NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 18:44

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Taliə Paşayeva | Регистрация | Вход

Paşayeva Taliə Həşim qızı

 

1954-cü ildə Novxanı kəndində ziyalı ailəsində anadan olub. Sovet İttifaqı qəhrəmanı M. Hüseynzadə adına orta məktəbdə təhsil alıb. Anası - uzun illər burada müəllim, direktor  işləmiş Ağabacı Paşayeva bütün günü məktəbdə olduğundan qızı demək olar ki, həmin təhsil ocağında böyüyüb. Onu dünyaya gətirən xanım

ədəbiyyat müəllimi olduğundan yəqin ki, ədəbiyyatçı olmağı elə uşaqlıqdan istəyib, yuxuda da elə özünü ədəbiyyat müəllimi kimi görüb.

     Taliə xanım həmin illərin bəzi məqamlarını belə xatırlayır: "X sinfi bitirəndə inşa  mövzusu gəlmişdi: "C. Cabbarlının "Almaz” əsərində Almaz surəti”. Mən o inşanı yazarkən özümü Almaz sandım, müəllim sənətinin böyüklüyünü hiss etdim. X sinfi bitirib ADU-nın filologiya fakultəsinə qəbul edildim. Oxuduğum illər sanki bir əfsanə idi. Hər gün qapıda yazıçı Qulu Xəlilovun sərt baxışları ilə qarşılaşırdıq. Tələbələrin davranışına nəzarət edər, hərdən hirslənib onları evə göndərərdi. Kimlərdən dərs almamışam? Azərbaycanın bulud kimi qaynayan, dəniz kimi coşan, universiteti öz səsləri, duruşları ilə vəlvələyə salan Mir Cəlaldan, Xalid Əlimirzəyevdən, Aslan Aslanovdan, Əlyar Səfərlidən, Fərhad Zeynalovdan, Gülhüseyn Hüseynoğludan və nəhayət, diplom rəhbərim Bəxtiyar Vahabzadədən!

     1979-cu ildə universiteti bitirib vaxtilə təhsil aldığım kənd məktəbində dil-ədəbiyyat müəllimi işləməyə başladım...

     Bir gün rayon mərkəzi Xırdalan şəhərində yazıçı Bayram Bayramovun yubileyi keçirilirdi. Tədbirdə mən də çıxış etdim. Yubileydə iştirak edən Abşeron Rayon Partiya Komitəsinin birinci katibi Qəşəm Aslanov səhəri gün məni yanına çağırtdırıb dedi:

  - Səni məktəbinizə direktor qoyacağam, amma elə işlə ki, deməsinlər: "Qəşəm müəllim o boyda məktəbi balaca bir qıza tapşırıb.”

     Həmin "balaca qız” 26 ildir ki, məktəbə rəhbərlik edir. Bu illər ərzində 400-dən çox məzun ali məktəblərə, kollec və liseylərə qəbul olunub. Onların arasından həkimlər, mühəndislər, idmançılar, qövlət qulluqçuları yetişib. 10-dan çox şagird Naxçıvanski adına hərbi məktəbdə oxuyub, 5 məzun MTN-nin H.Əliyev adına akademiyasında təhsil alır. Ölkəmizdən kənarda oxuyan məzunlar da az deyil. Taliə xanımın sabiq şagirdlərindən 30-u indi məktəbdə onunla çiyin-çiyinə müəllimlik edir.

     Qarabağın adını kitablarda oxuyub onu yalnız xəritələrdə görən məzunlardan beşi Qarabağ uğrunda döyüşlərdə həlak olub.

     T.Paşayevanın dediklərindən: "Bu gün hər bir məktəbin səviyyəsi məzunlarının ali məktəblərə girməsi ilə ölçülsə də, bir məktəb rəhbəri kimi qeyd etmək istəyirəm ki, qurduğum, yaratdığım məktəbdə vətənə layiq, millətimizə layiq əsl oğul və qızlar böyüdürük. Oğullarımızda mərdlik, cəsarət, Məmmədəmin Rəsulzadə, Mehdi Hüseynzadə qeyrəti, qızlarımızda abır-ismət duyğuları tərbiyə edirik.

     Gələcəyimiz məktəbdən başlanır. Ona görə də bu gələcək üçün əsl insanlar yetişdirmək vacibdir. Budur mənim qayəm!”.

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться