NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 21:35

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Mirzəbala Məmmədhüseyn oğlu | Регистрация | Вход

Manafov Mirzəbala Məmmədhüseyn oğlu

 

 Bakının tanınmışlarından olan, şəhərimizin mənəvi iqlimində özünün dəst-xəttini qoyan Mirzəbala Manafov 1914-cü ildə doğulub. Atası Dəniyar oğlu Məşədi Məmmədhüseyn 19 yaşında Novxanıdan şəhərə köçüb. Bakının sayılıb-seçilən qoçularından biri kimi ad çıxarıb. Ən böyük arzusu Mirzəbalanı oxudub savadlandırmaq, ziyalı etmək idi.

Cəsurluqda atasına oxşayan Mirzəbala 1932-ci ildə N.Nərimanov adına texnikumun mühəndislik fakultəsinə daxil olur. Lakin mühəndis olmaq ona nəsib olmur. 1933-cü ildə aci tale onu neçə ildən bəri şəhərə qan udduran həmşəri Höccətlə üzbəüz qoyur. Mirzəbalanın cavan ömrünə son qoymaq üçün Höccət odlu silaha əl atır. Lakin 19 yaşlı cavan ona qalib qəlir. Heç kəsin tanımadığı bakılı tələbənin canavar Höccəti öldürməsi böyük əkssədaya səbəb olur. O zaman Bakı milisinin yüksək rütbəlilərindən olan Dudko Bayıl qazamatına gəlir, "sən şəhərimizi böyük bəladan qurtardın!” deyib Mirzəbalanın alnından öpür...

Mirzəbala Bakıdan uzaqlarda da tanınıb, onunla hesablaşıblar. O vaxt Novxanıdan yeddi nəfər, o cümlədən rəhmətlik Meyranqulu, Kavus və Mirzəbala mal-qara almaq üçün Həştərxana gedir. Necə olursa, oraya – bizimkilərin qaldıqları yerə Rostovdan bir neçə tanınmış oğru gəlir. Bunlar yatanda oğrular pusurlar ki, görsünlər pulları hara qoydular. Fikirləri bu imiş ki, başlarını əkib, nələri varsa, aparsınlar. Bunu hiss eləyən Mirzəbala Kavusa tapşırır ki, pulları gizlətməsin, çıxarıb ortaya qoysun. Kavus başlayır ki, sən nə danışırsan, ay kişi, müamilə ilə pul almışıq, batıb gedərik. Mirzəbala deyir ki, bunlar gəliblər, ya pulumuzu aparacaqlar, ya da  canımızı alacaqlar. Əgər puldan keçmək istəmirsinizsə, onda alın bu silahları, içəri girən kimi hərəsinin alnından bir güllə vurun. Sonra o, rostovluları çağırtdırır. Onlara tanışlıq verir ki, bəs filankəsdir, filan-filan zonalarda olub, qollarını açıb "nakolkalarını” göstərir. Daha sözə ehtiyac da qalmır. Məmmədhüseyn oğlu onlara deyir ki, bu gördüyünüz puldan sizə bir qədər xərclik verə bilərik, vəssalam. Çünki burada gördüyünüz kişilərin balaları inəklərin yolunu gözləyirlər. Bu, bank pulu deyil ki, apara biləsiniz. Rostov oğruları onu anlayırlar. Məsələ bununla da bitir. Bizimkilər mal-qara alıb, sağ-salamat Bakıya çatdırırlar...

 1957-ci ildə açılmayan ölüm işi çox olub, onlardan biri də novxanılı Kamalın qətli ilə bağlı idi. Şəhərin milis rəhbərləri düzüb qoşurlar, işlərin ikisini qoyurlar Mirzəbala kişinin boynuna.

     Həmin günlər o, çox fikir çəkirmiş. Dərdini dostu Meyranqulu ilə bölüşərkən deyib ki, elədiyim işlərin üstündə cəza alsaydım, məni qətiyyən yandırmazdı. Dəhşət orasındadır ki, eləmədiyim, tamamilə bixəbər olduğum bir iş üstündə həmkəndlilərimi, qohumlarımı üzümə durğuzalar....

     İstəyirdi ki, məhkəmə aşkarlıq şəraitində keçsin. Təbii ki, onun bu arzusunu da nəzərə almadılar.

     Bütün məhkəmə boyu bircə dəfə də ağzını açmadı. Axırda son söz veriləndə isə dedi ki, Qüdrət (Kamalın atası), heç kəsin qanı yerdə qalmayıb. Allah qoysa, gec-tez sənin də oğlunu vuran tapılacaq. Onda sənin də dərdin istər-istəməz təzələnəcək, ağlayacaqsan, elə biləcəksən ki, oğlunu lap indi öldürüblər. Bax, onda unutma ki, Mirzəbala nahaq getdi. Onda məni də yadına sal, mənimçün də ağla...

     Kişinin o son sözünü bu gün hələ də xatırlayırlar.

 

"Avtoritet” qəzeti,1999-cu il

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться