NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 03:08

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Fərxəndə Balakişiyeva | Регистрация | Вход

Balakişiyeva Fərxəndə Kamil qızı

˝Can şirin şeydir˝ deyiblər. Canımızı nə qədər qorusaq da, bəzən ˝xəstəlik˝ deyilən kabus bizi yaman yerdə haqlayır. Və həmin o məqamda biz canımızı təbibə etibar edirik. Çünki təbib qəlbimizin, bədənimizin yaralarını ˝sarı-yacaq˝ bir əlin, ağrılarımızı unutdura bilə-cək bir təbəssümün sahibi, ˝dərdimizə dərman qılacaq˝ bir dostumuzdur.

Azərbaycan təbabəti respublika və dünya tibb elminə dəyərli töhfələr vermiş neçə-neçə görkəmli həkim, alim və pedaqoq yetirib. Bu ziyalı insanlar haqqında çox yazılıb və hər bir qələm sahibinin arzusu milli təbabətimizin fəxri olan insanların xatirəsini əbədiləşdirmək olub. Həmin xatirələr tibb xadim-lərimizin gələcək nəsillər üçün örnək olan mənalı həyatını nümunə göstərməkdən ötrü yazılır. Yazılır ki, gənc tələbələrimiz və həkimlərimiz onların həyat yolunu öyrənsin və görkəmli alimlərin zirvəsinə çatmağa çalışsınlar.

Tibb elmləri doktoru Fərxəndə xanım Balakişiyeva professor Kamil Balakişiyevin yeganə övladıdır. Bakı şəhərində anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bu dövrü alim belə yada salır: "Doğrusunu deyim ki, mən musiqini sevirdim və elə indi də sevirəm. İnstituta qəbul olmaq məqamı gələndə həkimliyi seçdim. Bəzən düşünürəm ki, bəlkə də bu seçimdə genetik amil rol oynamışdır. Axı, mənim atam da, anam da həkim idilər. Yəqin elə buna görə də mən Tibb İnstitutuna daxil olmağa qərar verdim. O vaxt atam Azərbaycan Dövlət Tibb İnstitutunun prorektoru idi. Bilirdim ki, əgər instituta qəbul olunmaq üçün tələb edilən balları toplaya bilməsəm, atam heç bir zaman mənim instituta qəbul olunmağıma təkan verməyəcək... Bir də ki, mən professor Kamil Balakişiyevin adını batıra bilməzdim. Bu səbəbdən də çox mükəmməl hazırlaşdım və müvəffəqiyyətlə instituta qəbul oldum.

Atam hamıya qarşı ədalətli mövqe tutan insan idi. Məhz buna görə ondan çox az adam inciyirdi. Hesab edirdim ki, institutun heç bir müəllimi atama görə mənimlə ədavət aparmaz. Sən demə, kin saxlayanlar var imiş. İllər keçəndən sonra həmin insanın adını çəkmək istəmirəm. Nəzəriyyəni əla bilirdim. Amma nə danışırdımsa, imtahan götürən professor cavablarımın doğru olmadığını iddia edirdi. Və sonra mənə qeyri-məqbul yazdı. Mən, demək olar ki, şok vəziyyətində idim. Oxuduğum dövrdə bircə dəfə də olsun ˝dörd˝ almadığım üçün indi ˝iki˝ qiyməti məni dəhşətə gətirdi. Evə həyəcanlı və narahat qayıtdım. Atama heç bir şey demədim. Bilirdim ki, məsələni xahiş-minnət yolu ilə həll etməyəcək. Bu hadisədən Tibb İnstitutunun o zamankı prorektorlarından biri xəbər tutmuşdu. Evə zəng çalıb dedi ki, ertəsi gün həmin kafedraya gəlim. Məndən prorektorun iştirakı ilə təkrar imtahan qəbul etdilər. Bütün suallara dəqiq və ətraflı cavab verdim. Biliklərimi ˝iki˝ ilə qiymətləndirən həmin professor, bu dəfə mənə əla qiymət yazdı.” 

Fərxəndə xanım 1969-1972-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ˝Sinir xəstəlikləri˝ kafedrasının aspirantı olub və 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edib. 1981-1983-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında xidməti ezamiyyətdə olub.

Fərxəndə Balakişiyeva 1973-cü ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevrologiya şöbəsində baş elmi işçi vəzifəsində çalışır. 2005-ci ildə beyin-damar patalogiyasının müxtəlif klinik formalarında fiziki terapiya üsullarının işlənib hazırlanması problemlərinə həsr olunmuş doktorluq dissertasiyası müdafiə edib.

Nüfuzlu nəşrlərdə dərc olunmuş 70 elmi əsərin müəllifidir. Bir sıra beynəlxalq və regional elmi toplantıların iştirakçısıdır. İnstitutun Elmi Şurasının və İxtisaslaşdırılmış Şuranın üzvüdür. 2003-cü ildə ˝Azərbaycanın tanınmış xanımları˝ beynəlxalq layihəsinin qalibi olub.

İki övladı və üç nəvəsi var.

 

"Korifey” kitabının materialları

əsasında, Vaqif Ağayev

 

 

 

     

 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться