NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 08:28

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Hatəm Musa oğlu | Регистрация | Вход

Mirzəyev Hatəm Musa oğlu


 4 il bundan əvvəl bir qrup ziyalı ılə müqəddəs Quranı öyrənmək üçün dərnək yaratmışdıq. Dinlə bağlı bir çox sualımız əmələ gəlmişdi. Ramazan ayı idi. Qədr gecəsi "Hacı Soltanəli” məscidinə yollandıq. Orada Hacı Hatəmlə tanış olduq. Suallarımıza ətraflı və dəqiq cavab aldıq. Hacının iş otağından çıxandan sonra təəccüblə özümə pıcıldadım: "Belə adi suallara cavab tapa bilmirdik? Bu məsələlərlə bağlı bəzən yüksək tonla saatlarla mübahisə etmişik? Cavablar nə qədər asandır!”. Sonra anladım ki, cavablar asan deyildi. Hacı Hatəm onları elə ustalıqla, elə sadə dillə izah edib ki, məndə elə təəssürat yaranıb. Sən demə, dostlarım da həmin qənaətə qəliblər. Bu məqamda Məhəmməd Peyğəmbərin (s) bir hədisi də yadıma düşdü: "Hər bir şəxslə öz əqlı ılə danış!”. Sonralar da Hacı ilə görüşmüşük. Onun haqqınd

a ilk tanışlıqda oyanan fikir daha da gücləndi. Başa düşdüm ki, onun iş otağı niyə hər zaman adamla dolu olur. Saytı açdıqdan sonra novxanılılar haqqında məlumat verən, məsləhətlərini əsirgəməyən birincilərdən elə Hacı oldu.

Hatəm Musa oğlu 1957-ci il iyulun 9-da Bakıda dünyaya gəlib. 31 saylı orta məktəbi,  Kiyev mühəndislər institutunu bitirib. Əmək fəaliyyətinə 1 saylı taksi maşınları parkında dəmirçı-qaynaqçı vəzifəsində başlayib.

Onda Allaha sevgi lap körpəlikdən oyanıb. Özünü tanıyandan bəri hər zaman Yaradana ibadət edib. Quranla ilk tanışlığı nənələri və anası vasitəsilə baş verib. Asudə vaxtlarını həmişə məsciddə keçirib. Tanınmış ruhanilər Mircəfər ağadan, Molla Rzadan, Axund Əlbəndədən din dərslərini alıb. Çalışırdı ki Molla Axund Əlıağa Süleymanzadənin mouzələrini buraxmasın. Bu gəncin Böyük Allaha məhəbbəti, şəriət qanunlarına riayət etməsi, dini bilikləri dindarların nəzərindən yayılmır. O, "Əjdərbəy” məscidi icmasının şura üzvü seçilir. 1988-ci ildə həmin məsciddə təftiş komissiyasının sədri olur. Həmin vaxtdan avtoparkda işini tərk edir, məsciddə əmək fəaliyyətini davam etdirir.

2007-ci ildə o, Qafqaz Müsəlmanları İdarəsi rəisinin sərəncamı ilə "Hacı Soltanəli” məscidinə mütavalid təyin edilir, 2009-cu ildə orada icma şurasının sədri seçilir.

2010-cu ildən Hacı Hatəm "Təzə Pir” məscidinin rəisidir.

Bu nuranı, gülərüz, qonaqpərvər, mehriban insan dindarlar arasında böyük hörmətə malikdir.


Vaqif Ağayev 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться