NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 11:09

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Azər Novruzov | Регистрация | Вход

Novruzov Azər Hatəm oğlu

Özünü tanımasam da, haqqında çox eşitmişdim: Allah tanıyan, səxavətli, xeyirxah insandır, çox adama əl tutub, ona müraciət edənləri peşman qaytarmayıb. Neçə il əvvəlin əhvalatıdır. Azər xəstəxanaya, orada müalicə olunan qardaşı Akifə baş çəkməyə getmişdi. Palatadakı cavan xəstənin yanında oturmuş yaşlı qadın gözlənilmədən hönkürdü, digər qadınlar da ona qoşulub ağlamağa başladılar. Məlum oldu ki, xəstə müalicə üçün xarici ölkəyə aparılmasa, sağalmasına ümid yoxdur...

Bu müdhiş mənzərəni ürək ağrısı ilə seyr edən Azər kişinin də gözləri yaşardı. Ertəsi gün o, cavanın atasını öz şirkətinə çağırdı, xəstənin müalicə xərclərini boynuna götürdüyünü bildirdi. Tezliklə oğlan qonşu ölkənin müalicəxanasında şəfa tapıb Bakıya qayıtdı. Deyirlər, yaxşılıq heç vaxt itmir. Novruzovlar ailəsinə isinişən həmin gənc bir müddətdən sonra Azərin qohumu oldu, Akifin qızı ilə ailə həyatı qurdu.

Nəhayət, Hacı Azərlə tanış oldum. 1946-cı ildə Novxanıda dünyaya göz açan bu müsəlman şəhərdə böyüyüb boya-başa çatıb. 176 saylı orta məktəbi bitirdikdən sonra əsgərlikdə olub. Hərbi xidməti başa vuraraq bir müddət Bakı Eksperimental Kolbasa Konservi zavodunda işləyib. Sonralar xırda bizneslə məşğul olub.

Hələ cavan yaşlarında namaz qılan Azər Hatəm oğlu 1994-cü ildə Məkkə, Kərbəla və Məşhəd ziyarətgahlarında olub. Həcc ziyarətindən bir ay sonra, aşura günü kənd məscidinin həyətində rəhmətlik Hacı Dəyanətlə görüşür. Söhbət zamanı dindarlar üçün nə isə bir iş görmək arzusunda olduğunu bildirir. Hacı Dəyanət məscidin həyətindəki köhnə, uçulmuş tikilini göstərərək deyir:

- Vaxtilə burada minarə vardı, yaxşı olar ki, onun yerində təzəsi ucaldılsın.

Hacı Azər də söz verir ki, gələn il aşurada burada minarə olacaq. Hacı Dəyanət də elan edir ki, gələn il təzə minarədən azan səsi eşidəcəklər.

O, sözünə əməl edir. 1995-ci ildə Hacı Azərin minarəsindən Hacı Əliövsət ilk azanı verir.

Bəli, Hacı Azər də Novxanını yaşadanlardandır.

Əliabbas Əlimədətoğlu

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться