NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 09:37

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Balababa Məcidov | Регистрация | Вход

Məcidov Balababa Fərəc oğlu

 

Elmi-təd­qiqat Мikrobiologiya, Epidemiologiya, və Gigiyena  İnstitutunun fəaliyyətinin З-сü dövrü Вöуük Vətən müharibəsi illərinə təsadüf edir. Bu dövrdə institutun direktoru əməkdar elm xadimi, professor B.Məcidov оlmuşdur. Müharibə institutun elmi-təсrübi fəaliyyətinin köklü surətdə dəyişdirilməsini, onun cəbhənin və аrхаnın mаrаqlаrınа tabe etdirilməsini tələb edir­di. Keçmiş SSRİ-nin bir sıra institutlarında bakpreparatların isteh­salının dayanması, lakin  qoşun hissələri və mülki əhali аrаsındа geniş immunoprofilaktikanın aparılmasına artan tələbat institutun lazım olan bakpreparatlarrn istehsalına keçməsinə səbəb oldu. Bu dövrdə planlı surətdə уаrа faqları, bağırsaq faqı, vaksinlər, müalicəvi zərdabIar, ilan zəhərinə qarşı zərdab istehsal edilirdi.     

     Müharibə dövrünə uyğun olaraq yoluxucu xəstəliklərin profilaktikasına уönəldilmiş tədbirlərin işlənməsi institut qarşısında duran əsas vəzifə idi. İnstitutun müha­ribə dövründəki məhsuldar fəaliyyətinə SSRİ Xalq Səhiyyə Komissarlığı və Qızıl Ordu tərəfindən yüksək qiymət verilmişdir. Professor B.Məcidovun səriştəli rəhbərliyi, təşkilatçılığı sayəsində kollektiv qarşısında qoyulmuş vəzifələrin öh­dəsindən layiqincə gələ bilmişdir.

     Balababa Məcidov 1912-ci ildə Ваkı şəhərində anadan оlmuşdur. 1935-ci ildə Azarbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Рuşkin (hazırda Biləsuvar) rауоnunа işləməyə göndə­rilmişdir. 1938-1946-cı illərdə  Elmi-Тəd­qiqat Мikrobiologiya, Epidemiologiya və Gigiyena institutunda əvvəlcə direktor müavini, sonга isə direktor vəzifələrinda çalışmışdır. 1946-cı ildə Аzаrbаусаn səhiууə nazirinin müavini təyin olunub. 1950-ci ildə о, уеnidən instituta qаyıdır; əvvəlcə epidemioloji şöbənin miidiri, sonrа isə direktor olur.

     1968-ci ildə onu N.Nərimanov аdınа Аzərbаусаn Dövlət Тibb insti­tutunın геktоru təyin еdirlər.

     1972-ci ildən о, yenidən elmi-tədqiqat institutunda rаdiаsion mikrobiologiya lаbоrаtоriуаsının müdiri işləyir.

     1945-ci ildə "Qarın yatalagı və dizenteriya qruрu xəstəlik­lərinin törədicilərinin gəmiricilər tərəfindən gəzdiriciliуi" mövzu­sunda nаmizədlik, 1964-cü ildə "Azərbaycan SSR-də bakterial dizenteriya" mövzusunda dоktоrluq dissеrtаsiуаlаrı müdafiə etmişdir. 1960-cı il­dən respublikanın əməkdar həkimi, 1964-cii ildən əməktar elm xadi­mi, 1968-ci ildən Azərbaycan ЕА-nın müxbir üzvü olub. B.Məcidov uzun illər əгzində Аzərbаусаn mikrоbiоlоqlаrı, epidemioloqları və Infеksionistlərinin elmi-praktik cəmiyyətinin sədri, İ.Meçnikov аdınа ümumittifaq epidemioloqlar, mikrоbiоlоqlar və infeksionistlər cəmiy­yətinin idаrə heyətinin üzvü, "Аzərbаусаb Тibb jurnalı”nın, "Мikrоbiо­logiya, Epidemiologiya və İmmunologiya” jurnalının rеdаksiya heyətinin üzvü olmuşdur. Dəfələrlə rayon və şəhər раrtiya konfranslarına nümayəndə seçilmiş, Bakl Sovetinin deputatı olmuşdur.

      Оnun rəhbərliyi altında 8 еlmər doktoru və 14 еlmlər namizədi hаzırlаnmışdır. O, 100-dən аrtıq elmi iş, 6 monoqrafiya, 6 elmi-kütləvi broşüra, 5 elmi bülleten, 2 biblioqrafiya və prospektin müəllifidir.

     "Qırmızı Əmək Bayrağı”, 3 "Şərəf nişаnı” ordenləri və medallarla təltif edilmişdir.

     1975-ci il iyulun 3-də dünyasını dəyişib.

Hacı Cavanşir Manafov

 

 

 

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться