NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 15:45

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məmmədsəid Salayev | Регистрация | Вход

SALAYEV MƏMMƏDSƏID ƏBDÜLRƏHIM OĞLU

       Nəvəsi Məmmədsəidin toy məclisində yaxın qohumu olan ağsaqqal onun hünəri haqqında şövqlə danışdı: "Qubadan – Şamaxıdan Lənkərana – Lerikədək Məmmədsəid kişini mərd, hünərvər bir novxanılı kimi tanıyırdılar.

        Kolxozun qoyun sürüsü yaylaqda idi. Günorta üstü tanımadığı 5-6 cavan kişi ona yaxınlaşaraq amiranəliklə səslənirlər: "Bu örüş bizimdir, yığışdır, apar sürünü! Yoxsa bu dünyaya gəlməyinə peşman olarsan!”   

        Bu sözlər Məmmədsəidi cin atına mindirsə də, əsəblərini cilovlayıb onlara bildirir: "Qardaşlar, artıq-əskik danışıq nəyə lazım, bu yerləri  bizim kolxoz üçün ayırıblar. Örüşünüz sizə azlıq edirsə, bizə qonaq ola bilərsiniz”.

        Höcət kişilər elə düşünürlər ki, Məmmədsəid onlardan qorxur. Odur ki, məqsədlərinə çatmaq üçün ona hücum edirlər. Cəsur novxanılı toppuzlu çomağını işə salır, bir göz qırpımında bədxahların üçünü şil-küt edir. O biriləri qaçıb aradan çıxırlar.

        Eşitdiyimə görə,  sonrakı  uzun illər ərzində həmin əraziyə heç bir dələduz yaxınlaşa bilmir. Məmmədsəidin adı eşidiləndə özündən müştəbehlər təlaş keçirirlərmiş.

        1891-ci ildə Bakının Novxanı kəndində Əbdülrəhim kişinin ailəsində doğulan Məmmədsəid böyüyüb boya-başa çatdıqca şöhrətlənir, Novxanını yaşadanlardan birinə çevrilirdi. Ömrü boyu doğma kəndində yaşayan bu hünərvər kişi XX əsrdə Novxanını yaşadan bir neçə novxanılılardan biri idi.

        Kolxozun qoyunçuluq fermasının müdiri olub. Təsərrüfatın inkişaf etdirilməsi üçün çox iş görüb.

        Onunla yaxından təmasda olmasam da (atamın xalası oğlu idi), qohumluğumuzdan şərəf duyurdum. Məmmədsəid kişi nüfuzlu şəxsiyyət kimi tanınanda mən hələ yeniyetmə idim. Və o vaxtlar  ağsaqqal məclislərində uşaq və yeniyetmələrin iştirakı qəbahət sayılırdı. Odur ki, böyük xalaoğlunun xeyirxahlığı, ürəkaçan əməlləri haqqında qardaşlarımdan öyrənirdim.

        Düşmənçilik edən tərəflərin barışdırılmasında Məmmədsəid kişi xüsusulə fərqlənib. MTS-də işləyən Əlikişi Qulaməli oğlu traktoru ilə ehtiyatsızlıq edərək bir uşağı vurub tələf etmişdi. Qan düşmənçiliyi yarana bilərdi. Bundan xəbər tutan Məmmədsəid ağsaqqal dərhal Maştağaya, uşağın atasının yanına gedir, üzrxahlıq edir. Onu hörmətlə qarşılayan maştağalılar razılıq edərək deyirlər: "Zəhmət çəkib gəlibsiniz, xəbər göndərsəydiniz bəs edərdi”.

        Belə hallar dəfələrlə olub. Məmmədsəid kişi Qubaya, Qusara, Dəvəçiyə, Siyəzənə və başqa yerlərə ağsaqqal kimi gedərək təhlükəni sovuşdurub.

        Kənd toyları onun məsləhəti və iştirakı ilə keçib. Bir çox cavanın elçiliyinə gedib, yetim qızları ərə verib, əlsiz-ayaqsıza əl tutub.

        1963-cü ildə eşitdim ki, bərk xəstədir. Rəhmətlik qardaşım Əlikövsərlə birlikdə ona baş çəkməyə getdik. Hiss olunurdu ki, ömrünün axırına lap az qalıb. Lakin o, ağsaqqallıq təravətini saxlamışdı. Canı bərk ağrısa da, xala nəvələrini gülərüzlə qarşıladı, cavanlıq çağlarındakı bəzi əhvalatlardan danışdı, mənim sənətimlə fəxr etdiyini söylədi və vəsiyyəti belə oldu: "Atanız kimi mərd olun, kimsəsizlərə əl tutun. Müdriklər belə deyiblər: "Balığı tutdun, at dəryaya, balıq bilməsə də, Xaliq bilər”.  

                               Əliabbas Əlimədətoğlu, əməkdar jurnalist

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться