NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 13:37

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Hacı Seyid Səttar Seyid İbiş oğlu | Регистрация | Вход

Hacı Seyid Səttar Seyid İbiş oğlu

 

     Seyid Səttar ağa Seyid İbiş oğlu Qarabağın lazımlı oğlu – seyid Lazım ağanın doğmaca qardaşı oğludur. O da Lazım ağa kimi insanları düz yolla getməyə, haramla-halalı qatmamağa, pis əməllərdən uzaq olmağa çağırır.

     Seyid İbiş ağanın 6 övladı olub:

     Seyid Məhərrəm, seyid Heydər, seyid Yusif, seyid İltima, seyid Səttar, seyid Əli.

     Seyid Səttar ağa 1937-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olmuş, ilk təhsilini də orada almışdır.

     O, 1952-ci ildə Ağdam Mexanikləşdirmə Texnikumunu bitirib. 1962-ci ildən Təhsil Nazirliyinin göndərişi ilə məktəbdə maşınşünaslıq üzrə müəllim işləyib. Sonralar Laçın rayonunun avtobazasında çalışıb.

     Qarabağın oxumuş alimlərindən olan, Qurani-Kərimin surələrini əzbərdən bilən, dini və dünyəvi elmlərin mahir bilicisi olan Molla Müseyibin yanında İslam dininin sirlərini mənimsəmişdir.

     Lakin 1972-ci ildə ağanın dilindən iltizam almış, ona Quran oxumağı yasaq etmişlər. Seyid Səttar ağa dinimizi uzun illər ürəyində bəsləmiş, Allah, iman yolundan dönməmişdir.

     Ağa ömrü boyu kasıb-küsuba əl tutmuş, qiymətli tövsiyələri, müdrik kəlamları ilə insanları haqq yoluna qaytarmış və qaytarmaqdadır.

     Camaat seyid Səttar ağanın hələ uşaqlıqdan kəramətinin şahidi olmuş, cəddinin qüdrətinə inanmışdır.

     Seyid Səttar ağanın 4 övladı var:

     Seyid Ramiz, seyid Rauf, seyid Nadir və qızı Kəmalə.

     Seyid Rauf ağanın yanında olur, onun qayğısına qalır. Balaları da özü kimi nurlu övladlardır. Bu yaşlarına qədər biri də yeməkxananın qapısını tanımır. Ağa addımını hara atırsa, onlar da ora atırlar.

     Balaları da Vətən torpağı uğrunda şərəflə döyüşüblər. Ağa özü də Laçın düşmən əlinə keçənə qədər əsgərlərimizin arasında olub, onlara mənəvi dayaq durub.

     Seyid Səttar ağa 1998-ci ildə müqəddəs Məşhəddə olub, imam Rzanın qəbrini ziyarət edib.

     2004-cü ildə isə o, xeyirxah qardaşımız Cavad Şıxəliyevin köməyi ilə müqəddəs Məkkə ziyarətində olub.

     Seyid ağa neçə ildir ki, Novxanıda yaşayır. Bu müddətdə kənd camaatının dərin rəğbətini qazanıb. Təkcə qəsəbə sakinləri deyil, Bakı şəhərində, digər yaşayış məntəqələrində məskumlaşmış novxanılılar, eləcə də başqa rayonlardan olan insanlar tez-tez Seyid ağanın görüşünə gəlir, maraqlı, ibrətamiz söhbətlərini dinləyir, ondan məsləhət alırlar. Ağaya qonaq gələnlər onun tövsiyələrindən məmnun olduqlarını söyləyirlər.

Hacı Rahim Babayev

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться