NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 08.07.2025, 13:22

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Abuzərov Əsgər Məmmədağa oğlu | Регистрация | Вход

Abuzərov Əsgər Məmmədağa oğlu

 

     Əsgər Məmmədağa oğlu Abuzərov 1964-cü il mart ayının 29-da Bakı şəhərinin Binəqədi qəsəbəsində anadan olmuşdur. Əslən Novxanı kəndindəndirlər. 1981-ci ildə M.Hüseynzadə adına Novxanı kənd orta məktəbini bitirib Novxanı üzümçülük sovxozunda fəhlə işləyib.

     1982-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətə çağırılan Əsgər Arxangelskdə qulluq edib. Həmin il ailənin qapısını qara xəbər döyür – Əsgərin böyük qardaşı, Qazaxıstanda hərbi xidmətdə olan Əfqan uçmuş binanın divarları altında qalıb həlak olur.

     1984-cü ildə hərbi xidmətini başa vuran Əsgər Novxanı kəndinə qayıdaraq uzun müddət kənd sovxozunda fəhlə işləyib.

     1993-cü ildə Abşeron batalyonunun tərkibində könüllü cəbhəyə gedən Əsgər Beyləqan istiqamətində bir sıra hərbi əməliyyatlarda iştirak edir. Həmin il dekabrın ayının 10-da döyüş zamanı ŞƏHİD olur.

     Məzarı Novxanı kənd qəbristanlığındadır.

     Ayşən adlı bir qız yadigarı var.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Июль 2025  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Архив записей

Подписаться