NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 11:40

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Səfəralı məscidi | Регистрация | Вход

Hacı Səfəralı məscidi

 

     "Səfəralı” məscidi 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilib. Onun ilkin inşası həcmcə kiçik bir təkyədən ibarət idi. 1882-ci ildə isə həmin tikilinin yanında daha bir təkyə inşa olunur. Buraya eyvan və namaz zalı əlavə edilir, təkyənin şimal divarından dama qalxmaq üçün daş pilləkən də tikilir.

 Əsrin əvvəlində (1904) Novxanı kəndinin sakini Hacı Səfəralı dövlətlənir və qərara gəlir ki, məscidi yenisi ilə əvəz etsin. O, təkyələrə bitişik yeni bir ibadət zalı inşa etdirir. Məscidin qərb tərəfində sahənin uzunluğu boyunca birmərtəbəli mədrəsə də tikdirir. Sonra bütün ərazi hündür divarla əhatə olunur və həyətə daxil olmaq üçün darvaza qoyulur.

Məscid ərazisinin şimal tərəfi memarlıq şərtlərinə cavab verməyən kənd meydançasına çıxır, qərb tərəfi dar küçəyə baxır, cənub tərəfi qonşu sahə ilə həmsərhəddir və şərq tərəfi isə yeni tikililərə açılırdı. Məscidin tikiliş uslubu yeni tikililərə qətiyyən mane olmur, hətta memarlıq baxımından kənd evləri ilə bir vəhdət təşkil edirdi. Qeyd etmək olar ki, ilk və sonralar tikilmiş məscid arasında memarlıq fərqi çox azdır.

     Digər məscidlərdən fərqli olaraq namaz zalının planlaşdırılmasında sütunların yerləşdirilməsi bərabər şəkildə həll olunub. Bu da namaz zalının geniş görünməsi üçündür.

     Pəncərələrin ətrafındaki qabarıq çərçivələr namaz zalının divarlarına xüsusi yumşaqlıq verir. Gümbəzin aşağı hissəsini nəzərə almasaq, zalın mərkəzinin ətrafı kəsişən tağlarla əhatə olunub. Sütunların dörd tərəfi kəsişən tağlardan ibarətdir.

Hacı Səfəralı vəfat etdikdən sonra məscidin həyətində dəfn olunub.  Sonralar onun qəbri vəsiyyəti əsasında Kərbəla şəhərinə köçürülüb. 1987-88-illərdə aparılan bərpa işləri zamanı Hacının və gəlininin baş daşları məscidin həyətində tapılıb. Hacı novxanılılar üçün möhtəşəm bir abidə ucaldıb, neçə nəsil onun xeyriyyəçi əməlindən bəhrələnir. Hər Cumə namazında Hacının adı yada salınır, Böyük Allahdan ona rəhmət dilənir, salavat çevrilir.     

XX əsrin 30-cu illərində sovet hakimiyyəti məscidi bağlayır. Allahın evi anbara çevrilir. Novxanılılar repressiyalara baxmayaraq məscidi tam məhf edilməsinə imkan vermədilər. Bağlanan məscidin taxıl anbarına çevirilməsi təklifi də bu məqsədi güdürdü. 30 ildən artıq anbar müdiri işləmiş Ağa Həşim oğlu məsciddə saxlanılan Quran kitablarının yandırmağa imkan verməyib, gecələr onları divarların içinə yerləşdirib, üstünü malalayıb (təmir vaxtı həmin kitablar tapılıb). Bolşevik Atakişi məscid daşlarınından yeni məktəbin inşasında istifadə e əmrinin müqabilində yiyəsiz qalmış bağ evlərinin daşlarından istifadə etmək təklifini irəli sürür və əmr verən onunla razılaşır.  

80-ci illərin ortalarında "Yenidənqurma” şuarı ilə SSRİ-də yeni siyasi proseslərə təkan verilir. Bu proseslər hökümətin dinə münasibətinə də yeni yanaşma tələb edirdi. Ölkədə kilsələr, məscidlər dindarlara qaytarılır, bərpa edilirdi. Amma bu işlər asan başa gəlmirdi. 70 il Sovet tərbiyəsi almış məmurlar öz mövqelərini asanlıqla təhvil vermək istəmirdilər. Kənddə məscidin açılmasına icazəni Moskva verməliydi.

Bu icazə üçün hökümətə ilk müraciət edənlərdən biri də Novxanı kəndinin əhalisi oldu. 1987-ci ildə dindarlar icma yaradıb müvafiq instansiyalara müraciət göndərək yararsız hala düşmüş məcidin bərpasına başladılar. Bu işlərin başında Hacı Məmmədəli Manafov dayanmışdı. Azərbaycan üzrə Moskvadan məscidin yenidən açılışına icazə alınan ilk 2 məsciddən biri Səfəralı məscidi oldu. İcazə gələn vaxta qədər məscidin bərpa işləri əsasən başa çatmışdı. 1988-ci ildə Hacı Əliövsət Əlimədət oğlu verdiyi azanla 60 illik fasilədən sonra dindarları bərpa olunmuş məscidə namaza dəvət etdi.

Məsciddə aparılan bərpa işləri yeni mühəndis ixtirarları tətbiq etməyi tələb edirdi. Divarlar aralanmış, dam örtüyü yararsız halda idi. Adi üsulla onları bərpa etmək mümkün deyildi. Respublikanın tarixi abidələrinə nəzarət edən təşkilatlar təmir-bərpa işlərinə ciddi nəzarət edirdilər. Məscidin, mədrəsənin 1908-ci ildəki görüntüsü tam şəkildə saxlanılıb. Divarlardan qopmuş qədim daşlar öz yerinə qaytarılıb.

1994-ci ildə Hacı Azər Novruzovun vəsaiti hesabına məscidin cənub tərəfində minarə tikildi. Mürəkkəb obyektin inşaasına Hacı Azər Türkiyədən mütəxəssislər cəlb edib. Minarənin arxitekturası mövcud məscidə uyğunlaşdırıldı.  

17 ildən sonra, 2005-ci ildə Hacı Vəli Nağıyevin rəhbərliyi ilə məsçiddə yenidən tikinti-bərpa işləri başlanır. 1865-ci və 1882-ci illərdə inşa edilmiş iki kiçik otaq yeni tikilmiş zalın divarları ilə əhatə olunur. Yeni zaldaki günbəz əvvəlkinə uyğun, məscidin proporsiyalarını saxlamaq şərti ilə inşa olunub. İkinci minarə məscid kompleksini möhtəşəm edib. Məscidin, mədrəsənin divarlarına Abşeronun memarlıq ənənələrinə uyğun daş örtükləri ilə üzlük çəkilib. Məscidin ərazisi abadlaşdırılıb, dindarlara lazım olan bütün texniki məsələlər yüksək səviyyədə həll olunub. 2007-ci ildə yenidənqurma işləri başa çatdırılıb. Bu gün Səfəralı məscid kompleksi memarlıq baxımından Apşeronda ən yaraşıqlı dini ocaqlardan biridir.            

    

Nəriman Qəhrəmanlı,

Vaqif Ağayev,

Akademik Şamil Fətullayev-Fiqarovun

"Abşeronun   memarlığı” (Bakı-2003-cü il)

kitabının materialları əsasında.

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться