NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 01:37

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Dəyanət Manafov | Регистрация | Вход

Manafov Dəyanət Həşim oğlu

     Keçən əsrin ikinci yarısında təkcə Novxanıda deyil, bütövlükdə Bakıda, Abşeronun kəndlərində, eləcə də Sumqayıtda sayılıb-seçilən novxanılılardan söz düşəndə Dəyanət Həşim oğlunun adını birincilər sırasında çəkiblər. Bu adlı-sanlı novxanılı hansı keyfiyyətlərinə görə belə hörmət qazanmışdı? Əlbəttə, ilk növbədə elin-obanın işinə yaramaqla, yetimlərə, imkansızlara arxa durmaqla, haqqın-ədalətin tərəfini saxlamaqla, eləcə də səxavəti ilə.

     O, Rübabə nənəmin qardaşıdır. 1937-ci ildə babam repressiyaya məruz qalıb. Nənəmi beş uşaqla yaşadığı evdən çıxarıblar. 17 yaşlı Dəyanət bacısının köçünü at arabasına yığaraq ata mülkünə gətirib. O vaxt Həşim kişinin mülkü də şura hökumətinin sərəncamına keçirilmişdi. Nənəmin ailəsini əvvəllər tövlə olmuş otaqda yerləşdiriblər. Hökumət məmurları onları buradan da çıxarmaq istəyiblər. Lakin Dəyanət hər dəfə işə qarışıb, təhlükəni sovuşdurub.

      Yardım üçün ona müraciət edənlərin hamısını razı salırdı. Sumqayıtda təşkil etdiyi toxuculuq fabriki yüzlərlə ailə üçün, necə deyərlər, çörək ağacı olub. Oradakı işçilərin bir çoxu novxanılı idi. Həmin işçilərin  ailə üzvləri bu gün də Dəyanət kişini hörmətlə yad edirlər. Oğlu Əliheydərin dediklərindən:  "Kasıb bir qadın atama müraciət edərək süpürgəçi vəzifəsinə götürülməsini istəmişdi. Ərizəsini qol çəkmək üçün direktora verdikdə o soruşdu:

   - Bundan mənə bir şey çatacaq?

Atam qeyzləndi və səsini qaldırdı:

   - Sən kişisən, sən insansan?! Biz istəyirik ki, bir kasıba əl tutaq, həm də oturub-durduğumuz otaqlar təmiz olsun! Sən isə...

     Direktor daha bir söz deməyə cəsarət eləmədi, qadının ərizəsinə imza atdı. Atamı heç kəs adı ilə çağırmırdı, hamı onu "Kişi” deyə hallandırırdı”


     Azərbaycan Respublikasının əməkdar jurnalisti Əliabbas Əlimədətoğlu onu belə xatırlayır: "Şəxsən tanış deyildim, lakin haqqında qardaşlarımdan çox eşitmişdim. O vaxt "Bakı” axşam qəzetinin partiya-siyasi iş şöbəsinin müdiri idim. Xalq nəzarəti orqanlarının fəaliyyətini də mənim şöbəm qəzetdə işıqlandırırdı. Bir gün nahardan sonra kabinetimin qapısı döyüldü, Dəyanət kişi içəri girərək salam verdi və dedi:

   - Deyirlər ki, Əlikövsərin qardaşı burada işləyir...

Ona yaxınlaşıb əlimi uzatdım:

   - Xoş gəlibsiniz, Dəyanət qardaş, mənə görə qulluq!

 O, əlimi sıxaraq sözünə davam etdi:

   - Fikirləşirdim ki, birdən məni tanımazsan, Novxanıya gedib Əlikövsərdən xahiş eləmək istəyirdim...

Sözünü davam etdiyməyə qoymadım:

   - Ağzım nədir ki, səni tanımayım! Sən kəndimizin fəxri-fəxarətisən!

     Xalq nəzarəti komitəsinin xətti ilə keçirilən yoxlamada bir tərəvəz dükanının satıcısı da ilişmişdi, özü də müdirin təqsiri üzündən. Bu adamın bir çətən külfəti vardı. O vaxt qəzetdə tənqidi yazı getsəydi, onun işi şuluq olardı. Lakin bəxti gətirmişdi ki, Dəyanət kişini tanıyırdı. Mən şöhrətli eloğlumun sözünü yerə sala bilməzdim”.

     O, 1920-ci ildə Bakıda doğulub. Gənc yaşlarında valideynlərini itirib. Özündən kiçik iki qardaşını və iki bacısını dolandırıb. 1941-ci ildə müharibəyə aparılıb, vuruşub, yaralanıb, əlil olub. 1994-cü ildə həcc ziyarətində olub.

     Geniş dünyagörüşlü insan idi. Həyat ona təhsil almağa imkan verməmişdi. Lakin həmişə elm, incəsənət adamları ilə oturub-durardı. Akademiklər Kamil Əliyev, Vasim Məmmədəliyev, xalq rəssamı Tahir Salahov, xalq artisti Tələt Qasımov və bir sıra başqaları tez-tez ona baş çəkərdilər, söhbətləşərdilər.

Vaqif Ağayev

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться