NOVXANI
SƏRVƏTİMİZ ŞƏXSİYYƏTLƏRİMİZDİR

 $WDAY

 $, 28.04.2024, 02:30

Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость | RSS | Главная | Məmmdhüseyn Dəniyar oğlu | Регистрация | Вход


Manafov Məmmdhüseyn Dəniyar oğlu

Yeni bir düşmənçiliyin təməli toyda qoyulur

     Kənddə toy idi. Qoçu Hacıoglu Məşədi toyxananın yuxarı başında əyləşmişdi. O dövrün adətinə qörə kişilər olan məclisə qadınlar gələ bilməzdilər. Ona görə də qonaqlardan biri öz xoşu ilə başına yaylıq bağlayıb ana-bacı rəqsini  oynamalı idi. Hacı oğlu toyxanada bir şəxsi qaralayıb hansısa səhfinə görə onu cəzalandırmaq, camaat arasında rüsvay etmək istəyirdi. Nəhayət, bu rəqsin havasını çaldırıb həmin adamı oynamağa məcbur edir. Bu səhnəni izləyən Məmmədhüseyn adlı bir cavan əsəblərini cilovlaya bilmədiyindən Hacının üstünə silah qaldırıb zorakılığa məruz qalan şəxsə deyir:

       - Bu can belə şirindir ki, öz hörmətüvi ona qurban verdin? Sən də, səni oynadan da hələ bir-birinizin tayı - köpəyoğlusuz!

      Cavan bunu deyib dərhal toyxanadan çıxır. Aləm bir-birinə qarışır. Bir neçə nəfər silahlarını çıxarıb dikbaş gəncə qulaqburması vermək istəyir. Hacıoğlu onlara təpinir:

       - Bir kimsənin o cavanla işi olmasın! Özüm cavabını verəcəyəm!

O gündən də yeni bir düşmənçiliyin təməli qoyulur və bu, uzun çəkir.     

        Hacıoğlu Məşədinin hökumətlə problemləri olanda İrana qacardı. Bir dəfə Məmmədhüseyn də İrana gedir, tanışının evində qonaq qalır. Təsadüfən Hacıoğlu da o evdə qonaq imiş. Bir-birini görəndə özlərini sakit göstərirlər. Bu, ev yiyəsinə hörmət əlaməti idi. Lakin gecələr hər ikisi bir-birindən ehtiyat edib ayıq yatırdı.

        Bir gün Hacıoğlu fürsət tapıb Məmmədhüseynə deyir:

        - Dəniyar oğlu, biz düşmənik, amma vətəndə! Yad ölkədə bir-birmizə dayaq olmalıyıq. Sənin ailən məni yaxşı tanıyır, ələlxüsus da, dayın bilir ki, düşmənçiliyi də kişi kimi edirəm və bilirəm ki, sən də elə bir kişinin oğlusan ki, düşmənçilikdə  məndən dala qalmazsan!

      Onlar belə qərara gəlirlər ki, vətənə çatmayana qədər bir-birinə dayaq olacaqlar. Bir müddətdən sonra Azərbaycana qayıdırlar. Sərhədi keçən kimi başlayırlar atışmaqa.

Cavanşir Manafov

 

 "Məni Novxanıya aparın”

 Bundan əvvəlki yazıda bəhs etdiyimiz çobanların ağsaqqalı Bakının indiki Salyan kazarmaları adlanan ərazısində yerləşən mal-qara bazarına satışa çıxarmaq üçün qoyun sürüsünü gətirir. Hansısa qoçunun ərköyünlüyü ucbatından sübhdən açılmalı olan bazarı bazar xozeyinləri açmağa cürət etmirlər. Bu zaman qoçu Məmmədhüseyn buraya gəlir, bazarın açılmamasının səbəbini biləndə əsəbi halda xozeyinlərə işin başlamasına sərəncam verir. Ağsaqqal çobanın bazarı uğurlu olur. İşi bitirdikdən sonra  maraqlanır ki, bazarı açdıran o cavan adam kimdir? Ona izah edirlər ki, bu novxanılı qoçu Məmmədhüseyndir. Qaçaq Xalıqla olan əhvalatı tez yadına salır. Təəccüblənir: "İkinci dəfədir ki, novxanılılar tanımadan mənə belə hörmət edirlər. Görəsən, bu Novxanı kəndi necə olan yerdir?”. Hələ bazarda da bir həmkəndlimizi tapır, onu Novxanıya aparmasını xahiş edir. Faytonla çatırlar Novxanıya. Yay ayı olduğundan, kənd caamatı bağlara köçmüşdü. Yol yoldaşı istəyir qonağı bağa aparsın. Ağsaqqal faytonu saxlatdırıb, yerə düşür, Novxanı torpağını öpür.  Arzusuna çatdığını bildırib qayıdır Bakıya.

Vaqif Ağayev 

 

Меню сайта

Форма входа

Календарь

«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Архив записей

Подписаться