NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 09:20

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Ramiz Məlik | Регистрация | Вход

Ramiz Məlik

      1990-cı ilin 20 yanvar gecəsi baş verən müdhiş qanlı faciə hamımızı şok vəziyyətinə salmışdı. Azərbaycan Dövlət Akademik Milli  Dram teatrının kollektivi dərhal yığıncaq çağırıb Kommunist Partiyası sıralarından çıxmaq haqqında qərara gəldi. O zamankı Sovetlər İttifaqının prezidenti, mənfur Mixail Qorbaçovun insanlığa sığmayan cinayətkar siyasətini, Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri ittiham edən müraciət hazırlandı. Bu yığıncağın təşkilatçılarından biri də Azərbaycan Respublikasının xalq artisti Ramiz Məlik idi.

      O günləri Ramiz müəllim belə yada salır: ”Hazirladığımız müraciəti dünyaya çatdırmaq lazım idi. O zaman bunun yeganə yolu Amerikanın "Azadlıq” radiosu idi. Radiostansiyanın nə ünvanını, nə də telefonunu bilirdim. Bakı beynəlxalq telefon qovşağına zəng vurdum. Tanımadığım telefonçu qızdan Mirzə Xəzərlə məni calaşdırmağı xahiş etdim. Heç 2 dəqiqə keçmədən (o şəraitdə telefonçu qızın bu addımı cəsarət tələb edirdi) "Azadlıq” radiosunun baş redaktoru, məşhur jurnalist Mirzə Xəzər okeanın o tayından mənim zəngimə cavab verdi. Başımıza gətirilənlərlə dünya ictimaiyyətini məlumatlandırmaq,  kəskin etirazımızı çatdırmaq istədiyimizi bildirdim. Mirzə Xəzər:

 -  Müraciətinizin mətnini hazırlayıb mənə diqtə edin, - dedi.

Bidirdim ki, mətn hazırdır. Dərhal diktafonu açıb mətni qəbul etdi. Sonra da söylədi ki, rusca da mətn olsaydı, yaxşı olardı. Dedim ki, rusca da var. O, sevincək bu mətni də diktafona yazdı. Həmin gün axşam saat 7 radələrindən başlayaraq müraciətimizin mətni bir həftə efirdə səsləndirildi.”

      Ağlasığmaz müsibətimizə ilk şərik çıxan, dəstək olan qardaş Türkiyə oldu, Azərbaycan xalqı ilə həmrəy olduğunu bir daha bütün dünyaya bəyan etdi. Həmin ərəfədə teatrının kollektivi Türkiyədən qastrol səfərinə dəvət aldı.

Ramiz Məlik ömrü boyu Türkiyəni görməyi, Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin məzarını ziyarət etməyi arzulayırdı. Odur ki, dərhal Novxanıya gedib torpağından götürdü.

     Qastrol səfəri uğurla keçdi. Bir həftədən sonra teatr Ankaraya yola düşdü. Mustafa Kamal Atatürkün məzarı ziyarət olundu. Ertəsi gün aktyorlar ˝İnsanlara hürriyyət, millətlərə istiqlal˝ arzulayan, son nəfəsində "Azərbaycan, Azərbaycan” söyləyən Məhəmmədəmin Rəsulzadənin uyuduğu Əsri qəbiristanlığına yollandılar. Ramiz Məlik Bakıdan apardığı torpağı o dahi insanın məzarının hər tərəfinə səpdi.

Ramiz Ağarza oğlu Məlikov 1943-cü il avqustun 4-də Bakıda doğulub. 1961-ci ildə 31 saylı orta məktəbi bitirib. 1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Milli səhnə sənətimizin korifeyləri Rza Təhməsibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb, onlardan sənətin incəliklərini öyrənib. 

     Son kursda oxuyanda, 1967–ci ilin fevralında bütün qrup ilə İrəvan Dövlət Azərbaycan  Dram Teatırının fəaliyyətini  bərpa etmək üçün Ermənistana gedib,  "Sevil” tamaşasında Balaş rolunu oynayıb. Sonra Sabit Rəhmanın "Əliqulu evlənir”  komediyasında Kamalı ifa edib.

     Dövlət imtahanını verəndən sonra Ramiz Məlik Akademik Milli Dram Teatırının  truppasına aktyor götürülüb. Teatrda ilk rolu Səməd Vurğunun "Vaqif” tamaşasında Əli bəy olub. 30 ildən artıqdır ki, hər yeni teatr mövsümündə aktyora təzə-təzə rollar tapşırılır.

     Onun Vilyam Şekspirin "Hamlet” tamaşasında Marsel, "Heç nədən hay-küy”də Don Juan, "Fırtına”da Sebastyan, Maksim Qorkinin "Zıkovlar” tamaşasında Mixail, Mikolaş, Dyarvaşın "Füsunkar qız”da Dyula, Səməd Vurğunun "İnsan” pyesində Güloğlan, Hüseyn Cavidin "Knyaz”ında Anton, "İblis”də Arif, Leonqard Frankın "Yad adam”ında Valter, Nəriman  Həsənzadənin " Atabəylər”ində Toğrul, Elçinin "Poçt şöbəsində xəyal”ında Kişi, Məmməd Səid Ordubadinin (eyniadlı romanı əsasında Tofiq Kazımovun işləməsi) "Qılınc və qələm”ində Qızıl Arslan və neçə-neçə başqa obrazları tamaşıçıların rəqəbətini qazanıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda - "Şərqin səhəri”ndə (Ə.Məmmədxanlı) Bəhruz, "İnanmırsansa...”da (Ə.Hacızadə) Adil, " Günahsız Mustafa”da (M. Cavaxaşvili) Şakro obrazlarını yaradıb.

      Aktyorun bir sıra filmlərdəki obrazları Azərbaycan tamaşaçısının əbədi yaddaşındadır. Buna "O qızı tapın”da Ziyanı, "Sevinc buxtası”nda Asanovu, "Bir cənub şəhərində” əsərində Vasifi, "İstanbul reysi”ndə Şefi, "Məhkumlar”da baş həkimi, "Qara gölün cəngavərləri”ndə Zabiti misal götərmək olar.

     Daxilən kübarlığını zahiri hərəkətlərində, səhnə davranışında həssaslıqla  qoruya bilir. Buna görə də o, klassik və çağdaş Avropa dramaturqlarının pyeslərinin tamaşalarında oynadığı surətlərin mənsub olduğu cəmiyyətlərin ən müxtəlif etik davranışlarını, insanlarla ünsiyyətini ustalıqla, bədii reallıqla canlandırır.

     1984–cü ildə Hüseyn Cavidin " İblis " faciəsində yaratdığı Arif roluna görə Ramiz Məlik Azərbaycan SSR Dövlət  mükafatına layiq görülüb.

     Aktyorluq sənətində qazandığı nailiyyətlərə görə Ramiz Ağarza oğlu Məlikov 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1987-ci ildə isə xalq artisti adları alıb. Prezident təqaüdçüsüdür.

 

Vaqif Ağayev

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться