NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 21:55

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Yavər Süleymanov | Регистрация | Вход

Süleymanov Yavər Salman oğlu

     1921-ci ildə Novxanı kəndində doğulmuşdur. Atası Salman Süleyman oğlu (Şeyxülislam Əliağa Süleymanzadənin böyük qardaşı) dinə bağlı, dövrünün maarifpərvər simalarından idi. Orta təhsilini kənd məktəbində bitirən gənc həkim olmağı qarşısına məqsəd qoyur və tərəddüd etmədən  Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Təhsilinin son illəri faşist Almaniyasının ölkəmizə təcavüzü dövrünə təsadüf edir.

    1941-ci ilin avqust ayında cəbhəyə yola düşən Yavər az vaxtda  qorxmazlığı, səmimiliyi və rus dilini gözəl bilməsi ilə döyüş yoldaşlarının  rəğbətini qazanır. Qısa zaman içərisində  ona leytenanat rütbəsi verilir. Həkim-döyüşçü Y.Süleymanov haqqında cəbhə komandanı, marşal G.Jukova da xəbər çatır. Komandan ona "Yakov Semyonıç” deyə müraciət edir. Yavər dəfələrlə marşalı cəbhə xəttinə səfərlərdə müşayiət edib. 87 yaşlı bacısı Gülsümxanımın dediklərindən: "Bir dəfə düşmən gülləsi maşının qapısını dəlib marşalı yüngülcə yaralayır. Sürücü maşını saxlayır və Yavər komandanın yarasını sarımaqla məşğul olur. Bu zaman yenidən atəş səsləri eşidilir, özünü itirən sürücü avtomobili işə salır və bir ayağı maşında olan həkim yıxılır, qabırğası əzilir, onu təcili tibb məntəqəsinə çatdırırlar.”

     Odlu-alovlu illərdə Y.Süleymanov həkimlik vəzifəsinin öhdəsindən ləyıqincə gəlmiş, döyüş meydanında yaralan yüzlərlə əsgəri həyata qaytarmışdır. Xidmətləri komandanlıq tərəfindən qeyd olunmuş, o, orden və medallara layiq görülmüşdür. Qafqazdan Berlinədək döyüş yolu keçmiş cəsur həmyerlimiz 1946-cı ildə mayor rütbəsində ordudan tərhis edimişdir.

   Vətənə qayıtdıqdan sonra, o, 1 saylı Dəmiryol xəstəxanasında həkim-terapevt işləyib, çox keçməmiş baş həkimin müavini olub. Daha sonra isə  poliklinikanın baş həkimi vəzifəsini (ömrünün sonunadək) icra edib. Həmin vəzifələrdə çalışarkən Yavər doktor xəstələrin hörmətini qazanıb, eləcə də həmişə müraciət edən novxanılıların müalıcəsində, sağlamlığının qorunması sahəsində gərgin əmək sərf edib.

    O, 67 yaşında vəfat edib.                                                                                

                                                    Nəcibə Əhmədova

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться