NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 12:19

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Həşim Paşayev | Регистрация | Вход

Paşayev Həşim Bəyəli oğlu

 

1919-cu ildə Novxanıda anadan olub. İlk təhsilini 30-cu illərdə kənddə təşkil edilən məktəbdə alıb.

1939-cu ildə Sovet-Finlandiya müharibəsi başlayarkən ordu sıralarına çağırılan Həşim döyüşə-döyüşə Berlinə qədər gedib. Müharibədən sonra o, tez-tez qara atından söz salar, onu hey tərifləyərdi. Bir gözünü döyüşdə itirən atının etibarından, mehribanlığından danışdıqça doymazdı. Həmişə də vəcdə gələrdi:

- Yaralanıb huşumu itirmişdim, gözlərimi açanda başımın üstündə dayadan, üzümü isti nəfəsi ilə hərarətləndirən atımı gördüm, mənə qüvvə gəldi.

Bakıya qospitala gətirilən yaralı sağaldıqdan sonra, 1941-ci ildə təyyarəçilik məktəbinə göndərilir və az sonra qırıcı təyyarəçi olur. Öz

 dəmir qartalı ilə 1000 dəfədən çox döyüşdə iştirak edir. Berlinin alınmasında göstərdiyi igidliyə görə "Qırmızı ulduz” ordeni ilə təltif olunub. O, döyüş illərində 20-dən çox orden və medala layıq görülüb.

1946-cı ildə doğma kəndinə qayıtdıqdan sonra kolxoz partiya təşkilatı katibi, briqadir işləyib, eyni zamanda məktəbdə hərbi hazırlıq müəllimi olub. İşləyə-işləyə təhsilini davam etdirib, Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirib.

Kolxoz partiya təşkilatının katibi olarkən Həşim Paşayevin fəallığını, camaatın işinə yaradığını novxanılıların yaşlı nəsli yaxşı xatırlayır. Təsərrufatın inkişaf etdirilməsində, əməkçilərin gəlirlərinin artırılmasında o, kolxoz sədri Hacı Əlikövsərə yaxından kömək göstərib. Həmkəndlilərinin xeyirində də, şərində də fəal iştirak edib.

25 ildən çox müəllim işləyən H.Paşayev həm həmkarlarının, həm də şagirdlərinin sevimlisi olub. Yüzlərlə yetirməsi hazırda respublikamızın müxtəlif güşələrində çalışır.

1969-cu ildə vəfat etsə də, novxanılılar, qohumları və dostları onu həmişə hörmətlə yad edirlər. Həşim müəllimi əməlləri yaşadır. O, bugünkü nəsillərə düzlük, saflıq simvolu kimi nümunə göstərilir.

 

Məlahət Əliyeva, müəllim

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться