əlində lent qalağı, üzündə narahat, narazı bir ifadə. Son ana qədər nəyisə dəyişir, düzəldir, bəzən tamaşanın tən ortasında risqə gedib, xoşuna gəlməyən aktyoru başqası ilə əvəz edir, çəkiliş meydançasında sözü, ifadəni düz deməyən ən məşhur sənətçini danlayır da... Amma heç kəs ondan incimir, küsmür, çünki rejissor Məhərrəm Bədirzadənin bu əsəbiliyinin işin xeyrinə, ən başlıcası isə müvəqqəti olduğuna inanır. Veriliş, tamaşa, bayram proqramı efirə getdimi, Məhərrəm tamam başqalaşır: uşaq kimi saf, sadəlövh olur. Təbrikləri qəbul edəndə sevinir, diqqətsizliyə köks ötürür, qanı qaralır.

1970-ci illərin sonlarından Azərbaycan Televiziyasının ən populyar verilişlərində "Quruluşçu rejissoru Məhərrəm Bədirzadədir” titri görünməyə başladı. Sənətsevərlər üçün bu ad yeni deyildi. Onu Bakıda tibb işçiləri mədəniyyət evi xalq teatrının rəhbəri kimi tanıyırdılar. İncəsənət İnstitutu tələbələrinin diplom tamaşalarında xarakter rollarda çıxış edən, professor Mehdi Məmmədovun rejissorluq kursunu bitirməsinə baxmayaraq,  Milli Dram Teatrına aktyor kimi dəvət alan Məhərrəm Bədirzadə teatr aləmində artıq tanınırdı. Mehdi Məmmədov, Tofiq Kazımov kimi qüdrətli rejissorlara bir neçə tamaşada assistentlik etsə də ("Yağışdan sonra”, "Çarəsiz dələduz”, "Canlı meyiт”), öz yolunu, öz dəsti-xəttini axtarmaqda davam etdi. Bu axtarışlar onu əvvəl radioya, sonra isə televiziyaya gətirib çıxardı. Tezliklə Məhərrəm Bədirzadə sübut etdi ki, Teleradio kimi çevik, həyatın nəbzini hər hansı başqa sənət ocağından daha tez tutan yaradıcılıq meydanı, necə deyərlər, onun boyuna biçilib. Xarakterindəki təşkilatçılıq bacarığı, sənət aləminə, aktyorların hər birinin fərdi imkanlarına bələdlik tezliklə onu tamaşaçıların sevdiyi, adını ekrandakı ən gözlənilən verilişlərin titrlərində axtardığı bir rejissora çevirdi. O, Məmməd Səid Ordubadinin "Giz

li Bakı”, Anton Pavloviç Çexovun "Yubiley”, "Elçilik”, "Ayı”,  İlf və Petrovun "Ostap Benderin sərgüzəştləri”, G.Mdivaninin "Hədəf”, Emin Mahmudovun "Dərya balığı”  və başqa əsərlərə televiziyada quruluş verməklə, "Səhər görüşləri”, "Ocaq başı” kimi  populyar verilişlərin aparıcı rejissoru olaraq da tanındı.

Məhərrəm son illərdə daha çox telekomediyalar çəkib: "Mən sənin dayınam”, "Bağdada putyovka var”, "Gəl qohum olaq”, "Gəlinlər”, "Qohumlaşma, qonşulaşma, kirvələşmə”. Amma təbiətində olan aktyor keyfiyyətini bu tamaşaların heç birində üzə çıxarmaq istəməyib. "Sonuncu şahid” kriminal serialına isə qəflətən nəvələrinin onu çağırdığı kimi Bədir rolunu şeçdi və 60 illiyinə ilk hədiyyəni özü elədi.

Adətən, bir insanın sənətinə məhəbbətini ifadə enmək istəyəndə: o, işə canıyla, qanıyla girişir. Rejissor M.Bədirzadə təkcə öz canıyla kifayətlənmir. Ailəsi, evi, xanımı, qızları, nəvələri ilə birgə işə qoşulur. Onun hazırladığı bayram verilişlərinə, tamaşalara baxış keçirən zaman bu replikaları tez-tez eşitmək olar: "Bura Aytənin evidir”, "bu epizod Könülgildə çəkilib”. (Aytən və Könül Məhərrəmin öz övladlarıdır və sənətə çox bağlı xanımlardır). "Bu uşaq səsləri Nurlanla Qurbanındır”. 

Qarabağ savaşının ən ağır illərində öz sənət dostları ilə cəbhə xəttinə gedib çıxan və hamını bir ocaq başına yığıb ürəklərə vətən, torpaq sevgisi, qələbə əzmi axıdan bu yorulmaz insan dəfələrlə ölüm təhlükəsi ilə rastlaşıb. Hər ağır, təhlükəli səfərdən sonra güman ediblər ki, növbəti səfər baş tutmayacaq. Amma Məhərrəm Bədirzadə öz fədakarlığı, işgüzarlığı ilə bu fikrin yanlış olduğunu sübut eləyib, bu dəfə bir addım da irəli atıb – ön atəş xəttinə gedib çıxıb.

Onun hər bir aktyorun nazını çəkən, şəxsi maşını ilə  gündə bir neçə dəfə müxtəlif teatrlara, məşqə tələsən, mətnə tam riayət olunmayınca aktyordan əl çəkməyən vaxtları da olur. Tez küsüb tez də barışandır Məhərrəm. Amma bütün bunların bir nəfərə - sevimli sənətkarımız Nəsibə xanım Zeynalovaya qətiyyən dəxli yoxdur. Neçə illər idi ki, M.Bədirzadə bu görkəmli səhnə ustasına sadiq bir övlad kimi xidmət eləyir, səhhətindən tutmuş yaradıcılığına kimi hər işdə yardımçı olurdu. Bəlkə də bir çoxları bilmir ki, bu gün ekranlarımızda Nəsibə xanımın gülümsər çöhrəsini, incə yumorunu gördüyümüzə görə daha çox Məhərrəm Bədirzadəyə minnətdarıq.

Son illər "Gəzdim Azərbaycanı”, "Tamam ciddi”, "Yumor, yumor” kimi kütləvi əyləncəli proqramlarda tanınan M.Bədirzadə həm dəƏhməd Orucoğlunun tamaşaçı məhəbbətini qazanan "Qaynana əməliyyatı”, "Qonşular” telekomediyalarına quruluş verib.

Məhərrəm Əlisəttar oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 

Məhərrəmin quruluş verdiyi bir çox tamaşalar Azərbaycan televiziyasının "Qızıl fondu”nda qorunub saxlanılır: Mirzə Fətəli

Axundovun "Vəziri-xani-Lənkəran”, Məmməd Səid Ordubadinin "Gizli Bakı”, Çexovun "Yubiley”, "Elçilik”, Elçin Əfəndiyevin "Mən sənin dayınam”, "Sarı gəlin”, Əkrəm Əylislinin "Bağdada putyovka var” və başqaları.

Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Azərbaycan televiziyasının tarixində birinci rejissordur ki, Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl dərviş” mükafatının laureatıdır. O, eləcə də quruluş verdiyi "Sarı gəlin” televiziya filminə görə "Qızıl qılınc” mükafatı ilə dəyərləndirilib. "Gürzə” teleserialı 2009-cu ilin ən yaxşı teleserialı adına layiq görülüb.

Məhərrəm Bədirzadə 1969-cu ildən Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir.

Mailə Muradxanlı,

əməkdar jurnalist

 

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Ноябрь 2018  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Архив записей

Подписаться