NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:12

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ramiz Səfərov | Регистрация | Вход

Səfərov Ramiz Kəbutər oğlu

 

Biologiya elmləri doktoru, professor Ramiz Səfərov 1939-cu ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhərindəki  24 №-li orta məktəbi bitirib.

1962-ci ildə Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək bir müddət Respublika baytarlıq laboratoriyasında böyük baytar həkimi, 1963-1964-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Zoologiya institutunda kiçik elmi işçi vəzifələrində çalışıb.

1964–1967-ci illərdə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Poliomielit və Virus Ensefalitləri İnstitutunun aspiranturasında təhsil alıb. 1967-ci ildə Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunda (Moskva ş.) biologiya elmləri namizədlik dissertasiyasını müdafiə edib.

1966-cı ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda elmi işçi, 1969-1976-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi Baş baytarlıq idarəsinin Respublika quduzluqla mübarizə stansiyasının rəisi, 1976-1992-ci illərdə təkcə respublikamız üçün deyil, bütün Qafqaz məkanı üçün çox gərəkli olan Ümumittifaq Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun Qafqaz zona elmi–nəzarət laboratoriyasının müdiri işləyib. 1992-ci ildə laboratoriyanın bazasında Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunu yaradıb və 2001-ci ilədək ona başçılıq edib.

1993-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Baytarlıq Komitəsində sədr müavini, 2001-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

           R.Səfərov 1983-cü ildə Moskva Baytarlıq Akademiyasının Elmi Şurasında biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

           Professor R.Səfərov elmi fəaliyyətini əsasən mühüm problemin, heyvanlardan insana keçən virus etiologiyalı infeksion xəstəliklərin diaqnostikası və spesifik profilaktikası məsələlərinin həllinə həsr olunub. Onun, Ümumittifaq Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun və Ümumittifaq Biolojı Sənaye-Tədqiqat-Texnologiya İnstitutunun əməkdaşları ilə quduzluq xəstəliyinə qarşı hazırladığı vaksinlər baytarlıqda geniş tədbiq olunur.

     Görülən elmi işlərin nəticələri barədə bir çox xarici ölkədə (Kanada, Fransa, Çexoslovakiya, Yaponiya v.s.) keçirilən konqreslərdə və konfranslarda məruzə edib və işləri çap olunub.

     Professor 100-dən artıq elmi əsərin müəllifidir. Altı müəlliflik şəhadətnaməsi onun adı ilə bağlıdır. O, BMT-nin Beynəlxalq İnformatika Akademiyasının həqiqi üzvü və Beynalxalq Epizootik Bürosunun ekspertidir.

 

                                                                               İlham Əzimov,

                                                                      baytarlıq elmləri doktoru

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться