NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 07:38

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Altay Hacıyev | Регистрация | Вход

Hacıyev Altay Əmir oğlu

 

Gecə... Səmada sayrışan saysız-hesabsız ulduzlar "göz qırpır”. Ətraf sükuta qərq olub. Səhra yolunda gənc qadının yalqız fiquru seçilir. O, bəlkə də bu xəlvət yerdən bir qədər vahimələnir. Amma buna baxmayaraq, tibb çantasını möhkəmcə sinəsinə sıxıb uzaqdan güclə sezilən kəndin işığına doğru inadla irəliləyir...

Bu rəsm Azərbaycan yazıçısı Vidadi Şıxlının (Babanlının) "Gəlin” povesti kitabının üz səhifəsini bəzəyir. Rəsmin müəllifi vaxtilə Kiyev Dövlət Rəssamlıq İnstitutunun tələbəsi olmuş Altay Hacıyevdir. Bu kitab 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı günlərində sərgidə uğurla nümayiş etdirilib. Kitab ilk baxışdan sənətsevərlərin marağına səbəb olub, müəllifin yaradıcılıq nailiyyəti kimi dəyərləndirilib.

Xalq rəssamı Altay Hacıyev 1931-ci ildə Bakıda rəssamlar ailəsində dünyaya göz açıb. Atası Əmir Hacıyev, dayısı Arif Ağamalov, xalası Bədurə Əfqanlı da rəssam olublar. İndi onların sənət yolunu övladları davam etdirirlər.

O, 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. Həmin il kitabların bədii tərtibatı üzrə Respublika nəşriyyatında çalışıb. Səkkiz il sonra ali təhsilini Kiyev Dövlət Rəssamlıq institutunda başa çatdırıb. Yeddi il Azərbaycan SSR Nazirlər Soveti Mətbuat  Komitəsinin baş rəssamı olub. 1968-ci ildə səmərəli yaradıcılıq fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunub.

Altay Hacıyev qrafika, rəngkarlıqla yanaşı, monumental bədii tərtibat sahəsində də tanınmış rəssamlarımızdandır. "Doğma Azərbaycan” adlı divar rəsmləri, mis üzərində döymə lövhələr, nəfis Azərbaycan miniatürləri... Təsviri, tətbiqi və monumental sənətin sintezi olan bu əsərlər Sabunçu rayonundakı "Rövşən” restoranına təşrif buyuranlarda xoş ovqat yaradır. Təsadüfi deyil ki, bədii məziyyətlərinə görə başqa Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı, Altay Hacıyevin də bu yaradıcılıq işinin

 rəngli reproduksiyası "Monumentalnoye İskusstvo SSSR”  kitabında nəşr edilib.

"Sərginin eksponatları arasında qrafika sənətinin maraqlı nümunələri də az deyil. Bu baxımdan Azərbaycan rəssamı Altay Hacıyevin "Doğma Bakı” adlı silsiləsini də misal göstərmək olar. Müəllif qrafika sənətinin texniki icra üsullarından düzgün yararlanaraq gözəl, rəngli linoqravürlər yaratmağa nail olub.” Bu sözlər "Müasirliyin ritmi” adlı ümumittifaq sərgisi haqqında sənətşünas Mariya Klimovanın 1962-ci ildə "Sovetckaya kultura”  qəzetindəki məqaləsindən sətirlərdir.

Suraxanıdakı "Atəşgah” restoranının, Bilgəhdəki kardioloji sanatoriyanın, Bakıda "Neftçi” futbol komandası binasının monumental bədii tərtibat işləri də Altay Hacıyevin yaradıcılıq zəhmətinin bəhrəsidir.

İndi Bakıda Rusiyanın "Lukoyl” neft şirkəti inzibati binasının daxilini Azərbaycan neftinin tarixinə həsr olunmuş rəngli şüşələrdən hazırlanmış 6 vitraj bəzəyir. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti, ümummilli lider Heydər Əliyev bədii tərtibat işlərini yüksək qiymətləndirib və  əsərin müəllifi Altay Hacıyevi səmimi təbrik edib. "Lukoyl” neft şirkətinin Moskvadakı mərkəzi ofisinin konfrans zalına da Azərbay-can rəssamının yağlı boya ilə çəkdiyi 3 əsəri –  "Sibir Kaqalım”, "Xəzərdə "Luk-oyl”un birinci qurğusu”, "Lukoylun neftayırma zavo-du” tabloları yaraşıq verir.

Üzəri milli, əlvan, həndəsi nəfis naxışlarla süslənmiş mis kasa, satıl, gülabdanlar, durnaboğaz sürahilər... Xalqımızın maddi mədəniyyət yadigarları... 80-ci illərin əvvəllərində Azərbaycan, Gürcüstan və Ermənistan rəssamlarının Moskvada açılmış birgə sərgisində Altay Hacıyevin "Azərbaycanın məişət əsyaları” adlı linoqravürlərini paytaxt, eləcə də əcnəbi sənətsevərləri yüksək qiymətləndiriblər. Dünya qrafika sənətinin tanınmış bilicisi, alman professoru Lüdviq Lext Azərbaycan rəssamının əsərlərindən valeh olduğunu, Şərqdə qrafika sənətinin formalaşma özəlliklərinin böyük maraq doğurduğunu bildirib və onun üc əsərini alıb. Sonra deyib ki, bu linoqravürlər mənim şəxsi kolleksiyamı daha da zənginləşdirəcək. Elə həmin gün rəssamın bu silsilədən iki linoqravürü Moskvada Tretyakov qalereyasının  daimi ekspozisiyasına daxil edilib.

Xalq rəssamı Altay Hacıyev 1991-2002-ci illərdə bir-birinin ardınca böyük yaradıcılıq  uğurlarının sənət sevinclərini yaşayıb. Respublikada 3 dəfə fərdi sərgisinin açılışı ona fəxri adlar, şöhrət gətirib.

Azərbaycanımızın dilbər güşəsi, şeir, sənət yurdu Qarabağ Altay Hacıyevin yaradıcılığında xüsusi yer tutur. 19-cu yüzillikdə Azərbaycanda, həmçinin Qarabağda çiçəklənən intibah, tarixi hadisələr göz önündə əyaniləşirdi. O zamankı ədəbi-ictimai mühit boyaların dili ilə sanki "nəql olunur”. Rəssam Xurşidbanu Natəvan obrazına dəfələrlə üz tutsa da, özünü əsla təkrarlamır. Hər dəfə incəlik rəmzi bu xanımın zəngin daxili aləmini yeni rəng çalarları ilə açıqlamağa çalışır. Portretlərindən biri... Qarabağın yaz mənzərəsinin, gur şəlalələrin, bahar çiçəklərindən əlvan don geymiş ağacların, ürkək ceyranların görüntüləri fonunda Natəvanın obrazı kövrək, həssas duyğularından,  şairanə dünyasından, könül çırpıntılarından xəbər verir.

Ulu keçmişimiz, xalqımızın şanlı qəhrəmanlıq səhifələri, müxtəlif tarixi dövrlərin unudulmaz şəxsiyyətləri Altay Hacıyevin çox sevdiyi mövzulardır. Doğma Azərbaycana

 sonsuz məhəbbət, milli kolorit,xalqımızın  mənəvi ruhu rəssamın bütün əsərlərinə hopub.

"Xalqımızın ulduzları” adlı fərdi sərgisi sənətdə peşəkar kamillik dövrünə qədəm qoymuş rəssamın yaradıcılıq üfüqlərinin vüsətini, əhatə dairəsini aşkara çıxarır.

Ülvi, saf məhəbbəti tərənnüm edən söz mülkünün sultanı Məhəmməd Füzuli... Rəssamın dahi şairin anadan olmasının 500 illiyinə həsr olunmuş, yağlı boya ilə çəkdiyi 3 lövhəsi  "Bakılı” beynəlxalq cəmiyyətinin "Humay” mükafatı ilə qiymətləndirilib. Xalq yazıçısı Qılman İlkinin "Azərbaycan nağılları”nın motivləri əsasında yazdığı "Şah və qarışqa” hekayəsinin ən yaxşı bədii tərtibatına görə rəssam SOROS mükafatına layiq görülüb.

Altay Hacıyevin əsərləri Azərbaycanın, keçmiş Sovetlər İttifaqının muzeylərində nümayiş etdirilir, eləcə də bir sıra xarici ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.

Ömrünün müdrik çağını yaşayan sənətkar uzun illər idi ki, tarixi qəhrəmanlıq mövzusunda bir əsər yaratmaq arzusunda idi. Neçə vaxtdır ki, işə başlayıb. 20 ildən çox rus imperiyasına qarşı kiçik bir dəstə ilə mübarizə aparan Dağıstan xalqının böyük oğlu Şeyx Şamil hərəkatına həsr olunan iri həcmli, süjetli, çoxfiqurlu tablo üzərində çalışır. Rəssam emalatxanada yağlı boyalarla işlədiyi yeni əsərini göstərərək:

-Şeyx Şamil, həmçinin onun yaşadığı dövr haqqında çoxlu ədəbiyyat oxumuşam, xeyli tarixi material toplamışam. Ümid edirəm ki, axtarışlarım, çəkdiyim zəhmət nə vaxtsa bəhrə verəcək. Təki sağlıq olsun!

Hacı Arif Bahadıroğlu,"Qızıl qələm”mükafatı laureatı

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться